Məhkəmə qərarları › İş №2(076)-471/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-471/2024

29.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-471/2024 29.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Elşən Nazim oğlunun katibliyi ilə İddiaçı və onun nümayəndəsi və vəkili, Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin ona Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri DövlətXİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş 2.9174 ha, ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş 2.8004 ha və ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş 2.8616 ha torpaq sahələrindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan iddia tələblərinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin iddiaçıya aid olan 2.8004 ha torpaq sahəsindən çıxarılması hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Şəmkir Bələdiyyəsi ilə İddiaçı arasında Şəmkir rayonu 1 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 3M- 1147 nömrəli icarə müqaviləsinə əsasən Şəmkir şəhərində yerləşən 2.9174 ha torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. Bu hüquq DƏDRX-nin xx.xx.2023-cü il tarixli çıxarışı ilə dövlət reyesrtində qeydə alınmışdır. Şəmkir rayon Şəmkir Bələdiyyəsi ilə İddiaçı arasında Şəmkir rayonu 1 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 3M- 1148 nömrəli icarə müqaviləsinə əsasən Şəmkir şəhərində yerləşən 2.8004 ha torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. Bu hüquq DƏDRX-nin xx.xx.2023-cü il tarixli çıxarışı ilə dövlət reyesrtində qeydə alınmışdır.Şəmkir rayon Şəmkir Bələdiyyəsi ilə İddiaçı arasında İddiaçı icarəyə verilmişdir. Bu hüquq DƏDRX-nin xx.xx.2023-cü il tarixli çıxarışı ilə dövlət reyesrtində qeydə alınmışdır. Söze gedən hər üç torpaq sahəsi, X2 publik hüquqi şəxsin Qazax ərazi Torpaq müsabiqə və hərrac komissiyasının şəhadətnaməsi əsasında mənə icarəyə verilmişdir. Qeyd olunan torpaq sahələri iddiaçıya təqdim olunmuş və təyinatı üzrə istifadə qaydaların izah edilmişdir. İddiaçı da öz növbəsində həmin torpaq sahəsində görüləcək işlərlə bağlı müəyyən tədbirlər həyata keçirməyə hazırlaşırdı. Təxminən, 10 gün bundan əvvəl cavabdeh həmin torpaq sahəsinə qanunsuz daxil olaraq, öz ərazisi kimi ondan istifadə etməyə başlamışdır. İddiaçı onun bu hərəkətinin qarşısını almağa çalışmışdır. Lakin, heç bir halda bu mümkün olmadı. Belə ki, cavabdeh ona hücum etməyə və ona xəsarət yetirməyə belə cəht etdi. Buna görə də hiss etdi ki, onunla qarşı-qarşıya durmaq olmaz və onun qanunsuz hərəkətlərinin qarşısının alınması üçün adiyyəti dövlət orqanına müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Çünki, yuxarda qeyd etdiyi kimi, həmin torpaq sahələrini iddiaçı qanunla müəyyən edilmiş qaydada qanuni əsaslarla əldə etmişdir. Buna görə də hesab edir ki, rəsmi sənədlərlə ona icarəyə vermiş torpaq sahələri cavabdehin qanunsuz sahibliyindən geri alınaraq sahibinə təhvil verilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərərk bildirdi ki, zəbt etdiyi sahədən çıxacaq, lakin orada əkin əkmiş, məhsulunu götürmək istəyir. Ona görə də məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan: İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 2.8004 ha torpaq sahəsi (tam) xx.xx.2023-cü il tarixindən xx.xx.2038-ci il tarixinədək Şəmkir rayon Bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 2.8616 ha torpaq sahəsi (tam) xx.xx.2023-cü il tarixindən xx.xx.2038-ci il tarixinədək Şəmkir rayon Bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 2.9174 ha torpaq sahəsi (tam) xx.xx.2023-cü il tarixindən xx.xx.2038-ci il tarixinədək Şəmkir rayon Bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cüil tarixli, 3-16-16/2-10/1414 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏmlakMəsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli **********46 reyestr nömrəli çıxarışla İddiaçı icarəyə verilmiş 2.8004 ha torpaq sahəsinin faktiki vəziyyətdə bütövlüklə digər şəxs (şəxslər) tərəfindən əkin işləri aparılmaqla istifadə edilməsi müəyyən edilmişdir. Həmin 2.8004 ha torpaq sahəsində hər hansı tikili inşa edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən İddiaçına ********** çıxarışla icarəyə verilmiş 2.9174 ha və ********** qeydiyyat nömrəliçıxarışla icarəyə verilmiş 2.8616ha torpaq sahələrinin isə iddiaçının özünün istifadəsində olduğu müəyyən edilmişdir. Torpaq sahələrinin yerləşmə vəziyyətini əks etdirən sxem rəyin tədqiqat hissəsində göstərilmişdir. Tətbiq edilən hüquq: -Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar,bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən özəmlakını geri tələb edə bilər Həmin Məcəllənin 157.4-cü əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8.-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin maddənin 2-ci bəndinə əsasəntorpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasın məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, Şəmkir şəhərində yerləşən 2.8004 ha torpaq sahəsi (tam) xx.xx.2023-cü il tarixindən xx.xx.2038-ci il tarixinədək Şəmkir rayon Bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub – olmamasını araşdırmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı icarəçi olduğundan, yəni torpaq sahəsinin faktik sahibi olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə haqlı olmuşdur. Hazırkı iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsi təşkil edir. Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər isə məcmu halda hazırkı işdə mövcuddur. Cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iş üzrə verilmiş ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli **********46 reyestr nömrəli çıxarışla İddiaçı iocarəyə verilmiş 2.8004 ha torpaq sahəsinin faktiki vəziyyətdə bütövlüklə digər şəxs (şəxslər) tərəfindən əkin işləri aparılmaqla istifadə edildiyi öz təsdiqini tapmışdır. Məhkəmə iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir” Odur ki, iddia təmin edilməli, İddiaçı istifadəsində olan Şəmkir rayonunda yerləşən 2.8004 ha torpaq sahəsindən çıxarılmaqla, onun tərəfindən iddiaçılara torpaqdan istifadə ilə bağlı maneələrə son qoyulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar olan məsrəflərə daxildir. İşə baxılması ilə əlaqədar olan məsrəflərdən olan ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı istifadəsində olan Şəmkir rayonda yerləşən 2.8004 ha torpaq sahəsindən çıxarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar