Məhkəmə qərarları › İş №2(076)-551/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-551/2023

10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-551/2023 10.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı doğum haqqında akt qeydinin qismən ləğv olunması tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı doğum haqqında akt qeydinin qismən ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il təvəllüdlü Məhəmməd adlı uşağın adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli 16 saylı doğum haqqında akt qeydinin qismən ləğv olunmasını tələb etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə mülki məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin qismən ləğv olunması barədə iddialara məhkəmələrdə baxılmır, bu səbəbdən iddiaçının hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və iddia ərizəsi yolverilməz əsaslarla Şəmkir Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydinin qismən ləğv olunması tələbi barədə ərizə ilə müvafiq qeydiyyat orqanına, tələbinin təmin edilməsindən imtina edildikdə isə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı doğum haqqında akt qeydinin qismən ləğv olunması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, həmin tələbi barədə ərizə ilə müvafiq qeydiyyat orqanına, tələbinin təmin edilməsindən imtina edildikdə isə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar