Məhkəmə qərarları › İş №2(076)-450/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-450/2023

07.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-450/2023 07.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı, onun vəkili X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi, zəbt edilmiş torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililərin sökülməsi və torpağın qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətində olan, Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən 0.20 ha torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi və torpağın qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən 0.20 ha torpaq sahəsi onun mülkiyyətindədir. Lakin həmin torpaq sahəsinin bir hissəsi uzun müddətdir ki, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Dəfələrlə cavabdehə qanunsuz əməllərinə son qoymağı təklif etsə də, o, buna məhəl qoymamış, ona məxsus torpaq sahəsini zəbtdən azad etməmişdir. Hətta həmin torpaq sahəsinin cavabdeh tərəfindən satın alınmasını da ona təklif etmişdir. Cavabdeh əvvəlcə torpağı almağa razılaşmış, lakin sonradan imtina etmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən 0.20 ha torpaq sahəsinin bir hissəsinin cavabdehin zəbtindən azad edilməsi və torpağın qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə “iddia tələbinin artırılması barədə” əlavə ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən 0.20 ha torpaq sahəsinin 0.13 ha hissəsinin cavabdehin zəbtindən azad edilməsi, zəbt edilmiş torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililərin sökülməsi və torpağın qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06–10301 reyestr nömrəli Çıxarış əsasında onun mülkiyyətində olan, Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən 0.20 ha torpaq sahəsinin 0.13 ha hissəsini özbaşına zəbt edərək, orada qanunsuz tikililər inşa etmiş və torpaq sahəsini təyinatına uyğun istifadə etmişdir. Dəfələrlə cavabdehdən mülkiyyətində olan torpaq sahəsindən çıxmasını, habelə qanunsuz tikililəri sökməsini tələb etsə də, cavabdeh ona məhəl qoymamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Hesab edir ki, cavabdehin sahibliyi qanunsuzdur. Ona görə də cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikililər sökülməlidir. Odur ki, iddianın təmin edilərək, Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən 0.20 ha torpaq sahəsinin 0.13 ha hissəsinin cavabdehin zəbtindən azad edilməsi, zəbt edilmiş torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililərin sökülməsi və torpağın qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsini pul müqabilində satın almış, lakin alqı– satqını rəsmiləşdirməmişdir. Belə olan halda o, iddiaçının torpaq sahəsini zəbt etməmiş, tikilini də özünə məxsus torpaq sahəsində inşa etmişdir. Hazırda ona qarşı qaldırılmış iddianı əsassız hesab edir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh vəkili X2 və üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə cavabdehin vəkilinin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, iddiaçının vəkilinin çıxışını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06– 10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 2 ünvanda yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021–ci il tarixli, **********06–10301 reyestr nömrəli, 504–14–1121 inventar nömrəli Texniki Pasportun surətindən görünür ki, Şəmkir rayonu, Düzqışlaq kəndi, Ü.Hacıbəyov küçəsində yerləşən 35 saylı ev İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022–ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06–10301 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən 0.20 ha torpaq sahəsinin 0.1263 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Cavabdehin istifadəsində olan 0.1263 ha torpaq sahəsində inşa edilmiş 99.30 kv.m tikili (ev) xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06–10301 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən 0.20 ha torpaq sahəsinin koordinantları daxilində yerləşir. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2023–cü il tarixli 10/5996 nömrəli rəyindən görünür ki, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06–10301 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən 0.20 ha torpaq sahəsinin 0.1263 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Cavabdehin istifadəsində olan 0.1263 ha torpaq sahəsində inşa edilmiş 99.30 kv.m tikili (ev) xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06–10301 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən 0.20 ha torpaq sahəsinin koordinantları daxilində yerləşir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, ünvan 3 ünvanda yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi xx.xx.2021– ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətindədir. Lakin həmin torpaq sahəsinin 0.1263 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Eləcə də, həmin torpaq sahəsində cavabdeh tərəfindən 99.30 kv.m ölçüdə tikili (ev) inşa edilmişdir. İddiaçı dəfələrlə həmin torpaq sahəsini könüllü olaraq qaytarmağı və tikilini sökməsini təklif etmiş, lakin cavabdeh iddiaçıya məxsus torpaq sahəsini qaytarmaqdan və qanunsuz tikilini sökməkdən imtina etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsinin 0.1263 ha hissəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 3 ünvanda yerləşən və iddiaçının mülkiyyətində olan 0.20 ha həyətyanı torpaq sahəsinin 0.1263 ha hissəsindən cavabdeh çıxarılmalı, həmin torpaq sahəsində cavabdeh tərəfindən 99.30 kv.m ölçüdə inşa edilmiş tikili (ev) cavabdehin vəsaiti hesabına sökülməli və torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və ünvan 3 ünvanda yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin 0.1263 ha hissəsindən Cavabdeh çıxarılsın, həmin torpaq sahəsində cavabdeh tərəfindən 99.30 kv.m ölçüdə inşa edilmiş tikili (ev) cavabdehin vəsaiti hesabına sökülsün və torpaq sahəsi iddiaçıya qaytarılsın İddia qalan hissədə təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar