Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-53/2025 25.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən zəbtdən azad edilməsi, qanunsuz tikinkinin sökülməsi, ağacların çıxarılması və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən zəbtdən azad edilməsi, qanunsuz tikinkinin sökülməsi, ağacların çıxarılması və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus, 0.26 ha torpaq sahəsində qanunsuz tikilmiş yaşayış sahəsinin və mal tövləsinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, cavabdehlərin əşyaları ilə birlikdə torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi və ödənilmiş 100 (yüz) manat rüsumun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə çıxarıdılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Çıxarışı və BN:1898009 nömrəli, xx.xx.2023-cü il tarixli Torpaq sahəsinin ölçüsü əsasında Şəmkir rayonunun Keçili kəndinin ərazisində yerləşən 0,2618 ha. kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi, onun xüsusi mülkiyyətindədir. Cavabdehlər Şəmkir rayonunun Keçili kənd sakinləri, Cavabdeh1 Rahim oğlu və Cavabdeh2 ona məxsus həmin torpaq sahəsini, onların icazə olmadan qanunsuz, əsassız olaraq zəbt edib, orada yaşayış evi, mal tövləsi tikib, özbaşına ona məxsus olaraq qanunsuz torpağından istifadə edirlər. Cavabdehlərə dəfələrlə torpaq sahəsindən çıxması barədə xəbərdarlıq etməyinə baxmayaraq, ona torpaqdan könüllü olaraq çıxmaq istəmirlər və ona ziyan vururlar. Bu səbəbdən də o və ailə üzvülərinin mülkiyyətində olan, cavabdehlər tərəfindən zəbt edilmiş 0,2618 ha. kənd təsərrüfatı təyinatlı əkin sahəsindən istifadə edə bilmirlər. O , cavabdehin torpaq sahəsini zəbt etməsi barədə, kənd bələdiyyəsinə, müxtəlif təşkilatlara müraciət etmiş, orada ona tövsiyə etdilər ki, məhkəməyə müraciət etməlidir. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur. Hazırda cavabdehlər torpaq sahəsini könüllü qaytarmaqdan imtina edir. Qeyd edilənlərə əsasən ona məxsus, 0.26 ha torpaq sahəsində qanunsuz tikilmiş yaşayış sahəsinin və mal tövləsinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, cavabdehlərin əşyaları ilə birlikdə torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi və ödənilmiş 100 (yüz) manat rüsumun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə çıxarıdılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq sahəsində fərdi yaşayış evləri var. Həmin evlər cavabdehlər tərəfindən inşa edilmişdir. Həmin tikililərin mövcud olmasından məlumatı olmamışdır. Hazırda iddia tələbinin təmin edilərək ona məxsus, 0.26 ha torpaq sahəsində qanunsuz tikilmiş yaşayış sahəsinin və mal tövləsinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, cavabdehlərin əşyaları ilə birlikdə torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi və ödənilmiş 100 (yüz) manat rüsumun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə çıxarıdılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli torpaq sahəsində fərdi yaşayış evi tikərək 15 ildir ki, həmin fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. İddiaçı mübahisəli torpaq sahəsinə görə 80 000 manat pul istəmişdir. Pulu vermədiklərindən iddia qaldırmışdır. Onların həmin torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi, eyni zamanda Şəmkir Rayon Keçili Bələdiyyəsinin 2010-cu il tarixdə torpaq sahəsinin ayrılması barədə qərarı olmuşdur. Onlar tərəfindən hər hansı torpaq sahəsi zəbt edilməmişdir. Odur ki, iddiaçının ona qarşı hazırkı iddia tələbini qəbul etmir və əsassız olduğu üçün iddianı rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsasız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X3 11 Saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən məktubundan və ona əlavə edilmiş aktından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müraciətli ilə bağlı JN-901 saylı Dövlət AKTİ-na əsasən Şəmkir rayon Keçili kəndi ərizəsində mülkiyyətində olan 0.26 ha torpaq sahəsinin Elektron uçot məlumatlarına əsasən döngə nöqtələri yerində ölçülərək tanıdılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, Şəmkir rayon, Keçili kəndinin ərazisində yerləşən 0.2618 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materialında olan 03 iyun 2011-ci il tarixli 629 nömrəli uçot nömrəli, A344226 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh2 Şəmkir rayon Keçili Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 04 saylı qərarı ilə verilmiş Şəmkir Rayon Keçili kəndi ərazisində 800 kv.m torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. İş materialında olan 03 iyun 2011-ci il tarixli 628 nömrəli uçot nömrəli, A344225 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X2 Şəmkir rayon Keçili Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 04 saylı qərarı ilə verilmiş Şəmkir Rayon Keçili kəndi ərazisində 800 kv.m torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. İş materialında olan 03 iyun 2011-ci il tarixli 627 nömrəli uçot nömrəli, A344224 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh1 Şəmkir rayon Keçili Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 04 saylı qərarı ilə verilmiş Şəmkir Rayon Keçili kəndi ərazisində 800 kv.m torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1761 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-5215/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı Xəli oğlunun mülkiyyətində olan 0.2618 ha torpaq sahəsinin 0.2008 hadək hissəsi Cavabdeh1 və 0.0476 ha hissəsi Cavabdeh2 Rəhim oğlu tərəfindən istifadə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. 60-cı maddəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui- istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.3-cü maddəsinə əsasən Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 238.1-ci maddəsinə əsasən Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. 239.2-ci maddəsinə əsasən Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəsinə əsasən Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: ... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; ... Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun: 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 8.1-ci maddəsinə əsasən Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1-ci maddəsinə əsasən Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-ci maddəsinə əsasən Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən hər hansı tikinti inşa edildikdə və ya digər ağac əkilib bağ salınması edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini, ağacların çıxarılmasını və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki mülkiyyətçinin iradəsinə zidd və torpaq sahəsinin zəbt edilməsi mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Hazırda mübahisəli torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, **********74 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçının xüsusi mülkiyyətində olsa da, mülkiyyətə müdaxilə kimi müəyyən edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu zaman torpaq sahəsində o çıxarış əldə etməmişdən əvvəl fərdi yaşayış evinin tikintisi mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib sayılmır. Eyni zamanda iş materiallarında olan sənədlərdən və tərəflərin izahatından müəyyən olunur ki, iddiaçıya məxsus mübahisəli torpaq sahəsi 15 ildən artıqdır ki, cavabdehlərin istifadəsindədir, cavabdehlərin və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evi mübahisəli torpaq sahəsində inşa edilmişdir. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb həmin torpaq sahəsində fərdi yaşayış evləri tikmiş şəxslərin torpaq sahəsindən çıxarılmalarını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxslərin də qanuni mənafeləri nəzərə alınmalı və orada çıxarış verilməmişdən əvvəl fərdi yaşayış evlərini tikmiş şəxslərin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsü sənədi, eyni zamanda tərəflərin izahatı ona əsas verir ki, cavabdehlər mübahisə predmeti olan torpaq sahəsində iddiaçı tərəfindən torpaq sahəsinə dair çıxarış alınandan əvvəl özünə aid Torpaq sahəsinin planı və ölçüsü sənədinə və Şəmkir Rayon Keçili Bələdiyyəsinin qərarına əsasən fərdi yaşayış evləri tikmişlər. Məhkəmə həmçinin qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyd edilənlərə əsasən məhkəmə bildirmişdir ki, iddiaçının ona məxsus torpaq sahəsində 15 ildən çox müddətdə tikilmiş tikililərin mövcudluğunu bildiyi halda cavabdehlərin zəbt etməsinə əsaslanaraq oradan çıxarılmasını tələb etmək hüququ hüquqdan sui-istifadə halının mövcudluğu səbəbindən qanunla müdafiə oluna bilməz. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və cavabdehin ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçının, cavabdeh X1 qarşı “Zəbt edilmiş həyətyanı torpaq sahəsi üzərində basdırılmış ağacların çıxarılıb götürülərək həmin torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-53/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-53/2025
25.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver