Məhkəmə qərarları › İş №2(076)-41/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-41/2024

23.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-41/2024 23.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan kənd təsərrüfatə təyinatlı torpaq sahəsinin zəbtdən azad edilməsi, vurulmuş maddi ziyan və əldən çıxmış bəhər” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan kənd təsərrüfatə təyinatlı torpaq sahəsinin zəbtdən azad edilməsi, vurulmuş maddi ziyan və əldən çıxmış bəhər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir şəhərinin ərazisində yerləşən, qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********59 olan HDQH DƏDR-dən Çıxarış əsasında mülkiyyətində olan 0,6320 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, həmin torpaq sahəsinin zəbti nəticəsində cavabdehdən sərf etdiyi vəsaitin dəyəri olan 270 (iki yüz yetmiş) manat, əldə edəcəyi bəhərin dəyəri isə 2700 (iki min yeddi yüz) manat məbləğində pulun və 150 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun razılığını almaq mümkün olmadığı kimi, iddiaçınin iradəsi iddia ərizəsinin qaytarılması istiqamətində olduğundan, məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Həmçinin məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanıldığından İddiaçı 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan kənd təsərrüfatə təyinatlı torpaq sahəsinin zəbtdən azad edilməsi, vurulmuş maddi ziyan və əldən çıxmış bəhər” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar