Məhkəmə qərarları › İş №2(076)-4663/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4663/2025

26.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4663/2025 26.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X11 Məsail oğlunun sədrliyi Razadə Leyla Elçin qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X3 miras qalmış, “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında ünvan 1 ünvanında yerləşən 504.5 kv.m sahəsi olan qeyri-yaşayış binasının onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsasladırmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Posanlı qəsəbəsində yaşayır. X2 onun əri olmuşdur və sonuncu ilə nikahlarını 12 dekabr 1989-cu il tarixində rəsmiləşdiriblər. Birgə nikahlarından xx.xx.1989-cu il təvəllüdlü Maraqlı şəxs2, xx.xx.1991-ci il təvəllüdlü X8, xx.xx.1995-ci il təvəllüdlü Maraqlı şəxs4 və xx.xx.1997-ci il təvəllüdlü Maraqlı şəxs3 adlı dörd evladları dünyaya gəlmişdir. X1 xx.xx.1995-ci il tarixində, əri X9 isə xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında 504.5 kv.m sahədən ibarət qeyri-yaşayış binası (yeməkxana) xx.xx.2011-ci il tarixli seriya MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarış əsasında mərhum əri X4 mülkiyyətinə verilmişdir. Mövcud yeməkxana X4 istifadəsində olmuş sonuncu vəfat etdikdən sonra arvadı Ərizəçi istifadəsinə keçmişdir. Ərizəçi hal-hazırda yeməkxanaya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir və bununla bağlı Şəmkir rayon 1 saylı Notariat Ofisinə müraciət etdikdə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edilmiş və mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyünü qeyd etmişlər. Məhkəmə iclası zamanı Ərizəçi ərizəsini müdafiə etmiş və məhkəmədən ərizəsinin təmin olunmasını xaiş etmişdir. Maraqlı şəxslər Şəmkir Rayon 1 saylı Notariat Ofisinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2018–ci il tarixdə vəfat etmişlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanınada Daşınmaz Əmlakın Dövlət Reyesteri xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışda göstərilir ki, X4 mülkiyyətində ünvan 1 ünvanında yerləşən 504.5 kv.m sahəsi olan qeyri-yaşayış binası olmuşdur. İşdə olan xx.xx.2025–cü il tarixli 1561 nömrəli Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi mərhum X3 qalmış miras əmlak barədə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şəmkir Rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş, lakin ərizəçi mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığı üçün notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin izahatı və digər iş materialları ilə müəyyən edilir ki, xx.xx.2018–ci il tarixdə vəfat etmiş mərhum X9 ərizəçinin əri olmuşdur. Məhkəmə, həmçinin müəyyən etdi ki, mərhum X3 ünvan 1 ünvanında 504.5 kv.m sahədən ibarət qeyri-yaşayış binası (yeməkxana) miras qalmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, mərhum X3 qalan mirasın ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1–ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3–cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.2–ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi mərhum X3 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, mərhum X3 qalmış mirası, onun ölümündən sonra arvadı Ərizəçi miras qeyri-yaşayış binası təyinatına uyğun olaraq istifadə etməklə faktiki olaraq qəbul etdiyindən mübahisəli miras əmlakdan pay almaq hüququ ona keçmişdir. Həmçinin, mərhum X5 vərəsələri mirasın Ərizəçi tərəfindən qəbul edilməsinə etibarnamə vermişlər. Məhkəmə həmin halı maraqlı şəxslərin heç bir etirazının olmaması kimi qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, mərhum əri X3 miras qalmış, “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında ünvan 1 ünvanında yerləşən 504.5 kv.m sahəsi olan qeyri-yaşayış binasının Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar