Məhkəmə qərarları › İş №2(076)-607/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-607/2025

03.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-607/2025 03.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cavabdehlərin evdən və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cavabdehlərin evdən və torpaq sahəsindən çıxarılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli, **********24-10301 reyestr nömrəli Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 qardaşı X1 arvadıdır. Cavabdeh2 və Cavabdeh3 isə onların övladlarıdır. X2 ilə Cavabdeh1 2004-cü ildə faktiki evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 adlı uşaqları doğulmuşdur. X9 ailə qurduqdan sonra Cavabdeh1 ona məxsus ünvan 2 ünvanında yerləşən evə gəlin köçürmüşlər. X9 Cavabdeh1 evləndikləri vaxtdan daim aralarında narazılıqları olmuşdur. Onlar aralarında baş vermiş narazılıqlar nəticəsində 2010-cu ildən ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin 07 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. Artıq 2010-cu ildən Cavabdeh1 ilə qardaşı Natiq Fərzəliyevin ailə münasibətlərinə xitam verilmiş, qardaşı Natiq həmin vaxtdan başqa evdə yaşayır. Həmin vaxt uşaqları azyaşlı olduğundan Cavabdeh1 ona məxsus evdə yaşamaqda davam etdi. O son illər artıq ailənin böyüdüyünü, övladlarının ailə qurduğunu, səhhətində narahatçılıqlar olduğundan özünün arvadı ilə birlikdə köçüb ona məxsus evdə yaşamaq istədiyini bildirsə də, cavabdehlər onun evindən çıxmaq istəmirlər və onun mülkiyyətində olan evdə yaşamağa imkan vermirlər. Onun hazırda vəziyyəti çox çətindir. Səhhətində narahatçılıqlar vardır. Cavabdehlərin onun mülkiyyətində olan əmlakda onun iradəsinə zidd olaraq yaşamaları onun mülkiyyət hüquqlarını pozur. Cavabdehlər Cavabdeh1 qardaşı X1 arvadı, Cavabdeh2 və Cavabdeh3 isə Övladlarıdır. Cavabdehlər onun ailə üzvləri sırasına daxil deyildir. Cavabdeh onun ailə üzvləri sırasına daxil olmadığından cavabdehlərin ona məxsus evdən və torpaqdan istifadəsinin əsası kimi mülki-hüquqi əqdlər çıxış edə bilərdi. Cavabdehlərlə onun arasında evdən istifadə ilə bağlı hər hansı əqd mövcud deyildir. Ona görə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus evdən və torpaq sahəsindən çıxarılmalıdırlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı onun qaynıdır. O, X8 ilə 2004-cü il tarixdə faktiki evlənmişlər, nikahlarını 2006-cı il tarixdə rəsmiləşdirmişlər, evləndikdən sonra ünvan 3 ünvana gəlin köçmüşdür. O ailə quran zaman və uşaqlar doğulan zaman mübahisəli ev onun qaynatası X3 adına olmuş, o gəlin gəlməmişdən artıq Sovdu Fərzəliyev xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Vəfatından sonra onun həyat yoldaşı həmin fərdi yaşayış evində qalmışdır. Onların birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 adlı uşaqları doğulmuşdur. Uşaqlarının hər ikisi həmin ünvanda doğulmuşlar. X8 ilə nikahları Gədəbəy Rayon Məhkəməsinin 2010-cü il tarixli qətnaməsilə pozulmuşdur. Nikahları pozulduqdan sonra övladları Nigar və Amin birgə həmin evdə yaşamışlar. O, həyat yoldaşı ilə təsərrüfatı birgə idarə etmişdir, yaşadığı fərdi yaşayış evini birgə təmir etdirmişlər. Lakin buna baxmayaraq, qaynı, həm də İddiaçı, başqa ünvanda yaşamasına baxmayaraq, onları yaşadığı evdən çıxarılmaları barədə iddia vermişdir. Yaşadıqlar evdən başqa yaşamağa yaşayış sahələri yoxdur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmiyərək Cavabdeh1la izahatına uyğun izahat verdi və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(41)-9/2010 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək X6 Cavabdeh1 ilə 03 may 2006-cı il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində 136 nömrəsi ilə qeyd etdirdikləri nikah pozulması qət edilmişdir. İş materiallarında olan AZ-İ 412997 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X10 və Cavabdeh1 nikahı Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə xitam verilmişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiqli surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən **********24-10301 daşınmaz əmlakın reyestr nömrəli 0,0944 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 136.20 kvadratmetr fərdi yaşayış evi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli qeydiyyat tarixli Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiqli surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən **********24-10301 daşınmaz əmlakın reyestr nömrəli 0,0944 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 136.20 kvadratmetr fərdi yaşayış evi X3 tam mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2V-1342 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin təsdiqli surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır.(V-351/2024 Vərəsəlik İşi) Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh1 İddiaçı X2 ilə 2004-cü ildə faktiki evlənərək nikahlarını 03 may 2006-cı ildə rəsmiləşdirmişlər. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hazırda İddiaçı adına olan ünvan 3 ünvanda yerləşən evdə yaşayırlar. Cavabdeh1 ilə Natiq Fərzəliyevin birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 adlı uşaqları doğulmuşdur. Cavabdehlə iddiaçının qardaşı Natiq Fərzəliyev arasında olan nikah xx.xx.2010-cu il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Cavabdehlər İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində birgə yaşayırlar. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının atası X5 məxsus olmuş, X7 xx.xx.1994-cü il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra xx.xx.2024-cü il tarixli vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı tam hissədə pay almışdır. İddiaçı hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cavabdehlərin evdən və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli, **********24-10301 reyestr nömrəli Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalarını tələb etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli zamanı əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq edilməlidir. Məhkəmə iddiaçının cavabdehlərin evdən çıxarılması tələbinə dair iddiasına qiymət verərkən, cavabdehlərin mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub–olmamasının və onun əsasında da iddiaçının subyektiv hüququnun pozulub–pozulması ilə bağlı iddiaçıların cavabdehlərə qarşı iddia irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub–olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edərək qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi cavabdehlərin mübahisəli ünvan 3 ünvanda yerləşən evdən çıxarılması hissəsində əsassızdır. Belə ki, mübahisəli ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X5 məxsus olmuş, xx.xx.1994-cü il tarixdə Sovdu Fərzəliyev vəfat etmiş, bundan sonra həmin fərdi yaşaış evində cavabdehin keçmiş əri Natiq Fərzəliyev yaşamış, xx.xx.2006-cı il tarixdə nikahını rəsmiləşdirməklə Cavabdeh1 ilə ailə qurmuş, birgə nikahdan Nigar və Amin adlı uşaqları doğulmuşdur. Göründüyü kimi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qeyd edilən mübahisəli fərdi yaşayış evi ilə bağlı hüquq münasibətlərinin yarandığı dövrdə, yəni xx.xx.2006-cı il tarixdə, xx.xx.2005-cı il tarixdə və xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakdan istifadə hüquqları ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə tənzimlənmişdir. Belə ki, xx.xx.1994-cü il tarixdə iddiaçının atası mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi Sovdu Fərzəliyev vəfat etmiş, onun oğlu Natiq Fərzəliyevin ailə üzvü kimi Cavabdeh1 xx.xx.2006-cı il tarixdən mübahisəli fərdi yaşayış evində yaşamağa başlamışdır. Onların birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 adlı uşaqları doğulmuş, doğulduqları vaxtdan da onlar da mübahisəli fərdi yaşaış evində yaşamışlar. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən müddəalar əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarının tələblərinə görə yaşayış evindən istifadə edilməsi ilə əlaqədar 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaranmış münasibətlərə Azərbaycan Respublikası MM-nin 228.1 və 228.2-ci maddələri, həmin tarixədək yaranmış münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin tələbi şamil edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cavabdehlərin evdən və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cavabdehlərin evdən və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar