Məhkəmə qərarları › İş №2(076)-413/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-413/2024

15.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-413/2024 15.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X5 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyin Gəncə rayon Mənzil-İstismar hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qanunsuz zəbt etdiyi mənzildən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyin Gəncə rayon Mənzil-İstismar hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən xx.xx.1994-cü il tarixdə 170 saylı orderlə X3 istifadəsinə verilmiş qapalı hərbi şəhərciyin mənzilindən çıxarılması haqqında qətnamə çıxraılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, X14 İlham Əliyevin başçılığı altında apardığı Zəfər yuruşunun nəticəsində 30 (otuz) ildən artıq müddət ərzində işğal altında olan torpaqlarımız işğaldan azad olundu, Qarabağ düyünü birdəfəlik açıldı. Döyüşlərdə iştirak etmiş Azərbaycan Ordusunun hərbiçiləri öz hərbi hissələrinin daimi xidmət məntəqələrinə qayıdırlar. Bu halda onların ailələri həmin ərazidə olan hərbi şəhərciklərdə Qarnizon rəhbərliyi tərəfindən yerləşdirilirlər. Lakin hərbi şəhərcikdə bəzi mənzillər hərbiyə aidiyyəti olmayan mülkü vətəndaşlar tərəfindən zəbt olunublar. Bu da Dövlət, Xalq, Prezident, Ali Baş Komandan qarşısında döyüş tapşırıqlarını layiqincə yerinə yetirən, Qarabağ problemini kökündən həll edən hərbi qulluqçuların mənzillə təmin olunmasında ciddi problemlər yaradır. Həmin hərbi qulluqçuların mülkü vətəndaşların evlərində kirayədə qalması hərbi hissənin döyüş hazırlığını aşağı salır və eyni zamanda məxfıçiliyin qorunmasına problem yaradır. Belə mənzillərdən biri 1 saylı hərbi şəhərcikdə yerləşən Bina-7 mənzil-14-ü qanunsuz zəbt edən Cavabdeh1dur. Cavabdeh1 2004-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid olan, balansında olan mənzili qanunsuz zəbt etmişdir. Ölkə X1çqınlar və məcburi köçkünlər barədə 01 iyul 2004-cü ildə imzaladığı müvafiq sərəncama görə “Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992- 1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. İşə tikilmiş sənədlərdən görünür ki, Cavabdeh1 bu sərəncamın təsiri altında düşmür. Yəni o adı çəkilən mənzil 1998-ci ilə qədər yox, yalnız 2004-cü ildə yerləşmişdir. Azərbaycan Respublikas Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinə yazılan sorğunun cavabında konkret olaraq Cavabdeh1 qaçqın olduğu zaman Şəmkir rayonu Kür qəsəbəsində məskunlaşdığı göstərilir. Ad çəkilən Bina-7 mənzil-14 isə rəsmi surətdə X4 hərb xidmətdə olan zaman 14 sentyabr 1994-cü il tarixdə 170 saylı orderlə xidmət mənzil kimi daimi istifadəsinə verilmişdir. Pensiyaya çıxdıqdan bir müddət sonra, 2004-cü ildə müalicə üçün Rusiya Federasiyasına gedən X3 yoxluğundan istifadə edən Cavabdeh1 həmin mənzili qanunsuz zəbt etmişdir. Onu da qeyd edirlər ki, Azərbaycan Respublikası Ali Sovetinin "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barəsində Qərar №211 -xıı Bakı şəhəri, 9 oktyabr 1991-ci il tarixli qərarına əsasən SSRİ Silahlı Qüvvələrindən qalan hər şey Azərbaycan Respublikası mülkiyyəti hesab edilir və Azərbaycan Respublikası MN-nin tabeliyinə verilir. Eyni zamanda Azərbaycan Respublikası MN-nin 10 fevral 1992-ci il tarixli 7 saylı əmr ilə Müdafiə Nazirliyinə aid olan bütün hər şey balansa götürülüb. Daha sonra hərbi qulluqçuların yaşayış tərzini yaxşılaşdırmaq və mənzil fondunu qorumaq məqsədilə MNnin 17 oktyabr 1995-ci il tarixli , 245 saylı əmr ilə bəzi hərbi şəhərciklər qapalı elan edilirlər. Daha sonra isə, yəni xx.xx.1999-cu il tarixdə 128 saylı əmri ilə Respublikada olan bütün hərbi şəhərciklər qapalı elan olunur. Qapalı hərbi şəhərciklərdə Orduya aidiyyəti olmayan şəxslərin yaşaması qadağandır. Mənzil istismar hissəsi tərəfindən aparılmış araşdırma onu göstərdi ki, Cavabdeh1 və ailə üzvləri Bina-7 mənzil 14-də qeyri-qanuni yaşayırlar. MİH tərəfindən həmin mənzilin tərk edilməsi barədə edilən xəbərdarlıqlara baxmayaraq cavabdehlər könüllü olaraq mənzili tək etməyəcəklərini bildirmişlər. Ona görə də iddiaçı heç bir hüquqi əsasları olmadan mənzilə daxil olaraq yaşayan cavabdehlərin mənzildən çıxarılmaları barədə məlum iddianı qaldırılması məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İş materiallarında olan: İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyin Gəncə rayon Mənzil-İstismar hissəsi Cavabdeh1 xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində ünvan 1 ünvanından çıxarılması, çıxmadığı təqdirdə isə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdr. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 02/457 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, məcburi köçkün Cavabdeh1 Şəmkir rayonu Kür qəsəbəsi ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan X9 94 nömrəli xx.xx.2011-ci il tarixli əmrinin birinci bəndindən görünür ki, Gəncə rayon mənzil istismar hissəsinin rəsi 3 syalı evlər idarəsi tərəfindən zəbt edilmiş və qanunsuz yaşayan mülki vətəndaşları həmin mənzillərdən çıxarması üçün lazımi tədbirlərin görülməsinə 1 ay müddət verilmiş, Gəncə rayon mənzil istismar hissəsinin 3 saylı evlər idarəsinin rəisi Azərbaycan Respublikasl Qaçqın və Məcburi Köçkünlər Komitəsi tərəfində mənzil və ya həyətyanı torpaq sahəsi ilə təmin edilmiş, hazırda hərbi şəhərcikdə müvəqqəti məskunlaşmış məcburi köçkün və qaçqınların siyahısı müvafiq icra orqanları ilə dəqiqləşdirilməsi və qanunsuz zəbt edilmiş mənzillərin boşaldılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsinin 3 nömrəli Mənzil İstismar sahəsinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, ünvan 1-də yaşayan Cavabdeh1 yaşadığı mənzili 2004-cü ildə qanunsuz zəbt etmiş və hal-hazırda həmin mənzildə ailə ilə birlikdə qeyri-qanuni yaşayırlar. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsinin 3 nömrəli Mənzil İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 148 nömrəli arayışından görünür ki, ünvan 1 həqiqətən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsinin 3 nömrəli Mənzil İstismar sahəsinin balansındadır. İş materiallarında olan 170 saylı xx.xx.1994-cü il tarixli orderdən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil X3 istifadəsinə verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Yenə həmin Məcəllənin 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şəraitin yaradılması (maddə 6.1.7) pozulmuş hüquqların bərpasının təmin edilməsidir (maddə 1.8). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir». Həmin məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter alır». “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında xx.xx.2004cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992- 1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin qənaətinə görə, mübahisəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsinin 3 nömrəli Mənzil İstismar sahəsinin balansında olduğundan o, cavabdehlərin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Мəhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər 2004-cü ildən ünvan 1 ünvanında məskunlaşmışdır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanındakı mənzildən çıxarılmalıdırlar. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanından çıxarılsınlar. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar