Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-405/2025 02.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşı “əmrin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax-Tovuz Regional Təhsil İdarəsinin attestatların doldurulması zamanı nöqsanlara yol verilməsi və attestsatların korlanmasına görə məktəb direktorlarının barəsində olan 3-29-39/3-1-645k/2024 saylı, 5 sentyabr 2024-cü il tarixli əmrinin ona, yəni Şəmkir şəhəri C.Rüstəmov adına orta məktəbin direktoru İddiaçı aid hissədə ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin direktoru vəzifəsində işləyir. Direktoru olduğu Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin şagirdi X8 ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən qızıl nişanla təltif edilmişdir. Lakin, məktəbin şagirdi X4 qızıl nişanla təltifi üçün namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi formada mayın ayının 20-dən gec olmayaraq təqdim edilməli olduğu halda gec təqdim edilmişdir. Bunu əsas gətirərək, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevin 5 sentyabr 2024-cü il tarixli, 3-29-39/3-1-635k/2024 saylı intizam tənbehinin verilməsi barədə əmri ilə ona töhmət verilmişdir. Töhmətin verilmə əsası kimi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 479 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi" qaydasının tələblərinin pozulduğu, attestatın doldurulması zamana nöqsanlara yol verilməsi və attestatların korlanması qeyd edilmişdir. Ona töhmət əsassız və qanunsuz yerə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi" qaydasının 4.4-cü bəndinə əsasən ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ümumi təhsil müəssisəsinin direktoru məsuliyyət daşıyır. "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5-ci bəndinə əsasən təhsilanaların qızıl və gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi pedaqoji şuranın qərarı və həmin təhsilalanların fərdi siyahısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi formada hər il mayın 20-dən gec olmayaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim edilir. Ona isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X13-Tovuz Regional Təhsil İdarəsinin 01 may 2024-cü il tarixli, 3-29-39/3-1-272M/2024 saylı əmri ilə 01 may 2024-cü tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında X2 məşğələ-mühazirə dərslərində və imtahanlarda iştirak etməyi məqsədilə 10 (on) təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir. Həmçinin, səhhətilə bağlı 14 may 2024-cü il tarixdən 28 may 2024-cü il tarixə kimi ambulator müalicədə olduğu üçün həmin tarixlərdə işdən azad edilmişdir. O təhsil məzuniyyətində olduğu və səhhətilə bağlı əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə onun vəzifənin icrası məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı X1 həvalə edilmişdir. Göründüyü kimi, məktəbin şagirdi X4 qızıl nişanla təltifi üçün namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarı mayın ayının 20-nə kimi təqdim olunmasa da bu onun təqsiri ucbatından baş verməmişdir. O həmin vaxt təhsil məzuniyyətində olmuşdur. O təhsil məzuniyyətində olduğu müddətdə direktor vəzifəsinin icrası başqa şəxsə həvalə edilmişdir. Həmçinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevin 5 sentyabr 2024-cü il tarixli, 3-29-39/3-1- 635k/2024 saylı intizam tənbehinin verilməsi barədə əmrinin məzmunundan görünür ki, əmrin verilmə əsas kimi "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi" qaydasının tələblərinin pozulduğu, attestatın doldurulması zamanı nöqsanlara yol verilməsi və attestatların korlanması qeyd edilmişdir. Lakin, Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəb tərəfindən təhsilalanlara təqdim edilmiş attestatlarda nöqsanlara yol verilməmiş və attestatlar korlanmamışdır. Qeyd olunan nöqsanlar olmadığı halda ona heç bir əsas olmadan Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevin 5 sentyabr 2024-cü il tarixli, 3-29-39/3-1- 635k/2024 saylı intizam tənbehinin verilməsi barədə əmrlə töhmət verilmişdir. Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin şagirdinin qızıl nişanla təltifi üçün namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarı 2024-cü ilin mayın ayının 20-nə kimi təqdim edilməmiş, lakin həmin dövrdə ona təhsil məzuniyyətində olduğundan və direktor vəzifəsinin icrası başqa şəxsə həvalə edildiyindən hesab edir ki, ona töhmət verilməsi əsassız olmuşdur. Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevin 5 sentyabr 2024-cü il tarixli, 3-29-39/3-1-635k/2024 saylı intizam tənbehinin verilməsi barədə əmrdə Əmək Məcəlləsinin 11-ci maddəsinin "d" bəndinə istinad edilsə də, hesab edir ki, onun tərəfindən əmək müqaviləsinin şərtləri və hər hansı müəssisədaxili intizam qaydaları pozulmamışdır. Hesab edir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin attestatların doldurulması zamanı nöqsanlara yol verilməsi və attestatların korlanmasına görə məktəb direktorlarının barəsində olan 3-29-39/3-1-635k/2024 saylı, 5 sentyabr 2024cü il tarixli əmrinin ona, yəni Şəmkir şəhəri C.Rüstəmov adına orta məktəbin direktoru İddiaçı aid hissədə ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, direktoru olduğu Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin qızıl və ya gümüş nişanla təltifə namizəd şagirdi barədə təqdimat 20 may 2024-cü il tarixə kimi verilməli olmuşdur ki, həmin müddətdə o təhsil məzuniyyətində olmuş, həmçinin 14 may 2024-cü il tarixdən 28 may 2024-cü il tarixə kimi ambulator müalicədə olduğu üçün həmin tarixlərdə işdən azad edilmişdir. Məktəbin şagirdi X4 qızıl nişanla təltifi üçün namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarı mayın ayının 20-nə kimi təqdim olunmasa da bu onun təqsiri ucbatından baş verməmişdir. Lakin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev tərəfindən onun barəsində 5 sentyabr 2024-cü il tarixli, 3-29-39/3-1- 635k/2024 saylı intizam tənbehi bir neçə ay sonra verilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Qazax-Tovuz Regional Təhsil İdarəsinin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı Şəmkir şəhəri Cahangir Rüstəmov adına tam orta məktəbin direktoru vəzifəsində işləyir. İddiaçı direktoru olduğu Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin şagirdi X8 ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən qızıl nişanla təltif edilmişdir. Lakin, məktəbin şagirdi X4 qızıl nişanla təltifi üçün namizədliyinin verilməsi barədə təqdimat verilmədiyi üçün Qazax-Tovuz Regional Təhsil İdarəsinin 5 sentyabr 2024-cü il tarixli, 3-29-39/3-1-635k/2024 saylı intizam tənbehinin verilməsi barədə əmri ilə İddiaçı töhmət verilmişdir. İddiaçı Qazax-Tovuz Regional Təhsil İdarəsinin əmrilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənişsiz təhsil məzuniyyətində olmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək isə işdə olmuşdur. Regional Təhsil İdarələrinə tabeliklərində olan ümumi təhsil müəssisələri üzrə 2023-2024-cü tədris ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurmuş, qızıl və ya gümüş nişanla təltifə namizəd şagirdlər barədə məlumatların 14 iyun 2024-cü il tarixə kimi təqdim edilməsi təklif edilmişdir. Lakin, Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin direktoru İddiaçı həmin müddətdə işdə olsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma qaydaları”na əsasən X7 qızıl və ya gümüş nişana layiq olsa da, onun təqdimatı məktəbin direktoru İddiaçı tərəfindən Şəmkir rayonu üzrə Təhsil Sektoruna verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” qaydasının 4.4-cü bəndinə əsasən ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ümumi təhsil müəssisəsinin direktoru məsuliyyət daşıyır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan ödənişli təhsil məzuniyyətinin verilməsi və müvəqqəti əvəzetmə haqqında əmrdən görünür ki, Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin direktoru İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Prezidenti yanında X2 məşğələ-mühazirə dərslərində və imtahanlarda iştirak etməsi məqsədilə 10 (on) təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmiş və məktəbin direktoru təhsil məzuniyyətində olduğu müddətdə onun vəzifəsinin icrası xx.xx.2024-cü il tarixdən məktəbin məktəbdəkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı X1 həvalə edilmişdir. İş materiallarında olan SN00008 seryalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə işdən azad olmuşdur. İş materiallarında olan Şəmkir rayon Cahangir Rüstəmov adına şəhər Tam Orta Məktəbinin müavinət təyin edən komissiyasının iclasının xx.xx.2024-cü il tarixli, 6 nömrəli protokolundan görünür ki, İddiaçı SN00008 ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən əmək qabiliyətinin müvəqqəti itirilməsinə görə müavinət təyin edilməsi və ödənilməsi üçün DSMF-nin müvafiq qurumuna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan iş yerinin və əmək haqqının saxlanılması haqqında əmrin surətindən görünür ki, Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin direktoru İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdə olmadığı müddətdə iş yeriləri və əmək haqları saxlanılmaqla seçki məntəqələrinə cəlb edilmiş və xx.xx.2024-cü il tarixdən işdə hesab edilmişdir. İş materiallarında olan 05 sentyabr 2024-cü il tarixli, 3-29-39/3-1-635k/2024 saylı Qazax-Tovuz Regional Təhsil İdarəsinin intizam tənbehinin verilməsi barədə əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” qaydasının tələblərinin pozulması, attestatların doldurulması zamanı nöqsanlara yol verilməsi və attestatların korlanmasına görə Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin direktoru İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət intizam tənbehi verilmişdir. İş materiallarında olan Qazax-Tovuz Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli 3-29-39/2-23/2025 nömrəli məktubuna əlavə edilmiş “korlanmış attestatlarla bağlı məlumatlar” cədvəlindən görünür ki, cədvəlin 22-ci qrafasında C.Rüstəmov adına tam orta məktəbin direktoru İddiaçı qızıl nişan üçün təqdimat verməməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞG/1/MT007/2024-02081 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin nümayəndəsi xx.xx.2024-cü il tarixdə təyin edilmiş mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün 50 manat rüsum ödənilmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi töhmət intizam tənbehinin ləğv edilməsi ilə bağlı olduğundan həmin münasibətlərə Əmək Məcəlləsinin həmin münasibətləri tənzimləyən normaları tətbiq edilməldir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X5 5 sentyabr 2024-cü il tarixli, 3-29-39/3-1-635k/2024 saylı intizam tənbehinin verilməsi barədə əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” qaydasının tələblərinin pozulması, attestatların doldurulması zamanı nöqsanlara yol verilməsi və attestatların korlanmasına görə Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin direktoru İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət intizam tənbehi verilmişdir. İddiaçı direktoru olduğu Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin şagirdinin qızıl nişanla təltifi üçün namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarının 2024cü ilin mayın ayının 20-nə kimi təqdim edilmədiyini, lakin həmin dövrdə o, təhsil məzuniyyətində olduğundan və direktor vəzifəsinin icrası başqa şəxsə həvalə edildiyindən onun tərəfindən əmək müqaviləsinin şərtlərinin, hər hansı müəssisədaxili intizam qaydaları pozulmadığını qeyd edərək ona verilmiş töhmətin ləğv edilməsi tələbini irəli sürmüş, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək bildirir ki, İddiaçı direktoru olduğu Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin şagirdi X8 qızının qızıl nişanla təltifi üçün namizədliyinin verilməsi barədə təqdimat verilmədiyi üçün Qazax-Tovuz Regional Təhsil İdarəsinin 5 sentyabr 2024-cü il tarixli, 3-29-39/3-1-635k/2024 saylı intizam tənbehinin verilməsi barədə əmri ilə İddiaçı töhmət verilmişdir. Regional Təhsil İdarələrinə tabeliklərində olan ümumi təhsil müəssisələri üzrə 2023-2024-cü tədris ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurmuş, qızıl və ya gümüş nişanla təltifə namizəd şagirdlər barədə məlumatların 14 iyun 2024-cü il tarixə kimi təqdim edilməsi təklif edilmiş, Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin direktoru İddiaçı həmin müddətdə işdə olsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma qaydaları”na əsasən X7 qızıl və ya gümüş nişana layiq olsa da, onun təqdimatı məktəbin direktoru İddiaçı tərəfindən Şəmkir rayonu üzrə Təhsil Sektoruna verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” qaydasının 4.4-cü bəndinə əsasən ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ümumi təhsil müəssisəsinin direktoru məsuliyyət daşıyır. Bu səbəbdən hesab edir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X11 tərəfindən Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin direktoru İddiaçı barəsində töhmət intizam tənbehi təbiq edilərkən heç bir qanun pozuntusuna yol verməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin direktoru İddiaçı Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin şagirdinin qızıl nişanla təltifi üçün namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarının 2024-cü ilin mayın ayının 20-nə kimi təqdim edilməli olduğunu, həmin dövrdə isə o, təhsil məzuniyyətində olduğundan və direktor vəzifəsinin icrası başqa şəxsə həvalə edildiyindən onun tərəfindən əmək müqaviləsinin şərtlərinin, hər hansı müəssisədaxili intizam qaydaları pozulmadığını, həmçinin Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəb tərəfindən təhsilalanlara təqdim edilmiş attestatlarda nöqsanlara yol verilmədiyini və attestatların korlanmadığını qeyd edərək, onun barəsində tətbiq edilmiş töhmət intizam tənbehinin əsassız olduğunu bildirsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” qaydasının 2.4-cü bəndinə uyğun olaraq tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir. Həmin Qaydanın 4.4-cü bəndinə əsasən isə ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ümumi təhsil müəssisəsinin direktoru məsuliyyət daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” qaydasının 4.4-cü bəndinə uyğun olaraq ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ümumi təhsil müəssisəsinin direktoru məsuliyyət daşıdığı halda Regional Təhsil İdarələrinə tabeliklərində olan ümumi təhsil müəssisələri üzrə 2023-2024-cü tədris ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurmuş, qızıl və ya gümüş nişanla təltifə namizəd şagirdlər barədə məlumatların 14 iyun 2024-cü il tarixə kimi təqdim edilməsi təklif edilmiş olsa da, Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin direktoru İddiaçı tərəfindən məktəbin qızıl və ya gümüş nişanla təltifə namizəd şagirdləri barədə həmin müddətdə təqdimat verilməmiş və bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” qaydasının tələbləri pozularaq attestatların doldurulması zamanı nöqsanlara yol verilmiş və attestatlar korlanmışdır. İddiaçı Qazax-Tovuz Regional Təhsil İdarəsinin 5 sentyabr 2024-cü il tarixli, 3-29-39/3-1-635k/2024 saylı intizam tənbehinin bir ay keçdikdən sonra verildiyini göstərmiş olsa da, iş materialları ilə müəyyən edilmişdir ki, Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin direktoru İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdə olmadığı müddətdə iş yeri və əmək haqqı saxlanılmaqla seçki məntəqəsinə cəlb edildiyindən onun ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən işdə hesab edildiyindən, ona Qazax-Tovuz Regional Təhsil İdarəsinin 5 sentyabr 2024-cü il tarixli, 3-29-39/3-1- 635k/2024 saylı əmri ilə intizam tənbehi verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Qazax- Tovuz Regional Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməldir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233 -ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Qazax-Tovuz Regional Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-405/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-405/2025
02.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver