Məhkəmə qərarları › İş №2(076)-504/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-504/2024

02.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-504/2024 02.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçılar İddiaçı1, X5, İddiaçı5, X11, X24 və iddiaçıların nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh7 nümayəndəsi (vəkil) X33 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Şəmkir Rayon 1 saylı notariat ofisinə, Cavabdeh5 Notariat Ofisinə, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X48 11 Saylı Şəmkir Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi, xüsusi qərar çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Şəmkir Rayon 1 saylı notariat ofisinə, Cavabdeh5 Notariat Ofisinə, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X48 11 Saylı Şəmkir Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi, xüsusi qərar çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu 1 saylı Dövlət Notariat Kontorunda onların adına olan JN-703 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktında olan 2,89 ha torpaq sahəsinə dair bağlanılmış 30 aprel 2002-ci il tarixli 4Ə-121 reyestr nömrəli Cavabdeh1 guya onlardan bağladığı saxta alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş 02 iyul 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın və 02 iyul 2011-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə digər Cavabdeh2 arasında həmin torpaq sahəsinin 703Z konturu 0,0984 hektar hissəsinə dair Şəmkir Rayon 1 saylı Notariat Kontorunda bağlanılmış 06 iyul 2017-ci il tarixli 40-1054 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş 05 aprel 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestr nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh7 arasında Tovuz Regional "ASAN Xidmət Mərkəzinin Notariat Ofisində bu torpaq sahəsinin 703 konturu 2.6266 hektar hissəsinə dair bağlanılmış 03 dekabr 2020-ci il tarixli 40-1199 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh7 adına verilmiş 24 dekabr 2020-ci tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə, Cavabdeh1 ilə cavabdeh X34 arasında həmin torpaq sahəsinin 703 M konturu 0,1634 hektar hissəsinə dair Şəmkir rayon 1 saylı Notariat Kontorunda 11 sentyabr 2019cu il tarixdə bağlanılmış 40-1954 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh X16 adına verilmiş 17 sentyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətinə qaytarılması və torpaq sahəsinin cavabdehlərin zəbtindən azad olunaraq, onlara qaytarılması barədə qətnamə çıxarılmasını, saxtakarlıq və digər cinayətlər barədə xüsusi qərar çıxarılıb prokurora xəbər verilməsini xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 28 may tarixli 51 nömrəli qərarı ilə X17, X12, İddiaçı3 Hümbət qızına, X7. X18, İddiaçı2 Nurəddin oğluna, X28, X19 və İddiaçı1 Şəmkir rayonu Keçili kəndinin ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,89 ha torpaq sahəsi mülkiyyət verilmişdir. Torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair JN 703 KOD 50411018 "Torpağa Mülkiyyət Hüququna dair" dövlət aktı hazırlanıb verilmişdir. Torpaq sahəsi Qaratel Quliyeva tərəfindən istifadə edilməsi üçün Cavabdeh1 verilmişdir. Torpaq sahələri istifadə etdiyinə görə Cavabdeh1 hər il natura şəklində haqq ödəmişdir. Qaratel Quliyeva 2002-ci ilin may ayında vəfat etmişdir. O, vəfat etdikdən sonra da Cavabdeh1 onlara torpaq sahəsindən istifadə etdiyi üçün 2022-ci ilədək hər il haqq ödəmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində onlar Cavabdeh1 torpaq sahəsini onlara qaytarmasını, özləri əkib-becərmək istədiklərini bildirmişlər. Həmin vaxt Cavabdeh1 onlara torpaq sahəsinin onun adına olduğunu, buna görə torpağı qaytarmayacağını bildirmişdir. Buna görə 2022-ci ilin avqust ayında İddiaçı3 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərizə İdarəsinə torpaq sahəsinin hüquqi vəziyyətini öyrənmək üçün müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərizə İdarəsinin verdiyi məktubundan onlara Cavabdeh1 torpaq sahəsini öz adına keçirtməsi məlum olmuşdur. Bundan sonra 2023-cü ilin mart ayında İddiaçı1 da öz növbəsində Dövlət Aktında qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona çıxarış verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 11 saylı Şəmkir Ərazi İdarəsi ona imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd edilən 2.89 torpaq sahəsi bütövlükdə Şəmkir 1 nömrəli Dövlət Notariat Kontorunun 30 aprel 2002-ci il tarixli 40-121 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Cavabdeh1 11 saylı Şəmkir Ərazi İdarəsinə guya 2.89 ha torpaq sahəsinin X29 tərəfindən ona satılması barədə təqdim etdiyi 30 aprel 2002-ci il tarixli 4- 121 reyestr nömrəli alqı-satqı müqaviləsi saxtadır. Belə ki, Şəmkir 1 nömrəli Notariat Kontorunda bağlanmış 40-121 reyestr nömrəli alqı-satqı müqaviləsi tamamilə başqa şəxslər arasında bağlanmışdır, həmin müqavilənin bağlanma tarixi 30 aprel 2002-ci il deyil, 01 may 2002-ci ildir. Bundan başqa həmin torpaq sahəsi təkcə X17 məxsus olmamışdır ki, sonuncu onu bütövlükdə Cavabdeh1 sata bilsin. Torpaq sahəsi Qaratel Quliyeva da daxil olmaqla 9 nəfərə məxsus olmuşdur. Buna görə hətta belə bir alqı-satqı müqaviləsi bağlanmış olsa belə həmin müqavilə tamamilə qanunsuzdur və notariat orqanı belə bir müqaviləni bağlaya və təsdiq edə bilməzdi. Həmçinin qeyd etmək istəyir ki, Qaratel Quliyevanın 95 yaşı olmuş, ölməmişdən 5 il əvvəl yataq xəstəsi olmuşdur. Buna qörə Notariat Kontoruna gedib müqavilə imzalaya bilməzdi. Onu da qeyd edirlər ki, iki alqısatqı müqaviləsində olan imzaları müqayisə etdikdə görünür ki, 30 aprel 2002-ci il tarixli müqavilədəki imza həqiqi deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Odur ki, qeyd edilən alqı-satqı müqavilələrinin və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, ləğv edilməsi, cavabdehin torpaq sahəsindən çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Digər bir tərəfdən qeyd edirlər ki, bu saxta müqavilə əsasında onların torpaq sahələri 3 hissəyə bölünərək başqa şəxslərə satılmış və onların da adına, yuxarıdakı digər cavabdehlərin də adına saxta müqavilədən əldə olunmuş əmlaka dair reyestrdən çıxarışlar verilmişdir. Həmin müqavilələr də etibarsız hesab edilməli və verilən çıxarışlar ləğv olunmalıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, X20, İddiaçı5, X30, X36 və iddiaçıların nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdilər ki, mübahisəli torpaq sahəsi hazırda cavabdeh kimi qeyd edilmiş Cavabdeh2, Cavabdeh7 və Cavabdeh3 istifadəsindədir. Qeyd edilənlərə əsasən iddianın tam təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh7 nümayəndəsi X42 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, nümayəndəsi olduğu Cavabdeh7 03 dekabr 2020-ci ildə Şəmkir rayon, Keçili kəndi ərazisində yerləşən xx.xx.2011-ci il tarixli, **********36 reyestr nömrəli Çıxarış əsasında Cavabdeh1 mülkiyyətində olan 3.3275 ha torpaq sahəsini Cavabdeh1 satın almışdır. Həmin alqı-satqı müqaviləsi Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat Ofisinin notariusu tərəfindən təsdiq olunmuşdur. Həmin torpaq sahəsi xx.xx.2020ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Cavabdeh7 mülkiyyətinə verilmişdir. Cavabdeh7 mübahisəli torpaq sahəsini alarkən torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus və onun istifadəsində olmuşdur. Eyni zamanda hazırda həmin torpaq sahəsi R. Nağıyevin istifadəsindədir və Cavabdeh7 hazırda həmin torpaq sahəsini "xxxx" ASC-də ipoteka ilə yüklü edərək kredit götürmüşdür. Ona görə də hesab edirlər ki, Cavabdeh7 vicdanlı alıcı olmuşdur. Odur ki, iddia tələbinin Cavabdeh7 aid hissədə iddia rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Şəmkir Rayon 1 saylı notariat ofisi, Cavabdeh5 Notariat ofisi, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X48 11 Saylı Şəmkir Ərazi İdarəsi iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehlər və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçıların iddiasının qəbul etmir və rədd edilməsini istəyir. Belə ki, iddiaçıların adına verilmiş 2.89 ha torpaq sahəsini qanuni əsaslarla almışdır. Hətta, Keçili kənd İƏD-i üzrə nümayəndəlikdə bu barədə akt imzalanmışdır. Həmin akta bütün ailə üzvləri imza etmişlər. İddiaçı iddia ərizəsində şər və böhtan olaraq guya onlara 2022-ci ilədək haqq verdiyini qeyd etmişlər. Əslində isə o həmin torpaq sahəsini qanuni əsaslarla öz adına sənədləşdirmiş, 15 ilə yaxındır ki, başqa şəxslərə satmışdır. İddiaçı isə DƏDRX-nin bir məktubu ilə iddia ərizəsi vermişdir Məhkəmə isə onu icraata qəbul etmişdir. Hesab edir ki, məhkəmə həmin iddianı icraata qəbul etməməli idi. Belə ki, iddia ərizəsinə iddiaçı iş üzrə lazım olan sənədləri təqdim etməmişdir. İddiaçı uşaq olmuş, onun valideynlərinin və özlərinin halallığı, eləcə də qanuni əsaslarla torpaq sahəsini almış, sənədləşdirib başqa şəxslərə satmışdır. Bu proseslər hamısı onların gözü qarşısında olmuş və vaxtında heç bir narazılıqları olmamışdır. İndi isə ondan pul tələb etmək məqsədi ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı1 Nurədddin oğlu və digərlərinin ona qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbi barədə iddiasının əsassız olduğundan rədd edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirdi ki, o iddiaçının iddiasının qəbul etmir və rədd edilməsini istəyir. Belə ki, iddiaçıları tanımır. O, Cavabdeh1 qanuni əsaslarla 0.09 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə dair Cavabdeh1 adına çıxarış olmuşdur. Həmin torpağın heç bir yüklülüyü, girovu və ya həbsi olmamışdır. O da qanuni əsaslarla alqı-satqı müqaviləsi əsasında 0.09 ha torpaq sahəsi almışdır. Hesab edir ki, o vicdanlı alıcıdır və ona aid hissədə iddia rədd edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-703 nömrəli (KOD ********) saylı Torpağa mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 28 may tarixli 51 nömrəli qərarı ilə X17, X12, İddiaçı3 Hümbət qızına, X8, X18, İddiaçı2 Nurəddin oğluna, X28, X19 və İddiaçı1 Şəmkir rayonu Keçili kəndinin ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,89 ha torpaq sahəsi mülkiyyət verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı 337301 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X29 xx.xx.2002-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-16-5/6-13-Q-32-6/23 nömrəli Dövlət Notariat Arxivinin tərəfindən verilmiş məktubdan görünür ki, Şəmkir rayonu 1 saylı dövlət notariat ofisində 30 aprel 2002-ci il tarixdə 4Ə-121 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Şəmkir rayonu 1 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2002-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən X13 adına notariat qaydasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Qeyd olunan müqavilənin Dövlət notariat arxivində saxlanılan nüsxələrində 121 reyestr nömrəli müqavilənin 01 may 2002-ci il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Bu səbəbdən müqaviləyə dair notariat işinin kserosurətinin verilməsi imkan xaricində olduğu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2002-ci il tarixli 4Ə-121 reyestr nömrəli alqı-satqı müqavilənin surətindən görünür ki, X2 İnqilab Əli oğluna Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 28 may tarixli 51 nömrəli qərarı ilə ona verilmiş, Şəmkir rayon Keçili kəndində yerləşən 2.89 ha torpaq sahəsini 3 000 000 manata satmışdır. İş materiallarında xx.xx.2002-ci il tarixli, 4Ə-121 nömrəli alqı-satqı müqavilənin təsdiqlənmiş surətindən görünür ki, X3 rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 29 yanvar tarixli, 41 nömrəli qərarı ilə ona verilmiş Şəmkir rayonu Qapanlı kəndində yerləşən 7.90 ha torpaq sahəsini X25 8 000 00 manata satmışdır. İş materiallarında olan 16 iyun 2023-cü il tarixli 3-21-3-40/2-3393/2023 nömrəli arayışdan görünür ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən 2.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 51 nömrəli qərarı ilə 24 oktyabr 1998-ci il tarixli, JN-703 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" tərtib edilmişdir. Qeyd edilən torpaq sahəsi bütövlüklə Şəmkir 1 nömrəli dövlət notariat kontorunun 30 aprel 2002-ci il tarixli, 4Ə-121 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. 2.89 ha torpaq sahəsinin 703Z konturu 0.0984 ha hissəsinə dair Cavabdeh1 adına 02 iyul 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi Şəmkir rayonu 1 saylı notariat kontorunun 06 iyul 2017-ci il tarixli, 4Ə-1054 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmiş və onun adına 05 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. 2.89 ha torpaq sahəsinin 703 konturu 2.6266 ha hissəsinə dair Cavabdeh1 adına 02 iyul 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi Tovuz regional "ASAN xidmət" mərkəzinin notariat ofisinin 03 dekabr 2020-ci il tarixli, 4Ə-1199 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh7 adına özgəninkiləşdirilmiş və onun adına 24 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. 2.89 ha torpaq sahəsinin 703M konturu 0.1634 ha hissəsinə dair Cavabdeh1 adına 02 iyul 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi Şəmkir rayonu 1 saylı notariat ofisinin 11 sentyabr 2019-cu il tarixli, 4Ə-1954 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına özgəninkiləşdirilmiş və onun adına 17 sentyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.0984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1, xx.xx.2011-ci il tarixli, **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ona məxsus olan Şəmkir rayon, Keçili kəndi ərazisində yerləşən 0.0984 ha torpaq sahəsini Cavabdeh2 4000 manata satmışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.4252 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1, xx.xx.2011-ci il tarixli, **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında ona məxsus olan Şəmkir rayonu, Keçili kəndi ərazisində yerləşən 0.4252 ha torpaq sahəsini Cavabdeh3 1000 manata satmışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 3.3275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1, xx.xx.2011-ci il tarixli, **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında ona məxsus olan Şəmkir rayonu, Keçili kəndi ərazisində yerləşən 3.3275 ha torpaq sahəsini Cavabdeh7 5000 manata satmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək müəyyən etdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 51 nömrəli qərarı ilə 24 oktyabr 1998-ci il tarixli, JN-703 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında Şəmkir rayonu Keçili kəndi ərazisində 2.89 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin kənd sakinləri X13, X9, İddiaçı3 Hümbət qızının, X6, X14, İddiaçı2 Nurəddin oğlunun, X24, X15 və İddiaçı1 ümumi birgə mülkiyyətlərinə verilmiş və onların hər birinin payı bərabər olmuşdur. X29 xx.xx.2002-ci ildə ölmüşdür. X4 ilə Cavabdeh1 arasında olan, xx.xx.2002-ci il tarixli 4Ə-121 reyestrdə qeydə alınması göstərilən alqı–satqı müqaviləsi ilə bağlı notariat hərəkətləri aparılmamışdır. Eləcə də, paylı mülkiyətin digər mülkiyyətçiləri iddiaçılar X26, İddiaçı3 Hümbət qızı, X22, X31, İddiaçı2 Nurəddin oğlu, X36, X32 və İddiaçı1 həmin alqı–satqı müqaviləsində tərəf olmamışdır. 2.89 ha torpaq sahəsinin 703M konturu 0.1634 ha hissəsinə dair Cavabdeh1 adına 02 iyul 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi Şəmkir rayonu 1 saylı notariat ofisinin 11 sentyabr 2019-cu il tarixli, 4Ə-1954 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına özgəninkiləşdirilmiş və onun adına 17 sentyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. 2.89 ha torpaq sahəsinin 703Z konturu 0.0984 ha hissəsinə dair Cavabdeh1 adına 02 iyul 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi Şəmkir rayonu 1 saylı notariat kontorunun 06 iyul 2017-ci il tarixli, 4Ə-1054 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmiş və onun adına 05 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. 2.89 ha torpaq sahəsinin 703 konturu 2.6266 ha hissəsinə dair Cavabdeh1 adına 02 iyul 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi Tovuz regional "ASAN xidmət" mərkəzinin notariat ofisinin 03 dekabr 2020-ci il tarixli, 4Ə-1199 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh7 adına özgəninkiləşdirilmiş və onun adına 24 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsi hazırda çıxarışlara uyğun olaraq Cavabdeh2, Cavabdeh7 və Cavabdeh3 Məsdan qızının istifadəsindədir. (tərəflərin izahatları, işə əlavə edilmiş Cavabdeh7 adına olan yüklülük çıxarışı) Hazırda alqı–satqı müqaviləsi və onun əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar və bağlanmış alqı-satqı müqavilələri iddiaçılar tərəfindən mübahisələndirilmişdir. Ona görə də məhkəmə sözügedən alqı–satqı müqaviləsinin etibarlı olub– olmamasını yalnız təqdim edilmiş sübutların məhkəmə iclasında tədqiq olunması yolu ilə araşdırılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əsas, əmlakın bir şəxsdən başqasına keçməsini əks etdirən alqı–satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisənin düzgün həll edilməsi üçün əqdlər haqqında ümümi müddəlarla, yanaşı əşya hüquq münasibətlərini və öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2–ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4–cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 6.2–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, mübahisələndirilən alqı–satqı müqaviləsinin bağlanması zamanı paylı mülkiyyətin digər mülkiyyətçiləri iştirak etmədiyinə, ən başlıcası isə həmin müqavilənin bağlanması ilə bağlı notariat hərəkətləri aparılmadığına görə həmin müqavilə bağlandığı andan etibarsız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012–ci il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən bu hüququn məzmunu Konstitusiyanın 13– cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13–cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Azərbaycan Respublikası Müki Məcəlləsinin 407.1–ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 144.1–ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 407.2–ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 406.1–ci madəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 394–cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 334.1–ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331–ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 331.1–ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 324.5–ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 329.1–ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Məhkəmə, sadalanan mülki hüquq normalarının tətbiqi və təqdim edilmiş sübutların tədqiqi nəticəsində belə qənaətə gəlir ki, hazırkı mübahisə üzrə tərəflər arasında qanunla müəyyən edilmiş formada, yəni notariat qaydasında təsdiqlənməli olan daşınmaz əmlakın alqı–satqısı barədə müqavilə bağlanmamışdır. Mübahisəli torpaq sahəsinin paylı mülkiyyətçiləri öz əmlaklarını satmaları ilə bağlı iradələrini ifadə etməmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, paylı mülkiyyətin hər bir mülkiyyətçisinin müqaviləni bağlayarkən iradə ifadələrinin həqiqiliyi ağlabatan mühakimə əsasında araşdırıldıqdan sonra mübahisələndirilən alqı–satqı müqaviləsinin etibarlı olub– olmaması müəyyən edilməlidir. Belə ki, mübahisələndirilən alqı–satqı müqaviləsinin xx.xx.2002-ci il tarixdə X4 tərəfindən imzalanması qeyd edilsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X4 ilə Cavabdeh1 arasında notariat hərəkətləri aparılmamış və o barədə heç bir rəsmi qeyd aşkar olunmamışdır. X29 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin 4Ə-121 nömrəli reyestrlə qeydə alındığı göstərilmiş olsa da, 4Ə-121 nömrəli reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə X1 Elçin Həsrət oğlu arasında bağlanmışdır. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair alqı–satqı müqaviləsi bağlanmamışdır. Məhkəmə qeyd olunan faktiki hallara uyğun olaraq hesab edir ki, X4 ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsinin notariat reyestrində qeydiyyata alınmaması, həmin müqavilənin etibarsızlığına əsas olan hal kimi qiymətləndirilməlidir. İşin müəyyən olunmuş hallarından da görünür ki, Cavabdeh1 istinad etdiyi alqı– satqı müqaviləsi ilə bağlı qanunda nəzərdə tutulmuş qaydada notariat hərəkətləri aparılmadığı halda həmin müqavilənin notariat qaydada təsdiqləndiyi qeyd edilmişdir. Belə olan halda həmin mübahisəli müqavilə əhəmiyyətsiz əqd olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3–cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb–sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1–ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göründüyü kimi qanunverici istinad edilən maddi hüquq normalarında əqdi (müqaviləni) bağlandığı zaman şəxsin öz iradəsini sərbəst ifadə etmək, öz hərəkətlərinin mənasını başa düşmək və ya onlara rəhbərlik edə bilmək imkanına malik olmasını, həmçinin daşınmaz əmlakla bağlı əqdin isə notariat qaydada təsdiqlənməsini imperativ qaydada müəyyən etmişdir. Həmin şərtlərin və qaydaların pozulması əqdin etibarsızlığına səbəb olur. Məhkəmə, sadalanan mülki hüquq normalarının tətbiqi və işin müəyyən edilmiş hallarının tədqiqi nəticəsində qənaətə gəlir ki, hazırkı mübahisə üzrə Cavabdeh1 ilə iddiaçılar arasında qanunla müəyyən edilmiş formada, yəni notariat qaydasında təsdiqlənməli olan daşınmaz əmlakın alqı–satqısı barədə müqavilə bağlanmamışdır. Hazırda mübahisələndirilən alqı–satqı müqaviləsi isə paylı mülkiyyətin yalnız bir mülkiyyətçisi, yəni X4 ilə bağlanması göstərilsə də, iş materialları ilə onlar arasında alqısatqı müqaviləsinin bağlanması təkzib edilmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar və X4 dövlət tərəfindən tanınan və qorunan hüquqlarından istifadə edərək qanunda nəzərdə tutulmuş qaydada, yəni yazılı formaya riayət edilməklə iradələrini sərbəst surətdə ifadə etməklə, notariat qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı– satqı müqaviləsi əsasında, özlərinə məxsus əmlakı cavabdehə satmamışlar. Cavabdeh1 isə iddiaçılara məxsus torpaq sahəsini əldə edən zaman vicdanlı olmamışdır. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiq hallarına uyğun hesab edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 ilə X4nın adından Şəmkir rayon 1 saylı dövlət notariat kontorunda xx.xx.2002– ci il tarixdə bağlanmış alqı–satqı müqaviləsi qanuna zidd olduğuna görə mübahisəli torpaq sahəsinin alqı–satqı müqaviləsi kimi qiymətləndirilə bilməz və həmin müqavilə bağlandığı andan etibarsızdır. Məhkəmə həmçinin iddianın Şəmkir rayonu Keçili kəndində yerləşən torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 02 iyul 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın və 02 iyul 2011-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsinə dair bağlanmış xx.xx.2002-cü il tarixli alqı-satqı müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli olduğundan, iddia həmin hissədə qismən təmin edilərək, törəmə hüquq münasibəti olan mübahisəli torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 iyul 2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış tam, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış torpaq sahəsinin 0.1634 hissəsində, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış torpaq sahəsinin 2.6266 ha hissəsində ləğv edilməlidir. Belə ki, 02 iyul 2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0,0984 ha torpaq sahəsi iddiaçıların birgə mülkiyyətində olan torpaq sahəsinin çıxarışda da qeyd edildiyi kimi 0,0984 ha hissəsinə aid olması müəyyən edilmiş, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0.4252 ha torpaq sahəsinin 0.1634 ha hissəsinin, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 3.3275 ha torpaq sahəsinin isə 2.6266 ha hissəsinin iddiaçıların birgə mülkiyyətində olan mübahisəli torpaq sahəsi olması müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh1 ilə digər Cavabdeh2 arasında həmin torpaq sahəsinin 703Z konturu 0,0984 hektar hissəsinə dair Şəmkir Rayon 1 saylı Notariat Kontorunda bağlanılmış 06 iyul 2017-ci il tarixli 4Ə-1054 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş 05 aprel 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestr nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh7 arasında Tovuz Regional "ASAN Xidmət Mərkəzinin Notariat Ofisində bu torpaq sahəsinin 703 konturu 2.6266 hektar hissəsinə dair bağlanılmış 03 dekabr 2020-ci il tarixli 4Ə-1199 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh7 adına verilmiş 24 dekabr 2020-ci tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında həmin torpaq sahəsinin 703 M konturu 0,1634 hektar hissəsinə dair Şəmkir rayon 1 saylı Notariat Kontorunda 11 sentyabr 2019cu il tarixdə bağlanılmış 4Ə-1954 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş 17 sentyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətinə qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. “15.09.14 H.Cəfərovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı. Sadalanan hüquqi mövqelərdən göründüyü kimi daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, qeydə bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilərdi. Bu baxımdan məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Cavabdeh2 arasında 0,0984 hektar torpaq sahəsində dair 06 iyul 2017-ci il tarixli 4Ə-1054 reyestr nömrəli alqı-satqı müqaviləsini, Cavabdeh7 2.6266 hektar torpaq sahəsinə dair 03 dekabr 2020-ci il tarixli 40-1199 reyestr nömrəli alqı-satqı müqaviləsini və Cavabdeh3 0,1634 hektar torpaq sahəsinə dair 4Ə-1954 reyestr nömrəli alqı-satqı müqaviləsini bağlayarkən bu zaman qeydiyyatın düzgün olmadığını bilmələrinə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeydin reyestrə daxil edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, Cavabdeh2, Cavabdeh7 və Cavabdeh3 vicdanlı əldə edən olduqlarından, həmçinin qeydiyyatın həqiqiliyi baxımından iddia Cavabdeh1 ilə digər Cavabdeh2 arasında həmin torpaq sahəsinin 703Z konturu 0,0984 hektar hissəsinə dair Şəmkir Rayon 1 saylı Notariat Kontorunda bağlanılmış 06 iyul 2017-ci il tarixli 4Ə-1054 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş 05 aprel 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestr nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh7 arasında Tovuz Regional "ASAN Xidmət Mərkəzinin Notariat Ofisində bu torpaq sahəsinin 703 konturu 2.6266 hektar hissəsinə dair bağlanılmış 03 dekabr 2020-ci il tarixli 4Ə-1199 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh7 adına verilmiş 24 dekabr 2020-ci tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında həmin torpaq sahəsinin 703 M konturu 0,1634 hektar hissəsinə dair Şəmkir rayon 1 saylı Notariat Kontorunda 11 sentyabr 2019cu il tarixdə bağlanılmış 4Ə-1954 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş 17 sentyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi və torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətə qaytarılması hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin nəzərə alır ki, iddia tələbinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh7 ilə Cavabdeh1 arasında mübahisəli torpaq sahələrinə dair bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və onların əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışların ləğv edilməsi hissəsi əsassız olduğundan, iddianın torpaq sahəsinin cavabdehlərin zəbtindən azad olunaraq iddiaçılara qaytarılması hissəsi də əsaslı sayıla bilməz və iddia həmin hissədə də təmin edilməməlidir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 gələcəkdə 30 aprel 2002-ci il tarixli 4Ə-121 reyestr saylı alqı-satqı müqaviləsinin bağlanması nəticəsində onlara vurulmuş ziyanla bağlı zərərin əvəzinin ödənilməsini tələb etməklə mübahisə predmeti olan əmlakın satışından əldə edilən pulun onların payına uyğun olan hissəsinin verilməsini tələb etmək hüquqları izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X4 ilə Cavabdeh1 arasında, Şəmkir rayon 1 saylı notariat kontorunda xx.xx.2002–ci il tarixdə 4Ə–121 reyestr nömrə ilə qeydə alınmış, Şəmkir rayonu Keçili kəndində yerləşən 2.89 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin satılmasına dair bağlanmış alqı–satqı müqaviləsi etibarsız sayılsın. Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 iyul 2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış tam, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış torpaq sahəsinin 0.1634 hissəsində, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış torpaq sahəsinin 2.6266 ha hissəsində ləğv edilsin. İddia Cavabdeh1 ilə digər Cavabdeh2 arasında həmin torpaq sahəsinin 703Z konturu 0,0984 hektar hissəsinə dair Şəmkir Rayon 1 saylı Notariat Kontorunda bağlanılmış 06 iyul 2017-ci il tarixli 4Ə-1054 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş 05 aprel 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestr nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh7 arasında Tovuz Regional "ASAN Xidmət Mərkəzinin Notariat Ofisində bu torpaq sahəsinin 703 konturu 2.6266 hektar hissəsinə dair bağlanılmış 03 dekabr 2020-ci il tarixli 4Ə-1199 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh7 adına verilmiş 24 dekabr 2020-ci tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında həmin torpaq sahəsinin 703 M konturu 0,1634 hektar hissəsinə dair Şəmkir rayon 1 saylı Notariat Kontorunda 11 sentyabr 2019-cu il tarixdə bağlanılmış 4Ə-1954 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş 17 sentyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətinə qaytarılması, torpaq sahəsinin cavabdehlərin zəbtindən azad olunaraq iddiaçılara qaytarılması hissəsində təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 gələcəkdə 30 aprel 2002-ci il tarixli 4Ə-121 reyestr saylı alqı-satqı müqaviləsinin bağlanması nəticəsində onlara vurulmuş ziyanla bağlı zərərin əvəzinin ödənilməsini tələb etməklə mübahisə predmeti olan əmlakın satışından əldə edilən pulun onların payına uyğun olan hissəsinin verilməsini tələb etmək hüquqları izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar