Məhkəmə qərarları › İş №2(076)-47/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-47/2025

20.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-47/2025 20.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünərək təhvil verilməsi və ara sərhəddinin müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-775 (Kod 5040068) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasənda ümumi birgə mülkiyyətə verilmiş və Şəmkir rayonu Könüllü kəndində yerləşən 3.14 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1/10 hissədə payının naturada bölünərək iddiaçıya təhvil verilməsinə və ara sərhəddinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı, cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünərək təhvil verilməsi və ara sərhəddinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar