Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3965/2024 11.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “cavabdehin dövlət aktı ilə onlara və mərhum atalarına məxsus 1 hektar torpaq sahəsindən çıxarılması, orada cavabdeh tərəfindən tikilmiş tikililərin onun öz vəsaiti hesabına sökülüb götürülməsi və torpaq sahəsinin onlara təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin dövlət aktı ilə onlara və mərhum atalarına məxsus 1 hektar torpaq sahəsindən çıxarılması və orada cavabdeh tərəfindən tikilmiş tikililərin onun öz vəsaiti hesabına sökülüb götürülməsi və torpaq sahəsinin onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində işdə iştirak edən şəxslərin eyniləşdirmə məlumatlarını (tərəflərin ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) düzgün qeyd etməmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.2-ci maddəsinin göstərişinə əsasən tələbinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün iddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “cavabdehin dövlət aktı ilə onlara və mərhum atalarına məxsus 1 hektar torpaq sahəsindən çıxarılması, orada cavabdeh tərəfindən tikilmiş tikililərin onun öz vəsaiti hesabına sökülüb götürülməsi və torpaq sahəsinin onlara təhvil verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “cavabdehin dövlət aktı ilə onlara və mərhum atalarına məxsus 1 hektar torpaq sahəsindən çıxarılması, orada cavabdeh tərəfindən tikilmiş tikililərin onun öz vəsaiti hesabına sökülüb götürülməsi və torpaq sahəsinin onlara təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-3965/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3965/2024
11.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver