Məhkəmə qərarları › İş №2(076)-57/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-57/2025

23.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-57/2025 23.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs Şəmkir Bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan küçənin setka çəkilməklə hasara alınmış hissəsində əkilmiş ağacların cavabdehin vəsaiti hesabına çıxarılaraq götürülməsi və setkalanmış hasarın küçəyə aid torpağın zəbtdən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan küçənin setka çəkilməklə hasara alınmış hissəsində əkilmiş ağacların cavabdehin vəsaiti hesabına çıxarılaraq götürülməsi və setkalanmış hasarın küçəyə aid torpağın zəbtdən azad edilməsi tələbi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan, ümumi istifadəyə verilmiş küçənin naqil çəkməklə hasarlanmış hissəsində əkilmiş ağacların götürülməsinə, setkalanmış hasarın sökülməsi və küçəyə aid torpağın cavabdehin hesabına zəbtdən azad edilməsinə və dövlət rüsumuna görə ödədiyi 101 (bir yüz bir) manat məbləğdə pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə mülkiyyətində olan 0.06 ha həyatyani torpaq sahəsi bir-birinə yaxındır. Belə ki, küçənin bir tərəfində Cavabdeh mülkiyyətində olan həyatyanı torpaq sahəsi, digər tərəfində isə vətəndaşın mülkiyyətində olan 0.06 ha həyatyani torpaq sahəsi yerləşir. Cavabdeh həmin küçənin – Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan və ümumi istifadəyə verilmiş küçənin, vətəndaşın evinin bərabərliyindən keçən hissəsini qanunsuz olaraq zəbt etmiş, ətrafını setka ilə hasarlamış və küçəni qısaldaraq özbaşına müxtəlif növ ağaclar əkmişdir. İddiaçı həyatyanı torpaq sahəsinə gələn nəqliyyat vasitələri yalnız həmin küçədən istifadə etməklə hərəkət edə bilirlər. Digər tərəfdən nəqliyyat vasitəsinin onun həyatyani torpaq sahəsinə daxil olması mümkün deyil. Cavabdeh qeyd olunan, Şəmkir Bələdiyyəsinin mülkiyyətində və ümumi istifadədə olan küçənin, vətəndaşın həyatyani torpaq sahəsinin qarşısından keçən hissəsini zəbt edərək setka ilə hasarlamış, üzərində çoxsaylı ağaclar əkmiş və bu yolla torpaq sahəsinə gələn nəqliyyat vasitələrinin hərəkət yolunu bağlamışdır. Nəticədə vətəndaş öz torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədilə tikinti materialları gətirə bilmir. Cavabdeh qanunvericiliyin tələblərinə zidd olaraq, vətəndaşın mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmasına mane olur. O bu hallarla bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Cavabdeh Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan və ümumi istifadədə olan küçənin setka ilə hasara alınmış hissəsindəki ağacların onun vəsaiti hesabına çıxarılaraq götürülməsi, hasarın sökülməsi və küçəyə aid torpaq sahəsinin zəbt olunmuş vəziyyətdən azad edilməsi ilə bağlı çağırışlara məhəl qoymamışdır. Buna görə də iddiaçı, cavabdeh barəsində müvafiq tədbirin görülməsi üçün üçüncü şəxs qismində Şəmkir Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq Şəmkir Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 4/M-50 saylı məktubla iddiaçıya bildirilib ki, inşa etdirdiyi fərdi yaşayış evinə gedən yolun Şəmkir şəhər sakini Cavabdeh tərəfindən zəbt olunması ilə bağlı müraciət araşdırılmışdır. Şəmkir Bələdiyyəsi tərəfindən əraziyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçının fərdi yaşayış evinə gedən yol Cavabdeh tərəfindən zəbt edilmiş, həmin əraziyə müxtəlif növ ağaclar əkilmişdir. Yolun qısa zamanda zəbtdən azad edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə cavabdehə məktub göndərilməsinə baxmayaraq, yolun açılması təmin edilməmişdir. Bu səbəbdən də Şəmkir Bələdiyyəsi tərəfindən iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan, ümumi istifadəyə verilmiş küçənin naqil çəkməklə hasarlanmış hissəsində əkilmiş ağacların götürülməsinə, setkalanmış hasarın sökülməsi və küçəyə aid torpağın cavabdehin hesabına zəbtdən azad edilməsinə və dövlət rüsumuna görə ödədiyi 101 (bir yüz bir) manat məbləğdə pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildir ki, Bayramov Ramiz ümumi istifadə olan torpağı öz başına zəbt edərək, ağaclar əkmiş və onların ətrafına naqillərlə ətrafını setkalamışdır. Əvvəllər həmin küçədə ev az olduğu üçün yolu geniş olmuş, bu səbəbdən də zəbt olunmasını bilməmişdir. Lakin sonralar həmin ərazidə evlər çoxaldıqca ümumi istifadədə olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsindən xəbər tutmuşdur. Hazırda zəbt onun yolunu tam bağlamasa da iri qabaritli avtomobillərin geri dönüşü üçün çətinlik yaratmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, oğlu və özü 2010-cu ildən həmin torpağa xidmət etməyə başlamışdır. Həmin ərazidə 10 ildən çoxdur ki, ağacar əkmişdir. Həmin ərazidə abadlıq işlərində də yaxından iştirak etmişlər. Ağaclar əkən zaman heç kim narazılıq bildirməmişdir. Ağacların bir cərgəsi bələdiyyənin ümumi istifadə üçün nəzərdə tutulmuş torpa sahəsinə düşür ki, buna da Bələdiyyə tərəfindən hər hansı narazılıq bildirilməmişdir. Bundan başqa iddiaçının torpaq sahəsində tikinti işləri gedir və həmin əraziyə iri qabaritli maşınlar rahatlıqla girib çıxır və tikinti işlərini davam etdirirlər. Qeyd edilən ağacların iddiaçıya heç bir maneçiliyi yoxdur. Üçüncü şəxs Şəmkir Bələdiyyəsinin nümayəndəsi X3 izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi Şəmkir Rayon Bələdiyyəsinin mülkiyyətindədir və həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Qeyd edilən sahədə cavabdeh tərəfindən ağaclar əkilməsinə Bələdiyyənin etirazı yoxdur. Həmin əraziyə isə yol nəzərdə tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsasız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 0.06 ha olan yaşayış məntəqələrinin torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 5/M-50 nömrəli məktubundan görünür ki, Şəmkir Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 4/M-50 saylı məktubla iddiaçıya bildirilib ki, inşa etdirdiyi fərdi yaşayış evinə gedən yolun Şəmkir şəhər sakini Cavabdeh tərəfindən zəbt olunması ilə bağlı müraciət araşdırılmışdır. Şəmkir Bələdiyyəsi tərəfindən əraziyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçının fərdi yaşayış evinə gedən yol Cavabdeh tərəfindən zəbt edilmiş, həmin əraziyə müxtəlif növ ağaclar əkilmişdir. Yolun qısa zamanda zəbtdən azad edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə cavabdehə məktub göndərilməsinə baxmayaraq, yolun açılması təmin edilməmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(076)- 641/2024 nömrəli qərardadı əsasında məhkəməyə göndərilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10/1386 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025ci il tarixli, 3-21-3-40/2-450/2025 nömrəli mütəxəssis rəyinə Əsasən qeyd olunur ki, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə faktiki olaraq yol kimi istifadə olunan və Bələdiyyə mülkiyyətində olan 0.0316 ha-dək torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək iddia etmişdir ki, Cavabdeh ümumi yolu zəbt edərək, mübahisəli torpaq sahəsində ağaclar əkmiş və onun onların ətrafında setka çəkmişdir. Və ona əsaslanaraq həmin torpaq sahəsindən çıxmasından imtina etdiyini bildirərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini və torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddia qaldırılması barədə subyektiv hüquqa malik olub-olmamasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində göstərilən hallara dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçın tələbi ümumi istifadədə olan torpaq sahəsinin bir hissəsinin zəbtdən azad edilməsi bağlı olduğundan həmin münasibətə mülki və torpaq qanunvericiliyinin torpağa mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Kostitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Kostitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-si maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün mübahislə torpağı kimi mülkiyyətində müüyyənləşdimək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir rayon ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən və Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş ekspertin rəyindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə faktiki olaraq yol kimi istifadə olunan və Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.0316 ha-dək torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Göründüyü cavabdeh tərəfindən istifadə edilən (ağaclar əkilmiş) torpaq sahəsi bələdiyyə mülkiyyətində olsa da yol üçün nəzərdə tutulmamış, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və qeyd edilən torpaq sahəsində cavabdeh tərəfindən ağacların əkilməsinə Şəmkir Rayon Bələdiyyəsinin etirazı olmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasəni, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia təmin edilmədiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli ) manat məhkəmə xərci İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan küçənin setka çəkilməklə hasara alınmış hissəsində əkilmiş ağacların cavabdehin vəsaiti hesabına çıxarılaraq götürülməsi və setkalanmış hasarın küçəyə aid torpağın zəbtdən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar