Məhkəmə qərarları › İş №2(076)-594/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-594/2024

08.04.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-594/2024 08.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Ərizəçi və onun nümayəndəsi (vəkili) X9 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı mərhum xx.xx.1993-ci il təvəllüdlü X1 xx.xx.1998-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ailəsi ilə birlikdə Şəmkir rayonu Abbaslı kəndində yaşayır. xx.xx.1993-cü ildə X10 adında övladı dünyaya gəlmişdir. Bir neçə ilə sonra övladı İlhanə xx.xx.1998-ci ildə vəfat etmişdir. Müəyyən səbəblərə görə qızının ölümü barədə adiyyatı qurumlara mlumat verə bilməmişdir. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 50 saylı qərarı ilə Şəmkir rayonu Abbaslı kənd ərazisindən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ərizəçinin, X2, X12, X3 və X4 mülkiyyətinə verilmiş və onların adına Torpağa Mülkiyyət Hüququna dair dair JN-231, KOD 50413068 saylı Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsinə dair müvafiq çaxarış almaq üçün adiyyatı qrumlara müraciət etdikdə ərizəçiyə övladı X3 ölüm haqqında şəhadətnaməsini tələb etdilər. Bundan sonra o, övladı X3 ölüm haqqında şəhadətnaməsinin almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə ölüm haqqında qeydin aparılmasının şöbə tərəfindən aparılmasının mümkün olmadığı və ölüm faktının müəyyən edilməsi ilə bağlı adiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd edim ki, bu halı məhkəməyə gətirəcəyim şahidlər də təsdiq edə bilərlər: X17, X7, X21. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi izahat verərək bildirdi ki, evlərinin yanından çay axırdı, uşaqları da həmişə orada oynayırdılar. İlahnı adlı qızı çaya düşərək axıb getmişdir. Sonra xəbər tutmuş, çaydan onun meyidini çıxarmışdır. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi (vəkili) X15 ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-3115 №-li cavab məktubundan görünür ki, şöbə tərəfindən ölümün qeydə alınması mümkün deyil, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmasını məsləhət görmüşlər. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1993-cü il tarixində anadan olmuşdur, atası Ərizəçi, anası X13r. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında görünür ki, Şəmkir rayonu Abbaslı kənd sakini X5, Ərizəçi, X14, X8, X6 Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 50 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.90 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Abbaslı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, X10 xx.xx.1998-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, mərhum onun bacısıdır, o bacısından kiçik olsa da həmin günü xatırlayır və həmçinin illərdir evlərində valideynlərindən də həmişə o hadisəni eşitmişdir ki, bacısı evlərinin yanındakı çaydan axıb getmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin və onun nümayəndəsi və vəkilinin izahatını və şahidi dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X1 xx.xx.1998-cü il tarixdə Şəmkir rayonunda ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1993-ci il təvəllüdlü X1 xx.xx.1998-cü il tarixdə Şəmkir rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar