Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-48/2025 17.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı Şəmkir rayon Çənlibel Bələdiyyəsinin Cavabdeh2 və Cavabdeh1 qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ümumi istifadədə olan yolun açılması və dəmir setkanın cavabdehlərin vəsaiti hesabına sökülməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Şəmkir rayon Çənlibel Bələdiyyəsi Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-01-776 (kod ********) saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayoun Çənlibel Bələdiyyəsinin mülkiyyətində olan və Şəmkir rayon, Çənlibel kəndi ərazisində yerləşən 4275,35 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması, torpaq sahəsinin Çənlibel Bələdiyyəsinə qaytarılması, həmin torpaq sahəsindən isitifadə üçün nəzərdə tutulmuş ümumi yolun, o cümlədən gediş-gəliş yolunun açılması və orada özbaşına quraşdırılmış dəmir setkanın cavabdehlərin vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iddiaçı Şəmkir rayon Çənlibel Bələdiyyəsinin Cavabdeh2 və Cavabdeh1 qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ümumi istifadədə olan yolun açılması və dəmir setkanın cavabdehlərin vəsaiti hesabına sökülməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçı Şəmkir rayon Çənlibel Bələdiyyəsinin Cavabdeh2 və Cavabdeh1 qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ümumi istifadədə olan yolun açılması və dəmir setkanın cavabdehlərin vəsaiti hesabına sökülməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-48/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-48/2025
17.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver