Məhkəmə qərarları › İş №2(076)-4604/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-4604/2025

08.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-4604/2025 08.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılmasına dair” tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılmasına dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirdi ki, 3 nömrəli Mənzilistismar sahəsinin rəhbərliyi Cavabdeh yaşadığı mənzildən çıxarılması barədə Gəncə rayon MİH tərəfindən Şəmkir rayon Məhkəməsi qarşısında iddia qaldırıldığı bildirir. Hal-hazırda Cavabdeh mənzili könüllü təhvil verdiyindən işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılmasına dair” ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılmasına dair” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar