Məhkəmə qərarları › İş №2(076)-590/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-590/2024

08.04.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-590/2024 08.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Ərizəçi Alipaşa qızının iştirakı ilə Ərizəçi Alipaşa qızının hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi Alipaşa qızı məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək, JN-0061 kod 50407028 saylı torpağa mülkiyyətə verilməsinə dair dövlət aktının mərhum X4 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası X6 2003-cü ildə vəfat etmişdir. Bu günədək də bütiin hüquqi sənədlərində soyadı adı atasının adı X2 qeyd edilmişdir. Şəmkir rayon AİK-nın 30 mart 1998-ci il tarixli 49 saylı qərarı ilə mərhuma 0.19 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0061 kod 50407028 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında mərhumənin ata adı Soltan kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. JN-0061 kod 50407028 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDK-ı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi müraciət etdi. Lakin 05 dekabr 2023-cü il tarixli 3-21- 3-40/1-G-00xx-xx/2023 saylı məktubla imtina edildi və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Odur ki, hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktı ilə məhkəməyə müraciət edir. Tərəflərin izahatları: Ərizəçi Alipaşa qızı məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan JN-0061 KOD 50407028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 49 saylı qərarı ilə 0.19 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə X5 verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixili ad səhvinin düzəldilərək hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məktubundan görünür ki, JN-0061 kod 50407028 saylı “Dövlət Aktı”nda qeyd olunan mülkiyyətçinin ata adı ilə “şəxsiyyət vəsiqəsi”ndə olan ata adı arasında səhvlik mpvcuddur ki, bu da 1999-cu il 28 dekabr tarixli, 780-İQ nömrəli Mülki Prosessual Məcəlləsinin 307.2.5 və 308-ci maddəsinə əsasən başqa məna kəsb edir. Ad və soyadlarda olan hər hansı bir səhvliyin düzəliş edilməsi və yaxud eyniliyinin təsdiq edilməsi, 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də, yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması iləı bağlı ərizəçinin müraciətinin icrası mümkün deyildir. Buna görə də aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 xx.xx.2023-cü ildə Şəmkir rayonun Talış kəndində vəfat etmişdir. İş materiallarında olan Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş X3 qalmış miras əmlaka ərizə mərhumun vərəsəsi Ərizəçi müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, JN-0061 KOD 50407028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 49 saylı qərarı ilə 0.19 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə X5 verilmişdir. Göründüyü kimi şəhadətnamədə adların fərqli yazılması onların mülkiyyət hüququnlarının həyata keçirilməsinə maneə yaratdığından məhkəmə hesab edir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilməli və JN 0061 kod-50407028 saylı olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında X4 məxsus olması faktı tanınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. JN 0061 kod-50407028 saylı olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət X1 məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar