Məhkəmə qərarları › İş №2(076)-68/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-68/2024

13.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-68/2024 13.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçı1 (İddiaçı4 etibarnamə üzrə nümayəndəsi), İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsindən çıxarılma” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən seriya RX ******* saylı, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindın çıxarış əsasında iddiaçıların mülkiyyətində olan və Şəmkir rayonu Qılıncbəyli kəndi ərazisində yerləşən 0.1729 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılaraq, torpaq sahəsinin iddiaçılara qaytarılması və ödənilən 100 manat dpvlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara verilməsinə dair qətnamə qəbul ediləməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Seriya RX ******* saylı, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Qılıncbəyli kəndi ərazisində yerləşən 0.1729 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 4/15 hissəsi X1, 4/15 hissəsi İddiaçı4, 4/15 hissəsi İddiaçı2 və 3/15 hissəsi İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmişdir. Hazırda iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh istifadə edir. İddiaçılar cavabdehdən onun ümumi birgə mülkiyyətində olan torpaq sahəsini zəbtdən azad edərək, torpaq çıxmasını tələb etsək də, cavabdeh torpaq sahəsindən çıxmaq imtina etmişdir. Halbuki, həmin torpaq sahəsinə dair cavabdehin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Cavabdehin torpaq sahəsi iddiaçıların torpaq sahəsinin qonşuluğunda yerləşir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçılar İddiaçı1 (İddiaçı4 etibarnamə üzrə nümayəndəsi), İddiaçı2 hər biri ayrı-ayrılıqda iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. İddiaçı3 məhkəməyə teleqram ünvanlayaraq bütün məhkəmə iclaslarının onun iştirakı olmdan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmdan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı1 tərəfindən 101 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan seriya RX, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.1729 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 4/15 hissədə İddiaçı1 4/15 hissədə, İddiaçı4 4/15 hissədə, İddiaçı2 4/15, İddiaçı3 isə 3/15 hissədə paylı mülkiyyətindədir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1605/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iş görünür ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak MƏsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qeyd edilən Çıxarış əsasında iddiaçlıar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4ına məxsus Şəmkir rayinu, Qılncbəyli kəndi ərazisində yerləşən 0.1729 ha kəndə təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1611 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10-8296 nömrəli ekspert rəyindən görünür ki, qeyd edilən Çıxarış əsasında iddiaçlıar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4ına məxsus Şəmkir rayinu, Qılncbəyli kəndi ərazisində yerləşən 0.1729 ha kəndə təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1611 ha hissəsi Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Tətbiq edilən hüquq: -Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar,bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən özəmlakını geri tələb edə bilər Həmin Məcəllənin 157.4-cü əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8.-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin maddənin 2-ci bəndinə əsasəntorpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasın məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, qismən iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, ünvan 1i ünvanında yerləşən 0.1729 ha torpaq sahəsi ümumi birgə pay ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətindədir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub – olmamasını araşdırmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçiləri olduğundan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə haqlı olmuşdur. Hazırkı iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsi təşkil edir. Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər isə məcmu halda hazırkı işdə mövcuddur. Cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iş üzrə verilmiş ekspert rəyi ilə xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan Şəmkir rayonu Qılıncbəyli kəndi ərazisində yerləşən 0.1729 ha kəndə təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1611 ha hissəsi Cavabdeh tərəfindən istifadə edildiyi öz təsdiqini tapmışdır. Məhkəmə iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir” Odur ki, iddia qismən təmin edilməli, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan Şəmkir rayonu Qılıncbəyli kəndi ərazisində yerləşən 0.1729 ha kəndə təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1611 ha hissəsindən Cavabdeh çıxarılmaqla, onun tərəfindən iddiaçılara torpaqdan istifadə ilə bağlı maneələrə son qoyulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar olan məsrəflərə daxildir. İşə baxılması ilə əlaqədar olan məsrəflərdən olan ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus Şəmkir rayonun, Qılıncbəyli kəndində yerləşən 0.1729 ha kəndə təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1611 ha hissəsindən çıxarılsın. Cavabdeh iddia ərizəsinə verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar