Məhkəmə qərarları › İş №2(076)-60/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-60/2024

02.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-60/2024 02.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünərək təhvil verilməsi və ara sərhəddinin müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünərək təhvil verilməsi və ara sərhəddinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğludur. Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarış əsasında Şəmkir rayonu Qasım İsmayılov kəndində yerləşən 1.9205 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun, əri X3 və oğlu Cavabdeh ümumi birgə mülkiyyətlərinə verilmişdir. Həmçinin, Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarış əsasında Şəmkir rayonu Qasım İsmayılov kəndində yerləşən 0.1172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun, əri X3 və oğlu Cavabdeh ümumi birgə mülkiyyətlərinə verilmişdir. O hazırda cavabdehlə birlikdə yaşamır və ümumi təsərrüfat idarə etmirlər. Belə ki, əri X4 09 iyul 2021-ci ildə vəfat etmişdir. Cavabdeh ona ümumi birgə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının ayrılaraq istifadə etməyinə imkan vermir. Dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdeh onun payının ayrılmaqla ara sərhəddinin müəyyən edilməklə ona təhvil verilməsinə razılıq vermir. Halbuki, həmin torpaq sahələri qanuni əsaslarla onun mülkiyyətində və sahibliyindədir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərin nəzərə alınaraq, Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarış əsasında Şəmkir rayonu Qasım İsmayılov kəndində yerləşən 1.9205 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun 1/3 hissədə və Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarış əsasında Şəmkir rayonu Qasım İsmayılov kəndində yerləşən 0.1172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun 1/3 hissədə payının müəyyənləşdirilməklə, naturada bölünərək ara sərhəddinin müəyyən edilməsinə və iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, yalnız Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarış əsasında Şəmkir rayonu Qasım İsmayılov kəndində yerləşən 0.1172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının 1/3 hissədə payının müəyyənləşdirilməklə, naturada bölünərək ara sərhəddinin müəyyən edilməsinə və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2014-cü il tarixli, Seriya RX ******* saylı Çıxarışın notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Qasım İsmayılov kəndi ərazisində X3, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə 0.1172 ha torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 12 sentyabr 2023-cü il tarixli 3-21-3-40/2-5103/2023 saylı mütəxəssis rəyindən görünür ki, Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında X3, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu, Qasım İsmayılov kəndində yerləşən 0.1172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsindən İddiaçı payının ayrılması mümkündür. Həmin torpaq sahəsinə müstəqil olaraq və digər mülkiyyətçilərə maneçilik törətmədən giriş-çıxış torpaq sahəsinin cənub qərbindən şimal qərbə doğru və oradan şimal şərqə və cənub şərqə doğru hissəsindən ayrılması mümkündür. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9358 saylı rəyindən görünür ki, Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında X3, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu, Qasım İsmayılov kəndində yerləşən 0.1172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsindən İddiaçı payının ayrılması mümkündür. Həmin torpaq sahəsinə müstəqil olaraq və digər mülkiyyətçilərə maneçilik törətmədən giriş-çıxış torpaq sahəsinin cənub qərbindən şimal qərbə doğru və oradan şimal şərqə və cənub şərqə doğru hissəsindən ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli, Seriya RX ******* saylı Çıxarış əsasında Şəmkir rayonu Qasım İsmayılov kəndi ərazisində X3, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə 0.1172 ha torpaq sahəsi verilmişdir. Hazırda iddiaçı cavabdehlə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən naturada payının bölünməsində razılığa gələ bilmədiyindən iddiaçı onun 1/3 hissədə payının naturada ayrılması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 220-ci maddəsi əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından görünür ki, tərəflər 0.1172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən paylarının bölünməsində razılığa gələ bilmədiklərindən İddiaçı payının naturada ayrılması barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2024-cü il tarixli 3-16-16/2- 10/9358 saylı ekspertiza rəyi ilə xx.xx.2014-cü il tarixli, Seriya RX ******* saylı Çıxarış əsasında Şəmkir rayonu Qasım İsmayılov kəndi ərazisində X3, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan 0.1172 ha torpaq sahəsinin 1/3 hissəsindən iddiaçı X1 payının ayrılmasının mümkün olduğu və həmin torpaq sahəsinə müstəqil olaraq və digər mülkiyyətçilərə maneçilik törətmədən giriş-çıxışın torpaq sahəsinin cənub qərbindən şimal qərbə doğru və oradan şimal şərqə və cənub şərqə doğru hissəsindən ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2014cü il tarixli, Seriya RX ******* saylı Çıxarış əsasında Şəmkir rayonu Qasım İsmayılov kəndində yerləşən 0.1172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsindən İddiaçı payı naturada ayrılaraq ona verilməli və torpaq sahəsinə giriş-çıxış torpaq sahəsinin cənub qərbindən şimal qərbə doğru və oradan şimal şərqə və cənub şərqə doğru hissəsindən ayrılmalıdır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, torpaq sahəsinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyəri olan 95 (doxsan beş) manat məhkəmə xərci və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikavsı MPM-nin 216-220, 233 və 341-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixli, Seriya RX ******* saylı Çıxarış əsasında Şəmkir rayonu Qasım İsmayılov kəndində yerləşən 0.1172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsindən İddiaçı payı naturada ayrılaraq ona verilsin və torpaq sahəsinə giriş-çıxış torpaq sahəsinin cənub qərbindən şimal qərbə doğru və oradan şimal şərqə və cənub şərqə doğru hissəsindən ayrılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin, torpaq sahəsinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyəri olan 95 (doxsan beş) manat məhkəmə xərci və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar