Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-433/2024 13.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 04 yanvar 1970-ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonun Şişqaya kəndində anadan olmağunu, doğumumun qeyd edilməsi faktının müəyyən edilməsi, atasının X13, anası X1 olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 04 yanvar 1970-ci il tarixdə Ermənistan Respublikasının Basarkecar (Vardenis) rayonun Şişqaya kəndində anadan olmuşdur. X10 oglu, anası-X4 olmuşlar. Ondan kiçik bacısı X9 30 may 1973-cü ildə Ermənistan Respublikasının Basarkeçər rayonun Şişqaya kəndində anadan olmuşdur. Bacısı Məsmənin doğumu haqqında xx.xx.1973-cü il tarixdə tərtib edilmişdir İ-SL 358953 №-li şəhadətnaməsində X10 oğlu, anası-X4 olması barədə qeyd edilmişdir. 1988-ci ildə Azərbaycanlıların Ermənistandandan deportasiyası zamanı o və digər ailə üzvüləri də deportasiya olunmuşlar, Azərbaycan Respublikasının Şəmkir rayonun Dağ-Cəyir kəndində məskunlaşmışlar. Qaçqınlıq şəraitində ona məxsus doğum haqqında şəhadətnaməsi və digər sənədləri itmişdir. Həmin doğum haqqında şəhadətnaməni yenidən bərpa etməyi mümkün olmamışdır. X3 xx.xx.1997-ci ildə, anası- X4 isə xx.xx.2007-ci ildə vəfat etmişlər. Hazırda məskunlaşaraq yaşadığı Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Dağ-Cəyir kəndi üzrə İƏD-nin Nümayəndəliyi tərəfindən onun adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli şəkilli arayışda onun xx.xx.1970-ci ildə Ermənistan Respublikasının Vardenis (Basarkeçər) rayonun Şişqaya kəndində anadan olması, 1988-ci ildə Ermənistandan Azərbaycana qaçqın kimi gəlməyini və Şəmkir rayonun Dag-Cəyir kəndində məskunlaşması qeyd edilmişdir. 1991-ci ildə arvadı Xıdırova (Mamedova) Suraya Əli qızı ilə 11 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahları haqqında Şəmkir rayon Dag-Cǝyir kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 5-JQ 348713 №-li nikahın bağlanması haqqında şəhadətnamədə doğum tarixi və Ermənistan Respublikasının Basarkeçər rayonun Şişqaya kəndində anadan olmağı dəqiq qeyd edilmişdir. O xəstəliyi ilə əlaqədar həkim müayinələrinə müraciət etdikdə şəxsiyyət vəsiqəsi olmamasına görə əziyyət çəkir, ona görə özü üçün şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə maraqlı şəxsə, Maraqlı şəxsnə doğum haqqında şəhadətnaməmin itmiş olmasına görə doğumuna dair qeydin bərpası tələbi ilə müraciət etmişdir. Ancaq maraqlı şəxsin ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişiklik, bərpa və ləğv qaydalarını" müəyyən edən əsas müddəalarının 2-ci hissəsinin 13-14-cü bəndlərinə əsasən "Vətəndaşlıq vəziyyət aktlarının itmiş qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin verdiyi qeydiyyat şöbələri və konsullu idarələri tərəfindən icra edilir, itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat faktı məhkəmə qaydasında müəyyən edilir. Ona görə doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olanları nəzərə alaraq onun 04 yanvar 1970-ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonun Şişqaya kəndində anadan olması, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, atasının X13, anası X4 olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 04 yanvar 1970-ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonun Şişqaya kəndində anadan olması, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, atasının X13, anasının X4 olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşıdır. X3, atası X2r. Onlar 5 qardaş, 1 bacı olmuşlar. Şahin adlı qardaşı ondan böyükdür, Göyçədə oxumuşdur. Onlar 1988-ci il də Şəmkirə köçmüşlər və hazırda da Şəmkirdə yaşayırlar. Ondan sonra Suraya ilə evlənib ailə qurmuşlar, bir qızı var, o da halhazırda Gəncədə yaşayır. Məhkəmə ərizəçinin izahatını dinləyərək, şahid ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi ünvanladığı 3-16-5/8-1000 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, qeydiyyat şöbəsinin arxiv kitabında və “Vətəndaşlıq vəziyyət Aktları” avtomatlaşdırlmış qeydiyyat informasiya sistemində onun doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materialında olan İ-СЛ seriyalı 358953 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X9 xx.xx.1973-cü ildə Şişqaya kəndində anadan olmuşdur. X3, anası X4 qeyd edilmişdir. İş materialında olan İİ-AZ seriyalı 638039 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X11 xx.xx.1993-cü ildə Azərbaycan Respublikaaı, Şəmkir rayon, Dağ-Cəyir kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası X12 qeyd edilmişdir. İş materialında olan V-ЖГ seriyalı 348713 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Ermənistan, Vardenis rayon, Şişqaya kəndində doğulmuş Mamedov X8 Suraya Əli qızı ilə xx.xx.1991-ci ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Mamedov”, arvada “Mamedova” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən (AZ-İİ 289965, AZ-İİ 381097) görünür ki, X4 xx.xx.2007-ci il tarixdə Şəmkir rayonu Dağ- Cəyir kəndində, X13 xx.xx.1997-ci il tarixdə Şəmkir rayonu Dağ-Cəyir kəndində ölmüşdür. İş materiallarında olan Şəmkir rayon İƏD-si Dağ Cəyir kənd İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 48 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə Ermənistan Respublikasının, Vardenis rayonu, Şişqaya kəndində anadan olmuş, o 1988-ci ildə Ermənistandan Azərbaycana qaçqın kimi gəlmiş və Şəmkir rayonunun Dağ Cəyir kəndində məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2/1-015922/2024 nömrəli məktubundan görünür ki, Ərizəçi barəsində Şəmkir Rayon Prokurorluğunda cinayət işi istintaq edilməmiş, təqsirləndirici material araşdırılmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3-38-2/33-595/24 nömrəli Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi 2001-2024-cü illər ərzində dövlət sərhədindən hərəkət barədə məlumat qeydi aparılmamışdır. Bundan əlavə qeyd edilmişdir, 1970-2001-ci il sərhədindən hərəkət barədə məlumat təqdim edilməsi texniki cəhətdən onların imkanının xaricindədir. Beləliklə, ərizəçinin izahatı, şahidlərin ifadələri və işin materialları ilə Ərizəçi xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonundaanadan olması, atasının X13, anasının X4 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğumakt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyəmüraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi gələcəkdə Azərbaycan Respublikasının vətəndaşına lazımi sənədlərin alınması və mühüm əhəmiyyət kəsb edən məsələlərin həlli ilə bağlı onun doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, o, mövcud ərizə iləməhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum akt qeydini başqa qaydada bərpa edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonu Şişqaya kəndində doğulması, atasının X13, anasının X4 olması ərizəçinin izahatı ilə yanaşı şahidlərin ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onun tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblərüzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X3, anası X7 olmaqla, 04 yanvar 1970-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonu, Şişqaya kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir RayonMəhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-433/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-433/2024
13.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver