Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-67/2024 30.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən su arxlarının və gediş-gəliş yollarının zəbtdən azad edilməsi, su arxlarının və yolların açılması tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən su arxlarının və gediş-gəliş yollarının zəbtdən azad edilməsi, su arxlarının və yolların açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Qapanlı kəndinin ərazisində yerləşən, Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 47 saylı qərarı ilə JN-567 saylı Torpağa Mülkiyyət hüququna dair dövlət aktı əsasında ailə üzvlərinin mülkiyyətinə verilmiş 8,18 ha, Şəmkir rayon 1 saylı Notariat Ofisinin xx.xx.2005-ci il tarixli 4Ə-20 saylı reyestrlə qeydə alınmış müqaviləsi əsasında mülkiyyətinə verilmiş 2,662537 ha, xx.xx.2020-ci il tarixli 4ə-1813 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında 0,8852 ha xx.xx.2008-ci il tarixli 4ə-125 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında mülkiyyətinə verilmş 2,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə maşınkanaldan gedən su yollarının və kananlın kənarı ilə gedən maşın yolunun cavabdehin zəbtindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı məhkəməyə dəqiqləşdirmə ərizəsini təqdim edərək, Şəmkir rayon Qapanlı kəndinin ərazisində yerləşən, Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 47 saylı qərarı ilə JN-567 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ailə üzvilərinin mülkiyyətinə verilmiş 8,18 ha, Şəmkir rayon 1 saylı Notariat Ofisinin xx.xx.2005ci il tarixli 4Ə-20 saylı reyestrlə qeydə alınmış müqaviləsi əsasında mülkiyyətinə verilmiş 2,662537 ha, xx.xx.2020-ci il tarixli 4Ə-1813 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında 0,8852 ha və xx.xx.2008-ci il tarixli 4Ə-125 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında mülkiyyətinə verilmiş 2,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə maşınkanaldan gedən su yollarının və kanalın kənarı ilə gedən maşın yolunun cavabdehin zəbtindən azad edilməsi barədə tələbinin 8,18 ha 0,8852 ha vǝ 2,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə maşınkanaldan gedən su arxlarının kənarı ilə gələn maşın yollarının və həmin su arxlarının zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq islahatı ilə əlaqədar Azərbaycan Respublikası AİK-nın Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 47 saylı qərarı ilə JN-567 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 8,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və 10 nəfərdən ibarət ailə üzvülərinin mülkiyyətinə verilmişdir. Həmçinin, Şəmkir rayon 1 saylı Notariat Ofisinin xx.xx.2005-ci il tarixli 40-20 saylı reyestrlə qeydə alınmış müqaviləsi əsasında 2,662537 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, xx.xx.2020-ci il tarixli 40-1813 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında 0,8852 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2008-ci il tarixli 4Ə-125 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında 2,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin kəndin ərazisində yerləşməklə onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin 8,18 ha hissəsində karalyok bağı, 2,662537 ha hissəsində şaftalı bağı salmışam. 2,76 və 0,8852 ha hissələrində isə yonca əkdirmişdir. Ancaq, 4 ilə yaxındır ki, həmin sahələrə maşın kanaldan gedən su yollarının və kanalın kənarı ilə gedən maşın yolunun cavabdeh tərəfindən zəbt edilməsi nəticəsində həmin sahələrə suvarma suyunu apara bilmir. Nəticədə həmin sahələrdəki meyvə ağaclarından və yoncandan təyinatına uyğun normal istifadə etməməklə yüksək məhsul əldə etməmiş, bu səbəbdən külli miqdarda maddi zərər çəkmişdir. Dəfələrlə cavabdehdən həmin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gedən avtomaşın yolunun və su arxlarının açılmasını tələb etsə də nəticəsi olmadığından bu barədə DİN-nin 102 qaynat xəttinə məlumat vermiş, rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Hətta şikayəti əlaqədar X24 rəisi həmin sahələrə yerində baxış keçirmiş, ancaq tələbi mülki xarakterli olmasına görə məhkəməyə müraciət etməyim tövsiyyə edilmişdir. Eyni zamanda cavabdeh mülkiyyətində olan torpaq sahələrinin suvarılması üçün qaynamalardan gələn su arxlarını da zəbt edərək suvarılmasına imkan vermir. Onu da əlavə edir ki, baldızı və həmkəndlin X8 qanuni əsaslarla Qapanlı Bələdiyyəsində 2000-ci ildə icarəyə götürdüyü torpaq sahəsi uzun müddətdir ki, aralarında olan razılaşma əsasında onun istifadəsindədir və həmin sahəyə gedən yolun və su arxının cavabdeh tərəfindən zəbt edilərək kəsilməsi nəticəsində həmin sahənin istifadəsi mümkünsüzdür. Ona görə cavabdehə qarşı məlum iddian qaldırmalı olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində onun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin suvarılması və həmin sahələrə gediş-gəliş yolunun zəbt edilməsi haqda mülahizələrini qeyd etsə də, "zəbt" etmənin hansı formada olması, onun öz mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunda hansı maneənin olması, ərizədə göstərilən arxlarda və ya yollarda maneələrin olması barədə heç bir əsaslandırma edə bilməmişdir. O səbəbdən ki, belə bir hallar ümumiyyətlə mövcud deyil. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı iddia ərizəsinə iddia tələbini təsdiq edən sübutlar əlavə etməli və əsaslandırmalıdır. Ancaq iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısından görünür ki, iddiaçının məhkəməyə təqdim edəcəyi heç bir sübutu mövcud deyil. İddia ərizəsinin məzmununda da hər hansı sübutu məhkəməyə təqdim edəcəyi barədə heç bir məlumat qeyd edilməyib, vəsatət əlavə edilməyib. Bu da onu deməyi əsas verir ki, iddiaçının belə bir sübutu mövcud deyil. Onun tərəfindən iddiaçının iddia ərizəsində göstərilən torpaq sahələrindən istifadəsinə heç bir maneə yaradılmamışdır. İddiaçının su arxlarında və ya gediş-gəliş yollarında müəyyən problemlər olar bilər. Ancaq yenə də bu çətinliklərinin onun ilə bir əlaqəsi olmasını sübut etmək yükü iddiaçının üzərindədir. Belə olan halda məhkəmədə sual yarana bilər ki, iddiaçının hüquqları onun tərəfindən pozulmamışdırsa səbəb nədir ki, Cavabdeh qarşı belə bir iddia qaldırılmışdır? Bununla bağlı qeyd edir ki, onun və iddiaçı hər ikisinin kənd təsərrüfat sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. İddiaçı ilk dəfə deyil ki, ona qarşı əsassız iddia qaldırmışdır. Hesab edir ki, o vaxtaşırı onun barəsində bu kimi iddialar verməklə, hüquq mühafizə orqanlarına heç bir əsası olmayan şikayətlər etməklə onun fəaliyyətinə kölgə salmaq, bu kimi iddialarla onun öz işlərindən yayındırmaq, bu üsulla ona maddi və mənəvi ziyan vurmaq, həm də sonda əgər məhkəmə onun xeyrinə qətnamə çıxararsa bundan sonra növbəti addım olaraq, məhz onun "qanunsuz hərəkətləri" nəticəsində özünün maddi ziyan çəkməsi və bu ziyanın ödənilməsi məqsədilə yenidən məhkəmələrdə iddia qaldırmaq niyyəti güdür. Mülki qanunvericiliyin tələblərinə əsasən mülki hüquqlardan sui-istifadəyə yol verilməsi, mülki dövriyyənin subyektlərinə qarşı münasibətlərdə vicdanlılıq məsələlərinə əməl edilməməsi, əsassız varlanmaq kimi niyyətlər pislənir və müdafiə edilmir. Odur ki, iddiaçının ona qarşı hazırkı iddia tələbini qəbul etmir və əsassız olduğu üçün iddianı rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsasız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan **********54 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdıq olunmuş sürətindən görünür ki, Şəmkir rayon, Qapanlı kəndi yerləşən 2.662537 ha olan kənd təsərrüfat təyinatlı torpaq İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan **********6 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdıq olunmuş sürətindən görünür ki, Şəmkir rayon, Qapanlı kəndi yerləşən 2.76 ha olan kənd təsərrüfat təyinatlı torpaq İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan **********05 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdıq olunmuş sürətindən görünür ki, Şəmkir rayon, Qapanlı kəndi yerləşən 3.6622 ha olan kənd təsərrüfat təyinatlı torpaq İddiaçı tam mülkiyyətindədir. İş materiallarında A 688487 nömrəli xx.xx.2021-ci il tarixli olan torpaq sahəsinin plan və ölçüsünün təsdiq olunmuş sürətindən görünür ki, **********69 reyestr Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışı əsasında Şəmkir rayon, Qapanlı kənd ərazisində yerləşən 0.8852 ha olan torpaq sahəsini İddiaçı mülkiyyətindədir. İş materiallarında olan JN-567 kod 50407038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktın təsdiq olunmuş sürətindən görünür ki, İddiaçı, X9, X2, X1, X5, X6, X3, X10, X11, X7, X4 Şəmkir rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixdə 47 nömrəli qərarı ilə Şəmkir rayon, Qapanlı kəndində yerləşən 8.18 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-4431/2023 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X21 11 Saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən verilmiş mütəxəssis reyindən görünür ki, kompleks yerquruluşu xəritəsinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə getdiyi iddia edilən faktiki istifadədə olan su arxlarının və kanalın kənarı ilə gedən maşın yolunun bir hissəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsindədir, digər hissələrdə olan su arxları və kanalın kənarı ilə gedən maşın yolu isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla işlək vəziyyətdə deyildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Şəmkir rayon Məhkəməsinin qətnaməsindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarda qeyd edilən torpaq sahələrinin ətrafına çəkilmiş 0.17 ha ərazini əhatə edən drenaj kanalları Cavabdeh tərəfindən düzəldilərək yararlı hala salınması; ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı adına qeydə alınmış, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən tutulmuş 5.91 hissəsi cavabdehin zəbtindən azad edilməsi qət edilmişdir. İş materiallarında olan 3-16-16/2-10/3050 nömrəli xx.xx.2024-cü il tarixli Şəmkir rayon Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(076)-1559/2023 nömrəli qərardadı ilə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə getdiyi iddia edilən faktiki istifadədə olan su arxlarının və kanalın kənarı ilə gedən maşın yolunun bir hissəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsindədir, digər hissələrdə olan su arxları və kanalın kənarı ilə gedən maşın yolu isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla işlək vəziyyətdə olmadığı müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək iddia etmişdir ki, Cavabdeh onun torpaq sahəsinə maşınkanaldan gedən su yollarının və kanalın kənarı ilə gedən maşın yolunun zəbt etmiş, onun torpaq sahəsinin sulanmasına, yoldan istifadəsində maneə törədir. İddiaçı cavabdehin həmin torpaq sahəsinin zəbt edərək, və həmin torpaq sahəsindən çıxamasından imtina etdiyini bildirərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, cavabdehin tələbi mülkiyyətdə olan torpaq sahəsinə gedən yolun zəbtdən azad edilməsi bağlı olduğundan həmin münasibətlərə mülki və torpaq qanunvericiliyinin torpağa mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Kostitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Kostitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-si maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün cavabdehin mülkiyyətində olan torpaq sahəsinə gedən yolun və su kanalının cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir rayon ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən və Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş ekspertin rəyindən məlum olmuşdur ki, Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə getdiyi iddia edilən faktiki istifadədə olan su arxlarının və kanalın kənarı ilə gedən maşın yolunun bir hissəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsindədir, digər hissələrdə olan su arxları və kanalın kənarı ilə gedən maşın yolu isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla işlək vəziyyətdə olmadığı müəyyən edilməklə zəbt edilməmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsi və yaxud həmin torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən yararsız (işlək deyil) hala salınması sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və cavabdehin ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən su arxlarının və gediş-gəliş yollarının zəbtdən azad edilməsi, su arxlarının və yolların açılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-67/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-67/2024
30.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver