Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-46/2023 18.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada bölünərək təhvil verilməsi və ara sərhəddinin müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada bölünərək təhvil verilməsi və ara sərhəddinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.6164 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 60/64 hissədə və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.5236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 60/64 hissədə paylarının naturada bölünərək ara sərhəddinin müəyyən edilməsinə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.6164 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 60/64 hissədə və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.5236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 60/64 hissədə payının naturada ayrılması mümkündür. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 0.6164 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların 60/64 hissədə olmaqla razılaşdırılmış bölgü sxeminə əsasən yerin şimalından cənubi qərb istiqamətinə doğru 0.3082 ha torpaq sahəsinin İddiaçı1 və cənubi şərqdən cənuba doğru istiqamətdə 0.3082 ha torpaq sahəsinin İddiaçı2 payına, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 0.5236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı2 60/64 hissədə razılaşdırılmış bölgü sxeminə əsasən yerin şimalından cənub istiqamətinə doğru 0.45235 ha torpaq sahəsi və yerin cənubi qərbindən şimal qərb istiqamətinə doğru 0.07125 ha torpaq sahəsi cavabdeh Məmmədov (Məmmədli) İlkin Fərman oğlunun payının naturada ayrılaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh bacısı X5 oğludur. X17 xx.xx.2004-cü ildə vəfat etmişdir. Cavabdeh məhkəmədə ona, X12, X7, X8, X1 və İddiaçı1 qarşı mirasın faktiki qəbul edilməsi, qanun üzrə vərəsə tanınma, miras əmlakdan payların müəyyən edilməsi və həmin paylar üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia qaldırmışdır. Şəmkir rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(076)-2093/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh mərhum X2 miras qalmış Şəmkir rayonun Keçili kəndində yerləşən JN-276A saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,25 ha həyətyanı torpaq sahəsi və JN-937 saylı «Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı üzrə 1,15 ha pay torpaq sahəsinin 1\4 hissəsini miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi, onun həmin əmlaka qanun üzrə vərəsə tanınması, mərhum X11 və X3 miras qalmış Şəmkir rayonun Keçili kəndində yerləşən JN-276A saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə üzrə 0,25 ha həyətyanı torpaq sahəsi və JN-937 saylı "Torpağa Mülkiyyət hüququna dair" Dövlət Aktı üzrə 1,15 ha pay torpaq sahəsində vərəsələr İddiaçı2 payının 35/64 hissədə, İddiaçı1 payının 25/64 hissədə, Cavabdeh payının 4/64 hissədə müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Hazırda ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.6164 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 25/64 hissəsi X6, 35/64 hissəsi mənim və 4/64 hissəsi Cavabdeh ümumi birgə mülkiyyətə verilmişdir. Həmçinin, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.5236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 25/64 hissəsi X6, 35/64 hissəsi onun və 4/64 hissəsi Cavabdeh ümumi birgə mülkiyyətlərinə verilmişdir. Qeyd olunan torpaq sahələrinə dair Torpaq sahəsinin Planı və Ölçüsü tərtib edilmişdir. Hazırda cavabdehlə birlikdə yaşamırlar və ümumi təsərrüfat idarə etmirlər. Ona görə də, cavabdehlə ümumi birgə müliyyətdə olub payları müəyyən edilmiş torpaq sahəsinin naturada ayrılaraq onlara təhvil verilməsini istəyirlər. Dəfələrlə müraciət etməklərinə baxmayaraq, cavabdeh onların müəyyən edilmiş paylarının naturada bölünməklə ara sərhəddinin müəyyən edilməklə onlara təhvil verilməsinə razılıq vermir. Halbuki, həmin torpaq sahələri qanuni əsaslarla onların mülkiyyətində və sahibliyindədir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh bacısı X5 oğludur. X17 xx.xx.2004-cü ildə vəfat etmişdir. Cavabdeh məhkəmədə ona, X12, X7, X8, X1 və İddiaçı2 qarşı mirasın faktiki qəbul edilməsi, qanun üzrə vərəsə tanınma, miras əmlakdan payların müəyyən edilməsi və həmin paylar üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia qaldırmışdır. Şəmkir rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(076)-2093/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh mərhum X2 miras qalmış Şəmkir rayonun Keçili kəndində yerləşən JN-276A saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,25 ha həyətyanı torpaq sahəsi və JN-937 saylı «Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı üzrə 1,15 ha pay torpaq sahəsinin 1\4 hissəsini miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi, onun həmin əmlaka qanun üzrə vərəsə tanınması, mərhum X11 və X3 miras qalmış Şəmkir rayonun Keçili kəndində yerləşən JN-276A saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə üzrə 0,25 ha həyətyanı torpaq sahəsi və JN-937 saylı "Torpağa Mülkiyyət hüququna dair" Dövlət Aktı üzrə 1,15 ha pay torpaq sahəsində vərəsələr İddiaçı2 payının 35/64 hissədə, İddiaçı1 payının 25/64 hissədə, Cavabdeh payının 4/64 hissədə müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Hazırda ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.6164 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 25/64 hissəsi onun, 35/64 hissəsi X9 və 4/64 hissəsi Cavabdeh ümumi birgə mülkiyyətə verilmişdir. Həmçinin, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.5236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 25/64 hissəsi X6, 35/64 hissəsi onun və 4/64 hissəsi Cavabdeh ümumi birgə mülkiyyətlərinə verilmişdir. Qeyd olunan torpaq sahələrinə dair Torpaq sahəsinin Planı və Ölçüsü tərtib edilmişdir. İddiaçılar hazırda cavabdehlə birlikdə yaşamırlar və ümumi təsərrüfat idarə etmirlər. Ona görə də, cavabdehlə ümumi birgə müliyyətdə olub payları müəyyən edilmiş torpaq sahəsinin naturada ayrılaraq onlara təhvil verilməsini istəyirlər. Dəfələrlə müraciət etməklərinə baxmayaraq, cavabdeh onların müəyyən edilmiş paylarının naturada bölünməklə ara sərhəddinin müəyyən edilməklə onlara təhvil verilməsinə razılıq vermir. Halbuki, həmin torpaq sahələri qanuni əsaslarla onların mülkiyyətində və sahibliyindədir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlardır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçılar onun dayısı və xalasıdır. Onun anası X10r. X23 xx.xx.2004cü ildə vəfat etmişdir. Şəmkir rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(076)- 2093/2020 saylı qətnaməsi ilə onun İddiaçı2, X12, X7, X8, X1 və İddiaçı1 qarşı mirasın faktiki qəbul edilməsi, qanun üzrə vərəsə tanınma, miras əmlakdan payların müəyyən edilməsi və həmin paylar üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı Cavabdeh mərhum X2 miras qalmış Şəmkir rayonun Keçili kəndində yerləşən JN-276A saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,25 ha həyətyanı torpaq sahəsi və JN-937 saylı «Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı üzrə 1,15 ha pay torpaq sahəsinin 1\4 hissəsini miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi, onun həmin əmlaka qanun üzrə vərəsə tanınması, mərhum X11 və X3 miras qalmış Şəmkir rayonun Keçili kəndində yerləşən JN-276A saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə üzrə 0,25 ha həyətyanı torpaq sahəsi və JN-937 saylı "Torpağa Mülkiyyət hüququna dair" Dövlət Aktı üzrə 1,15 ha pay torpaq sahəsində vərəsələr İddiaçı2 payının 35/64 hissədə, İddiaçı1 payının 25/64 hissədə, onun özünün payının 4/64 hissədə müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Hazırda ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.6164 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 25/64 hissəsi X6, 35/64 hissəsi mənim və 4/64 hissəsi isə onun ümumi birgə mülkiyyətə verilmişdir. İddiaçıların və onun payına düşən torpaq sahəsinin naturada bölünüərək onlara təhvil verilməsinə və ara sərhədlərinin müəyyən edilməsinə etiraz etmir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-2093/2020 saylı 08 oktyabr 2020-ci il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh mərhum X2 miras qalmış Şəmkir rayonun Keçili kəndində yerləşən JN-276A saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,25 ha həyətyanı torpaq sahəsi və JN- 937 saylı «Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı üzrə 1,15 ha pay torpaq sahəsinin 1\4 hissəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilməsi və onun həmin əmlaka qanun üzrə vərəsə tanınması, mərhum X11 və X3 miras qalmış Şəmkir rayonun Keçili kəndində yerləşən JN-276A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,25 ha həyətyanı torpaq sahəsi və JN-937 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə 1,15 ha pay torpaq sahəsində vərəsələr İddiaçı2 payının 35/64 hissədə, İddiaçı1 payının 25/64 hissədə, Cavabdeh payının 4/64 hissədə müəyyən edilməsi qət edilmişdir. İşdə olan Torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Torpaq sahəsinin planı və ölçüsü Şəmkir rayonu Keçili kəndində DTXK Şəmkir rayon Şöbəsinin Torpağa mülkiyyət hüquiquna dair Dövlət Aktı JN-937, xx.xx.1998, 2(076)-2093, xx.xx.2020 tarixli məhkəmə qətnaməsi ilə İddiaçı2 adına 0,6164 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İşdə olan Torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Torpaq sahəsinin planı və ölçüsü Şəmkir rayonu Keçili kəndində DTXK Şəmkir rayon Şöbəsinin Torpağa mülkiyyət hüquiquna dair Dövlət Aktı JN-937, xx.xx.1998, 2(076)-2093, xx.xx.2020 tarixli məhkəmə qətnaməsi ilə İddiaçı2 adına 0,5236 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.6164 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2 25/64 hissədə, İddiaçı1 35/64 hissədə və Cavabdeh 4/64 hissədə mülkiyyətlərinə verilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.5236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2 25/64 hissədə, İddiaçı1 35/64 hissədə və Cavabdeh 4/64 hissədə mülkiyyətlərinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 08 may 2023-cü il tarixli 3-21-3-40/2- 2546/23 saylı mütəxəssis rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.6164 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 60/64 hissədə və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.5236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 60/64 hissədə payının naturada ayrılması mümkündür. Həmin torpaq sahələrinə müstəqil olaraq və digər mülkiyyətçilərə maneçilik törətmədən 0.6164 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların 60/64 hissədə olmaqla razılaşdırılmış bölgü sxeminə əsasən yerin şimalından cənubi qərb istiqamətinə doğru 0.3082 ha torpaq sahəsi İddiaçı1 və cənubi şərqdən cənuba doğru istiqamətdə 0.3082 ha torpaq sahəsi İddiaçı2 payına, 0.5236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı2 60/64 hissədə razılaşdırılmış bölgü sxeminə əsasən yerin şimalından cənub istiqamətinə doğru 0.45235 ha torpaq sahəsi və yerin cənubi qərbindən şimal qərb istiqamətinə doğru 0.07125 ha torpaq sahəsi cavabdeh Məmmədov (Məmmədli) İlkin Fərman oğlunun payına uyğundur. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/5290 saylı rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.6164 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 60/64 hissədə və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.5236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 60/64 hissədə payının naturada ayrılması mümkündür. Həmin torpaq sahələrinə müstəqil olaraq və digər mülkiyyətçilərə maneçilik törətmədən 0.6164 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların 60/64 hissədə olmaqla razılaşdırılmış bölgü sxeminə əsasən yerin şimalından cənubi qərb istiqamətinə doğru 0.3082 ha torpaq sahəsi İddiaçı1 və cənubi şərqdən cənuba doğru istiqamətdə 0.3083 ha torpaq sahəsi İddiaçı2 payına, 0.5236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı2 60/64 hissədə razılaşdırılmış bölgü sxeminə əsasən yerin şimalından cənub istiqamətinə doğru 01.45235 ha torpaq sahəsi və yerin cənubi qərbindən şimal qərb istiqamətinə doğru 0.07125 ha torpaq sahəsi cavabdeh Məmmədov (Məmmədli) İlkin Fərman oğlunun payına uyğunluğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Şəmkir rayonu Keçili kəndində yerləşən 0.6164 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2 25/64 hissədə, İddiaçı1 35/64 hissədə və Cavabdeh 4/64 hissədə və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Şəmkir rayonu Keçili kəndində yerləşən 0.5236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2 25/64 hissədə, İddiaçı1 35/64 hissədə və Cavabdeh 4/64 hissədə mülkiyyətlərinə verilmişdir. Hazırda iddiaçılar cavabdehlə ümumi birgə mülkiyyətdə olub payları müəyyən edilmiş torpaq sahəsinin naturada payların bölünməsində razılığa gələ bilmədiklərindən iddiaçılar İddiaçı2 və İddiaçı1 öz paylarının və cavabdehin payının naturada ayrılması barədə məhkəməyə müraciət etmişlər. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 220-ci maddəsi əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından görünür ki, tərəflər 0.6164 ha və 0,5236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən paylarının bölünməsində razılığa gələ bilmədiklərindən iddiaçılar İddiaçı2 və İddiaçı1 paylarının naturada ayrılması barədə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5290 saylı ekspertiza rəyi ilə ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.6164 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 60/64 hissədə və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.5236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 60/64 hissədə payının naturada ayrılması mümkündür. Həmin torpaq sahələrinə müstəqil olaraq və digər mülkiyyətçilərə maneçilik törətmədən 0.6164 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların 60/64 hissədə olmaqla razılaşdırılmış bölgü sxeminə əsasən yerin şimalından cənubi qərb istiqamətinə doğru 0.3082 ha torpaq sahəsi İddiaçı1 və cənubi şərqdən cənuba doğru istiqamətdə 0.3082 ha torpaq sahəsi İddiaçı2 payına, 0.5236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı2 60/64 hissədə razılaşdırılmış bölgü sxeminə əsasən yerin şimalından cənub istiqamətinə doğru 0.45235 ha torpaq sahəsi və yerin cənubi qərbindən şimal qərb istiqamətinə doğru 0.07125 ha torpaq sahəsinin Cavabdeh payına uyğunluğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.6164 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən razılaşdırılmış bölgü sxeminə əsasən yerin şimalından cənubi şərq istiqamətinə doğru 0.3082 ha torpaq sahəsi İddiaçı1 və cənubi şərqdən cənuba doğru istiqamətdə 0.3082 ha torpaq sahəsi İddiaçı2, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.5236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 60/64 hissədə razılaşdırılmış bölgü sxeminə əsasən yerin şimalından cənub istiqamətinə doğru 0.45235 ha torpaq sahəsi İddiaçı2 payı və yerin cənubi qərbindən şimal qərb istiqamətinə doğru 0.07125 ha torpaq sahəsi Cavabdeh payı naturada ayrılaraq onlara verilməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, torpaq sahəsinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyəri olan 95 (doxsan beş) manat məhkəmə xərci və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikavsı MPM-nin 216-220, 233 və 341-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.6164 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən razılaşdırılmış bölgü sxeminə əsasən yerin şimalından cənubi şərq istiqamətinə doğru 0.3082 ha torpaq sahəsi İddiaçı1 və cənubi şərqdən cənuba doğru istiqamətdə 0.3082 ha torpaq sahəsi İddiaçı2, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.5236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 60/64 hissədə razılaşdırılmış bölgü sxeminə əsasən yerin şimalından cənub istiqamətinə doğru 0.45235 ha torpaq sahəsi İddiaçı2 payı və yerin cənubi qərbindən şimal qərb istiqamətinə doğru 0.07125 ha torpaq sahəsi Cavabdeh payı naturada ayrılaraq onlara verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin, torpaq sahəsinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyəri olan 95 (doxsan beş) manat məhkəmə xərci və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-46/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-46/2023
18.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver