Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4021/2025 04.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X25 Valeh oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakları ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon AİK-nın 30 mart 1998-ci il tarixli 49 nömrəli qərarı ilə xx.xx.2001-ci il tarixdə Şəmki rayonu, Qaracəmirli kəndində vəfat etmiş X1 adına qeydə alınmış 0.45 ha kənd təsərrrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsasladırmışdır ki, o, Ərizəçi xx.xx.1954-cü ildə Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olmuşdur.Mərhum bibisi X10 1920-ci ildə Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olmuş və xx.xx.2001-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində vəfat etmişdir. O, mərhum atası X17 ilə doğma bacı qardaş olmuşlar. Atası 18 oktyabr 2000-ci ildə, bibisi isə 10 may 2001-ci ildə ölmüşdür. Mərhum bibisi subay olmuş və o, ölən günədək onun evində ailə üzvü kimi yaşamışdır.Bibisinin yas mərasimi ilə bağlı bütün xərcləri qarşılamışdır. Ona Şəmkir rayon AİK-nın 30 mart 1998-ci il tarixli 49 nömrəli qərarı ilə 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini bibisinin ölümündən əvvəl və sonra faktiki olaraq o istifadə edir. Mərhum bibisi X6 adına olan əmlaka dair onun adına vərəsəlik açılması ilə bağlı Notariat kontoruna müraciət etsə də, notariat kontorunda ona izah edilmişdir ki, mərhum bibisi ilə aralarında məhkəmə qaydasında qohumluq faktı müəyyən edilməlidir. Bu səbəbdən də o, qohunmluq faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-3379/2025 nömrəli qətnaməsi ilə xx.xx.2001-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində vəfat etmiş X3 onun aralarında qohumluq münasibətinin olması (bibim olması) faktı müəyyən edilmişdir. Mərhum bibisi X6 adına olan əmlaka dair onun adına vərəsəlik açılması ilə bağlı Notariat kontoruna yenidən müraciət etsə də, bu dəfə qanunla müəyyən edilmiş mirasın qəbul edilməsi müddətinin ötürülməsi əsası ilə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsində imtina edilmişdir. Bibisidən qalmış miras əmlakını faktiki idarə etməklə qəbul etmiş və bu səbəbdən də həmin əmlakın onun tərəfindən qəbul ediməsi fakti müəyyən edilməlidir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədn xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində cəlb edilmiş X11 ifadəsində bildirdi ki, o, Ərizəçi bacısıdır. X1 vərəsəsi olmasına etiraz etmir. X3 subay olmuşdur. O, ölən günədək qardaşı Ərizəçi yanında ailə üzvü kimi qalmışdır. Mərhumun yas mərasimi ilə bağlı bütün xərcləri qardaşı Hüseyn qarşılamışdır. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir, ərazisi 0.45 hektardır. Hal hazırda Hüseyn həmin torpaq sahəsində əkin-biçin işləri ilə məşğul olur. Özünə aid yoncası və ağacları var. Məhkəmə iclası zamanı şahid qismində cəlb edilmiş X20 ifadəsində bildirdi ki, o, Ərizəçi qonşusudur, mərhum X2 bacısıdır. Mərhum bacısı ölən günədək onun yanında qalmışdır, mərhumun yas mərasiminin xərclərini özü çəkmişdir. Məhkəmə iclası zamanı şahid qismində cəlb edilmiş X13 digər şahidlərlə eyni məzmunda ifadə verərək Ərizəçi X1 vərəsəsi olmasını təsdiqləmişdir. Maraqlı şəxs Şəmkir rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-3379/2025 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2001-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində vəfat etmiş X3 ilə xx.xx.1954-cü il tarixdə Şəmkir rayonu Qacəmirli kəndində doğulmuş Ərizəçi aralarında qohumluq münasibətinin olması (bibim olması) faktı müəyyən edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, ünvan 1 ünvanladığı məktubundan görünür ki, mərhum xx.xx.2001-ci ildə vəfat etmiş X5 qalmış miras əmlaka dair ərizəçinin miras qoyanla qohumluq əlaqəsini, habelə mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2016-cı il tarixdə 411 saylı vərəsəlik işi açılmış mərhumun vərəsəsi ilkin olaraq Ərizəçi müəyyənləşmişdir. İşdə olan Şəmkir rayon İHB-nın Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 405-№ li arayışından görünür ki, Ərizəçi bibisi, X10 xx.xx.2001-ci il tarixdə vəfat etmiş, Mərhum vəfat edən tarixədək Şəmkir rayonu Qaracəmirli kəndində yaşamış və vəfat edəndən sonra mərhumun yaxın qohumlarından vərəsəliliklə bağlı nümayəndəliyə müraciət edən olmamışdır. İşdə olan Şəmkir rayon Qaracəmirli Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 157 № li arayışından görünür ki, X3na islahat zamanı JN-253 kod 50407018 № li dövlət aktına əsasən verilmiş 0.45 ha pay torpaq sahəsi verildiyi vaxtdan hal hazırda qardaşı oğlu Ərizəçi istifadəsindədir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. İşdə olan JN-253 saylı JN-253 kod 50407018 № li “torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A № 124815 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998ci il tarixli qərarı ilə X7 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin sorğusuna cavab olaraq DƏDRXnin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, şəmkir rayonu Qaracəmirli kəndi ərazisində X24 Komissiyasının xx.xx.1998-ci il tarixli, 49 saylı qərarına əsasən tərtib edilmiş JN-253 saylı “torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında ayrılmış 0.453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X1 adına xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış verilmişdir. İşdə olan Şəmkir rayon 1 saylı Notariat Ofisinin, Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi tərəfindən vərəsəliyin qəbulu müddəti ötürülmüş, buna görə də məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin və şahidlərin və digər iş materialları ilə müəyyən edilir ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X3 ərizəçinin bibisidir olmuşdur. Məhkəmə, həmçinin müəyyən etdi ki, X3ndan Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X3ndan qalan mirasın ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1–ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3–cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.2–ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X3ndan miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Həmçinin, X1 Ərizəçi başqa vərəsəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Şəmkir rayon Aqrar İslahat komissiyasının 1998-ci il 49 saylı qərarı ilə 10 05.2001-ci il tarixdə Şəmkir rayon Qaracəmirli kəndində vəfat etmiş mərhum X8 adına qeydə alınmış 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlakı kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №2(076)-4021/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4021/2025
04.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver