Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-553/2025 03.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Şəmkir Rayon Qeydiyyat Şöbəsi) “mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəliyin və miras əmlak üzərində payının müəyyən edilməsi” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Şəmkir Rayon Qeydiyyat Şöbəsi) “mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəliyin və miras əmlak üzərində payının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: Ərizəçi “mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəliyin və miras əmlak üzərində payının müəyyən edilməsi” dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-553/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-553/2025
03.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver