Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-635/2024 16.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi ilə, İddiaçı Şəmkir rayon Hacıalılar Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsində özbaşına inşa edilmiş tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Şəmkir rayon Hacıalılar Bələdiyyəsi Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsində özbaşına inşa edilmiş tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Hacıalılar Bələdiyyəsinin mülkiyyətində olan və Şəmkir rayonu Hacialılar kəndində yerləşən 0.13 ha torpaq sahəsindən Cavabdeh çıxarılaraq, torpaq sahəsinin qaytarılmasına, torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülərək götürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Şəmkir rayon Hacıalılar Bələdiyyəsinin sədri məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və təqdim etdiyi sənədlərin əslini geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, iddiaçı Şəmkir rayon Hacıalılar Bələdiyyəsi Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsində özbaşına inşa edilmiş tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı Şəmkir rayon Hacıalılar Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-635/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-635/2024
16.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver