Məhkəmə qərarları › İş №2(076)-4434/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-4434/2025

04.02.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-4434/2025 04.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Evə köçürülmə tələbi”nə dair iddiası üzrə işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Evə köçürülmə tələbi”nə dair məhkəmədə iddia qaldırmışdır. Məhkmə iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 ilə aralarında razılıq əldə etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Həmçinin bununla belə Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, iddianı qəbul etdiyini və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının ərizəsini, habelə digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtina etməsi başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur və qanunvericiliyin tələblərinə zidd deyildir. Məhkəmə, iddiaçının tələbdən imtina etməsi barədə ərizəsini və iş materiallarını Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsinin tələbləri baxımından araşdıraraq hesab edir ki, iddiaçının tələbdən imtina etməsi qanunvericiliyin tələblərinə uyğundur, başqa şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən iddiaçının iddia tələbindən imtina etməsini qəbul edərək iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iddia ərizəsinə xitam edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə xitam edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən iddianın xitam olması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin hesabına 50 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumu tam şəkildə iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, hazırki qərardadın qüvvədə olduğu müddətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəmədə iddia qaldıra bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.5, 191.2, 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İş üzrə icraata xitam verilsin. İş üzrə İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsiylə Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar