Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-44/2025 15.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin naturada bölünərək təhvil verilməsi və ara sərhədinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin naturada bölünərək təhvil verilməsi və ara sərhədinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ünvan 1 ünvanında yerləşən 0.28 ha həyətyanı torpaq sahəsindən onun ½ hissədə payının naturada bölünərək ara sərhəddinin müəyyən edilməsinə və iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X2 onun qardaşıdır. O hazırda ailə üzvləri ilə Bakı şəhərində yaşayır. Cavabdeh olan qardaşı Cavabdeh isə ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən atasından miras qalmış evdə yaşayır. Mərhum atasından miras qalmış ünvan 2 ünvanında yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən 82.30 kv.m fərdi yaşayış evi fərdi yaşayış evi cavabdehlə onun mülkiyyətinə verilmişdir. Həmin əmlakın 1/2 hissəsinə onun və 1/2 hissəsinə cavabdehin mülkiyyət hüququ tanınmışdır. Cavabdeh ona ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsindən istifadə etməyinə imkan vermir. O payına düşən həyətyanı torpaq sahəsinin naturada ayrılaraq ona verilməsini və ara sərhədlərinin müəyyən edilməsini istəmişdir. Buna görə dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdeh ona məxsus torpaq sahəsinin naturada ayrılaraq ara sərhəddinin müəyyən edilməklə ona təhvil verilməsinə razılıq verməmişdir. Halbuki, həmin torpaq sahəsi qanuni əsaslarla onun mülkiyyətində və sahibliyindədir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ünvan 1 ünvanında yerləşən 0.28 ha həyətyanı torpaq sahəsindən onun ½ hissədə payının naturada bölünərək ara sərhəddinin müəyyən edilməsinə və iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqli surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, **********71-10301 daşınmaz əmlakın reyestr nömrəli 0.28 ha torpaq sahəsi və 82.30 kvadratmetr fərdi yaşayış evi İddiaçı və Cavabdeh ½ hissə olmaqla paylı mülkiyyətdədir. İş materiallarında olan 24 may 2024-cü il tarixli 3-21-3-40/2-2679/24 nömrəli DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ünvan 1 ünvanında yerləşən İddiaçı və Cavabdeh paylı mülkiyyətinə verilmiş 0.28 ha torpaq sahəsindən İddiaçı payının ½ hissədə naturada ayrılması mümkündür. Həmin torpaq sahəsində müstəqil olaraq və digər mülkiyyətçiyə maneəçilik törətmədən 0.28 ha torpaq sahəsindən iddiaçının ½ hissədə olmaqla razılaşdırılmış bölgü sxeminə əsasən yerin şimal şərqindən cənuba doğru istiqamətdə, cənubdan cənub qərbə doğru, cənub qərbdən şimal qərbə doğru istiqamətdə 0.14 ha torpaq sahəsi İddiaçı payına uyğundur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3396 saylı Məhkəmə ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ünvan 1 ünvanında yerləşən İddiaçı və Cavabdeh paylı mülkiyyətinə verilmiş 0.28 ha torpaq sahəsindən İddiaçı payının ½ hissədə naturada ayrılması mümkündür. Həmin torpaq sahəsində müstəqil olaraq və digər mülkiyyətçiyə maneəçilik törətmədən 0.28 ha torpaq sahəsindən iddiaçının ½ hissədə olmaqla razılaşdırılmış bölgü sxeminə əsasən yerin şimal şərqindən cənuba doğru istiqamətdə, cənubdan cənub qərbə doğru, cənub qərbdən şimal qərbə doğru istiqamətdə 0.14 ha torpaq sahəsi İddiaçı payına uyğundur. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən 0.28 ha həyətyanı torpaq sahəsi İddiaçı ilə Cavabdeh hər birinə ½ hissə olmaqla paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 238.1-ci maddəsinə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş halından görünür ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli ünvan 4 ünvanında yerləşən 0,28 ha təyinatlı torpaq sahəsi naturada ayrılması da mümkündür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.28 ha torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüququi Şəxsinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq İddiaçı payı 1/2 hissədə naturada ayrılaraq ona verilməlidir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.28 ha torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüququi Şəxsinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq İddiaçı payı 1/2 hissədə naturada ayrılaraq ona verilsin. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-44/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-44/2025
15.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver