Məhkəmə qərarları › İş №2(076)-468/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-468/2023

25.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-468/2023 25.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsində olan daşın və tullantıların cavabdehin vəsaiti hesabına götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsində olan daşın və tullantıların cavabdehin vəsaiti hesabına götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında onun icarəsində olan və Şəmkir rayonu Düyərli kəndində yerləşən torpaq sahəsindən Cavabdeh çıxarılaraq, torpaq sahəsinin ona qaytarılmasına, torpaq sahəsinə cavabdeh tərəfindən tökülmüş daşın və digər tullantıların cavabdehin vəsaiti hesabına sökülərək götürülməsinə və ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onları iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1.-cı maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 114, 259.0.06, 260, 263-264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsində olan daşın və tullantıların cavabdehin vəsaiti hesabına götürülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar