Məhkəmə qərarları › İş №2(076)-65/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-65/2024

01.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-65/2024 01.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Şəmkir rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsə qarşı “ödənilməmiş məzuniyyət pulunun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Şəmkir Rayon Mərkəzi Xəstəxanasına qarşı iddia qaldıraraq, Şəmkir rayonu Mərkəzi Xəstəxanasına işlədiyi 2009, 2011, 2012, 2014, 2015, 2017 və 2018-ci illərdə istifadə edilməmiş məzuniyyətlər üçün hər ilə görə 498 manat olmaqla, ümumilikdə 3486 manat ödənilməmiş pul əvəzinin hesablanaraq cavabdeh Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayon Mərkəzi Xəstəxanasında 01 oktyabr 2005-ci ildən xx.xx.2019-cu ilə kimi işləmişdir. 2014-cü ilə kimi məktəb tibb bacısı işləmişdir. 2014-cü ildə Şəmkir rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin təklifi ilə o, Kollec bitirdiyinə görə öz ərizəsi ilə tibb bacısı işindən kiçik tibb bacısı işinə keçirilmişdir. Lakin, 2019-cu ildə onu işlədiyi Xəsətxananın müvafiq əmrinə əsasən onun işinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən xitam verilmişdir. 2014-cü ildə xəstəxana rəhbərliyinin təşəbbüsü ilə öz ərizəsi ilə əsasında məktəb tibb bacısı işindən kiçik tibb bacısı işinə keçirilmiş olsa da, onunla əmək müqaviləsinə xitam verilərkən məktəb tibb bacısı kimi əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa onunla olan əmək müqaviləsinə xitam verilərkən işlədiyi illərdə istifadə etmədiyi əmək məzuniyyətləri üçün pul ona verilməmişdir. O dəfələrlə tələb etsə də, xəstəxananın rəhbərliyi tərəfindən imtina edilmişdir. Halbuki, o 2005-ci ildən 2019-cu ilə kimi işlədiyi müddətdə 2009-cu ildə, 2011-ci ildə, 2012-ci ildə, 2014-cü ildə, 2015-ci ildə, 2017-ci ildə və 2018-ci ildə əmək məzuniyyətindən istifadə edə bilməmişdir. Halbuki, həmin illərdə onun üçün hər ilə 36 gün əmək məzuniyyəti günü olmuş və onu hər il üçün əmək məzuniyyətinə görə 498 manat pul ödənilməli olmuşdur. Lakin, o həmin illərin məzuniyyət pulundan məhrum olmuşdur. O hazırda əsassız olaraq işdən çıxarılmağı barədə əmrin ləğv edilərək, əvvəlki işinə bərpa edilməyini və işlədiyi illərdə istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsini tələb edir. Ona görə də o hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, iddia əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 02/869 nömrəli “Şəmkir rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlanmış məktubundan görünür ki, Şəmkir rayon Uşaq Xəstəxanasının sabiq tibb bacısı İddiaçı Gəncə şəhəri Təhsil işçilərinin evi nəzarətində olan "Qızıl Əllər" MM-nin tibb bacısı kursunu bitirmiş, onun praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən diplomu və sertifikasiya şəhadətnaməsi olmadığına görə xx.xx.2019-cu ildə tutduğu vəzifədən azad edilmişdir. Həmçinin bildirilmişdir ki, İddiaçı ərizə ilə müraciət etmiş, istifadə etmədiyi illərin əmək məzuniyyətinin verilməsini tələb etmişdir. Araşdırılıb ona ərizəsində göstərdiyi istifadə etmədiyi illər üçün son haqq hesab əmək haqqı ödənilmişdir. İş materiallarında olan 02/854 nömrəli xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının İcbari tibbi Sığorta Agentliyi Şəmkir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın tərəfindən verilmiş, Səhiyyə işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyeva ünvanlanmış məktubundan görünür ki, İddiaçı 2014-cü ildə Şəmkir rayon Mərkəzi xəstəxanasında tibb bacısı kimi işə qəbul olunub və tibb bacısı kimi fəaliyyət göstərib. Sonra Özəl tibb müəssisəsini bitirdiyindən sertifikasiyaya cəlb etmək mümkün olmamış və Səhiyyə Nazirliyinin reyestrində ona kod alına bilməmiş və onu sistemə daxil etmək mümkün olmamışdır. 2019-cu ildə baş həkimin göstərişi ilə əmək məcəlləsinin 68-ci maddəsinin (a) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir xx.xx.2022 tarixli ərizəsinə əsasən istifadə edilməmiş əmək məzuniyyəti də rəsmləşdirilərək ödənilmişdir. İş materiallarında olan 566-K nömrəli xx.xx.2022-ci il tarixli verilməsi əmək məzuniyyətinin verilməsi haqqında əmrdən görünür ki, uşaq xəstəxanasının sabiq palata tibb bacısı İddiaçı, 2019-cu ilin qalan 9 günü əmək məzuniyyətindən istifadə etmədiyi üçün ƏM-nin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətlərinə görə pul əvəzi 9 təqvim günü ödənilməsinə əmr verilmişdir. İş materiallarında olan 76-K nömrəli xx.xx.2006-ci il tarixli A.M. Quliyevanın əmək məzuniyyətinin verilməsi haqqında əmrdən görünür ki, uşaq xəstəxanasının tibb bacısı X3 2006-ci ilin hesabına xx.xx.2006-ci il tarixdə xx.xx.2006-ci il tarixədək 32 təqvim günü növbəti əmək məzuniyyətində hesab edilməsinə əmr verilmişdir. İş materiallarında olan 1693-K nömrəli xx.xx.2019-ci il tarixli A.M. Quliyevanın əmək məzuniyyətinin verilməsi haqqında əmrdən görünür ki, uşaq xəstəxanasının tibb bacısı X3 2019-ci ilin hesabına xx.xx.2019-ci il tarixdə xx.xx.2019-ci il tarixədək 27 təqvim günü növbəti əmək məzuniyyətində hesab edilməsinə əmr verilmişdir. İş materiallarında olan 100-K nömrəli xx.xx.2007-ci il tarixli A.M. Quliyevanın əmək məzuniyyətinin verilməsi haqqında əmrdən görünür ki, uşaq xəstəxanasının tibb bacısı X3 2007-ci ilin hesabına xx.xx.2007-ci il tarixdə xx.xx.2007-ci il tarixədək 32 təqvim günü növbəti əmək məzuniyyətində hesab edilməsinə əmr verilmişdir. İş materiallarında olan 06-K xx.xx.2019-cü il tarixli A.M Quliyevanın vəzifəsindən azad etmə haqqında əmirdən görünür ki, Şəmkir Rayon Uşaq Xəstəxanasının tibb bacısı İddiaçı ilə bağlanmış 1DZS25U000100 nömrəli əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilməsinə əmir verilmişdir. Əsas Azərbaycan Respublikasının Əmək məcəlləsinin 68-ci maddəsinin (a) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞG/1-05278 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Şəmkir rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi xx.xx.2022-ci il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan ******* nömrəli əməl kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə Şəmkir Rayon Xəstəxanasının tibb bacısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-ci ildə əmək məcəlləsinin 68-a maddəsində müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, İddiaçı Şəmkir rayon Mərkəzi Xəstəxanasının Baş direktorunun 06-K nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndinə əsasən çalışdığı tibb bacısı vəzifəsindən azad olunmuşdur. Hazırda İddiaçı iddia edir ki, o, xəstəxanada çalışdığı 2009, 2011, 2012, 2014, 2015, 2017, və 2008-ci illərdə məzuniyyət hüququndan istifadə etməmişdir, lakin o işdən azad olunduqdan sonra həmin illərə görə məzuniyyət pulunun əvəzi ödənilməmişdir. Cavabdeh tərəf isə Aliyeva Quliyevanın işdən azad olunarkən heç bir hüququnun pozulmadığını qeyd edərək, iddianı əsassız hesab etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından iddiaçı öz tələbinin əsasını sübutetməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Lakin, iddiaçı onun işdən azad edilərkən Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən onun hüququnun pozulduğunu qeyd etsə də, bununla bağlı sübutlarını məhkəmə təqdim etməmişdir. Bundan başqa iddia tələbi barədə mübahisənin həlli üçün məhkəmənin xx.xx.2023cü il tarixli 2(076)-1390/2024 nömrəli qərardadı ilə ekspertiza təyin edilmişdir. xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/2211/2024 nömrəli ekspertin rəyindən görünür ki, iş materiallarında olan mövcud sənədlərə (tabel uçot vərəqələri, məzuniyyət əmrləri, əmək haqqı hesablanması cədvəlləri, Əmək haqqı üzrə bank hesabından çıxarış və s.) əsasən İddiaçı Şəmkir Rayon Mərkəzi Xəstəxanasında işlədiyi xx.xx.2005-xx.xx.2019-cu illər aralığında hər il üzrə məzuniyyət hüququndan istifadə etdiyi və tərəflər arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar istifadə etmədiyi 2019-cu ilin 9 təqvim günü üçün işəgötürən tərəfindən son haqq-hesabın 130,92 manat məbləğində hesablanaraq ödənildiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddısinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspertiza rəyi ilə razılaşır və digər sübutlarla birlikdə qiymətləndirərək əsaslı hesab edir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı cavabdeh Şəmkir Rayon Mərkəzi Xəstəxanasına qarşı “ödənilməmiş məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar