Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-671/2023 26.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı1 cavabdeh İddiaçı2 qarşı «vərəsə kimi tanınma, mərhum ata və anadan miras qalan həyətyanı torpaq sahəsindən payına düşən torpaq sahəsinə vərəsə kimi mülkiyyət hüququnun tanınması və mülkiyyətinə verilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı1 cavabdeh İddiaçı2 qarşı «vərəsə kimi tanınma, mərhum ata və anadan miras qalan həyətyanı torpaq sahəsindən payına düşən torpaq sahəsinə vərəsə kimi mülkiyyət hüququnun tanınması və mülkiyyətinə verilməsi» tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, vərəsə kimi tanınma, mərhum ata və anasından miras qalan həyətyanı torpaq sahəsindən payına düşən torpaq sahəsinə vərəsə kimi mülkiyyət hüququnun tanınması və mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsinə cavabdehin eyniləşdirməyə imkan verən məlumatları və həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı barədə sübut əlavə edilməmiş və həmin şəxsin müəyyən edilməsi üçün iddia ərizəsinə hər hansı bir sənəd əlavə edilməmişdir. Həmçinin iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində qeyri-müəyyənlik və tələbin dəqiq olmaması mövcuddur. Belə ki, iddiaçı tələbinin əsaslandırmamaqla yanaşı, miras qoyan şəxsin kimliyi və miras əmlakla bağlı məlumatlar, miras əmlakla bağlı notariat kontoruna müraciət etməsi və tərəflər arasında mübahisənin yaranması, cavabdehə yönələn tələb ərizədə göstərilməmiş və buna dair heç bir sübut ərizəyə əlavə edilməmişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunvericiliyin tələbinə uyğun olaraq dövlət rüsumu ödənilməsinə dair qəbzi ərizəsinə əlavə etməmişdir. Bununla da müəyyən olunur ki, iddia ərizənin formasına və məzmununa dair və zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Bu səbəbdən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Qanunun 1.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 8.2-ci maddəsində qeyd edilmişdir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 149.2.3 və 149.2.4–cü maddəslərinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1–ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149–cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1–ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 222.1.-ci maddəsinin tələbinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı1 cavabdeh İddiaçı2 qarşı «vərəsə kimi tanınma, mərhum ata və anadan miras qalan həyətyanı torpaq sahəsindən payına düşən torpaq sahəsinə vərəsə kimi mülkiyyət hüququnun tanınması və mülkiyyətinə verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-671/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-671/2023
26.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver