Məhkəmə qərarları › İş №2(076)-4051/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4051/2025

14.11.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4051/2025 14.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Əmiraslanova Esmira Sarif qızının katibliyi Ərizəçinın nümayəndəsi X4 iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 20 dekabr 1956-cı il ildə anadan olmuş oğlu X5 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 onun oğludur. O, 1996-cı ildə Şəmkir rayonundan getmiş və bir daha qayıtmamışdır. Öz təşəbbüsü ilə onun axtarıb tapılması üçün etdiyi cəhdlərin bir faydası olmamışdır. Onun başnda bədbəxt hadisə olmasaydı ən azından onun uşqları ilə və yaxud yaxın qohum və dostları ilə əlaqə yaradardı. O, onun ölmüş olduğunu güman edir. Bununla bağlı Şəmkir Rayon Polis Şöbəsinədə müraciət olunub. Lakin bu günədək tapılması barədə heç bir məlumat olmamışdır. Oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığı üçün hazırda yaşadığı evin sənədləşməsini apara bilmir. O istəyir ki, evi sənətləşdirib mülkiyyət sənədi alsın. Oğlunun özü olmadığı üçün ondan onun barəsində ölmüş elan edilmə haqqında məhkəmə qətnaməsi tələb olunur. Ölümün elan edilmə haqqında şəhadətnamə olmadan başqa sənədlərin alınması mümkün deyil. Oğlunun həmin ildə gedib qayıtmamasını təsdiq edən şahidləridə vardır. Ərizəçi nümayəndəsi X9 məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun ifadə verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid olaraq X3 ifadəsində göstərdi ki, mərhum X6 axırıncı dəfə təxminən 1996-1997- ci illərdə görmüş və daha sonra mərhumun Rusiya Federasiyası Lelinqrad şəhərində dəfn edildiyi məlumatı gəlmişdir. Məhkəmə iclası zamanı şahid olaraq X11 ifadəsində göstərdi ki, mərhum X6 barəsində təxminən 1996-1997-ci illərdə Rusiya Federasiyası Lelinqrad şəhərində dəfn edildiyi məlumatı gəlmişdir. Ərizəçi və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və şahidlərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yaşamış X8 qonşuların və ailə üzvlərinin dediklərinə görə 1996-cı ildə Rusiya Federasiyasına getmiş bu günə qədər ailəsi ilə əlaqə saxlamamış və yaşayış yerinə qayıtmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1956 -cı ildə Şəmkir rayonu Morul kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Ərizəçi nümayəndəsi X9 məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadələrindən müəyyən olundu ki, ərizəçinin oğlu (ərizəçinin mərhumun anası olması işə əlavə edilmiş doğum haqqında arayış ilə təsdiq edilir) X1 Federasiyası Lelinqrad şəhərində vəfat etmiş və orada dəfn edilmişdir, lakin ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə, hazırda yaşadığı evi sənədləşdirə bilməsi üçün oğlunun ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1956-cı il təvəllüdlü X5 Rusiya Federasiyası Lelinqrad şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1956-cı il təvəllüdlü X5 Rusiya Federasiyası Lelinqrad şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1956-cı il tarixdə doğulmuş X5,Rusiya Federasiyası Sankt Peterbutq şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Seymur Yusifli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar