Məhkəmə qərarları › İş №2(076)-4207/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-4207/2024

07.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-4207/2024 07.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı cavabdehlər X1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 şəxsinin 11 saylı Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı Notariat ofisinə qarşı “miras əmlaka vərəsə tanınma tələbinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər X1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 şəxsinin 11 saylı Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum babası X2 qanun üzrə vərəsəsi hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində 3 cavabdeh göstərilsədə, onlardan Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 şəxsinin 11 saylı Ərazi İdarəsinə qarşı hər hansı tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən: iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən: Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Bu baxımdan məhkəmə iddiaçıya prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmək məqsədi ilə aşağıda qeyd edilənləri izah etməyi vacib hesab edir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçının miras qoyanın vərəsəsi (nəvəsi) olması mübahisə predmenti deyil. Mübahisənin əsasını İddiaçının mirası qanunvericilikdə müəyyən edilmiş müddətdə qəbul etməməsinə görə notariat orqanı tərəfindən şəhadətnamənin verilməsindən imtina edilməsi təşkil edir.. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və həmin qərara mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Hazırda iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, miras qoyan xx.xx.2023-cü il tarixində yəni qeyd edilən plenum qərarının qəbul edilməsindən əvvəl vəfat edib. Belə olan halda həmin vaxt qüvvədə olan, vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri tətbiq olunmalıdır. Lakin iddia ərizəsindəndə görünür ki, iddiaçı etiraf edir ki, mirası qanunvericiliklə müəyyən olunmuş müddətdə nə formal nədəki faktiki olaraq qəbul etməmişdir. Bu baxımdan məhkəmə iddiaçıya izah edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarın əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Ona görədə hazırda iddiaçı tərəfindən məhkəmədə “mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi və miras əmlak üzərində payının müəyyən edilməsi” tələbi ilə iddia qaldırması onun üçün daha məqsədə müvafiq hesab oluna bilər. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı cavabdehlər X1, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri” Publik Hüquqi şəxsinin 11 saylı Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı Notariat ofisinə qarşı “miras əmlaka vərəsə tanınma tələbinə dair” iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər X1, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri” Publik Hüquqi şəxsinin 11 saylı Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı Notariat ofisinə qarşı “miras əmlaka vərəsə tanınma tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar