Məhkəmə qərarları › İş №2(076)-4044/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-4044/2024

23.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-4044/2024 23.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X8 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizədən görünür ki, ərizəçi, anası X2, atası X4 olmaqla, xx.xx.1952-ci ildə Şəmkir şəhərində doğulması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Buna baxmayaraq, ərizəçi özünə məxsus doğum haqqında arayışı ərizəyə əlavə etmiş və həmin arayışla müəyyən edilir ki, Ərizəçi atası X4 olmaqla, xx.xx.1952-ci ildə Şəmkir rayonunda doğulmuş, bu barədə xx.xx.1952-ci il tarixdə 23 nömrəli qeydiyyat aparılmışdır. Lakin arayışda ərizəçinin ana qrafası boş saxlanılmışdır. Həmçinin, ərizəçi ərizəsinə xx.xx.2024-cü il tarixli arxiv arayışı əlavə etmiş, həmin arayışla müəyyən edilir ki, Şəmkir filialında mühafizə olunan Morul ZDS İK-nin 1966-1968ci illərə dair təsərrüfatbaşına kitabının 49 nömrəli şəxsi hesabında olan X1 təsərrüfatında qızı-1950-ci il təvəllüdlü X3 qeyd edilmişdir. Göründüyü kimi qeyd olunan arxiv arayışı ilə artıq müəyyən edilir ki, X2 ərizəçinin anasıdır. Buna baxmayaraq, ərizəçi məhkəməyə müraciət edərək doğumun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir ki, bununla da o, inzibati orqan tərəfindən verilmiş və xx.xx.1952-ci il tarixdə 23 nömrəli qeydiyyat aparılmış doğum haqqında akt qeydinə düzəliş edilməsinə dair ərizə vermişdir. Belə ki, ərizəyə əlavə edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubu ilə də müəyyən edilir ki, ərizəçi qeydiyyat orqanından məhz doğum haqqında akt qeydində ana qrafasında ana haqqında məlumatın əlavə edilməsini xahiş etmişdir. Bu isə onu deməyə əsas verir ki, ərizəçi vətəndaşlıq vəziyyəti aktının qeydiyyatını mübahisələndirmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə mülki məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasəninzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq üçün və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddialara) inzibati məhkəmələr və inzibati kolegiyalar tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə yuxarıda qeyd olunanlar əsasən hesab edir ki, belə olan halda ərizəçi “doğumun qeyd edilməsi” barədə ərizə ilə Maraqlı şəxsnə, tələbinin təmin edilməsindən imtina edildikdə isə Gəncə İnzibati Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmçinin, məhkəmə qeyd edir ki, ərizənin məhkəmə icraatına qəbul edilməsindən imtina edildiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, ərizəçi tərəfindən Şəmkir Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə ərizəçiyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah edilsin ki, hazırki tələbi barədə ərizə ilə Maraqlı şəxsnə, tələbinin təmin edilməsindən imtina edildikdə isə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar