Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-71/2024 16.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızının və Əhmədova (Zamanlı) Aynurə Sabir qızının Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızının və Əhmədova (Zamanlı) Aynurə Sabir qızı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində təsərrüfatı təyinatlı yerləşən 5869.99 kv.metr kənd torpaq sahəsindən çıxarılmasına və cavabdeh tərəfindən həmin torpaq sahəsində inşa olunmuş qanunsuz tikilinin Cavabdeh öz vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaları üzrə Cavabdeh onların həmkəndliləridir. O, iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan və Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndinin ərazisində yerləşən 5869.99 kv.metr dövlət pay torpaq sahəsinin bir hissəsini zəbt edib və həmin torpaq sahəsindən onların razılığı olmadan istifadə edir. Eyni zamanda həmin torpaq sahəsinin bir hissəsində qanunsuz tikinti aparıb. Qeyd olunan torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 51 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilib və bu barədə iddiaçılara JN 1057 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət akti verilib. Həmin torpaq sahəsi 4 hissədə olmaqla, bir-birindən fərqli məkanlarda yerləşir. Cavabdeh mülkiyyətlərində olan pay torpaq sahəsinin yalnız bir hissəsini 5869.99 kv.metr hissəini zəbt edib və həmin ərazinin bir hissəsində tikinti işləri aparıb. İddiaçılar dəfələrlə cavabdehdən zəbt etmiş olduğu torpaq sahələrindən çıxmasını, həmin torpaq sahəsində inşa etmiş olduğu qanunsuz tikilini sökməsini xahiş etsələr də, cavabdeh onların xahişinə məhəl qoymur. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edirlər. İstəyirlər ki, məhkəmə iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayonunun Zǝyǝm-Cırdaxan kəndi ərazisində yerləşən 5869.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdehin çıxarılmasına və həmin torpaq sahəsində cavabdehin inşa etmiş olduğu qanunsuz tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsinə dair qərar versin. Torpaq mülkiyyətçilərinin və istifadəçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı heç bir hüquq müəyyən edici sənədi yoxdur Məhkəmə iclasında iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək bildirdi ki, mübahisəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların mülkiyyətindədir. Cavabdeh həmin torpaq sahəsində avtomobil təmir sexi inşa etdirib gəlir əldə edir. İddiaçılar sexin işləməsinə razı deyil. İddianın təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsini bələdiyyədən satın almışdır, mübahisəli həmin torpaq sahəsi 24 il onun istifadəsindədir və həmin torpaq sahəsində avtomobil təmir sexi inşa etdirmişdir. Bu müddət ərzində iddiaçı ona qarşı heç bir iddia tələbi irəli sürməmişdir. O, istifadəsinə olan həmin torpaq sahəsində 2000-ci illərdə tikinti aparmış və ağaclar basdırmışdır, torpağa görə vergi ödəmişdir. Torpaq sahəsinin yanında boş yer olmuş və o həmin ərazinidə abadlaşdırmışdır. Ona bələdiyyə tərəfindən verilmiş sərəncam var və ona tikilini asfalt yoldan 25 metr aralıda tikdirməsinə icazə vermişdir. Ona sənəd veriblər ki torpaq sahəsi onundur. O Kapital Bank ASC-yə pul ödəyir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDKnin yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan DİN tərəfindən verilmiş ******* saylı arayışdan görünür ki, İddiaçı1 Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində qeydiyyatdadır. İşdə olan JN-1057 KOD 50400048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonunun Zəyəm- Cırdaxan kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızının və Əhmədova (Zamanlı) Aynurə Sabir qızının, X7, X4 mülkiyyətindədir. DİN tərəfindən verilmiş ******* saylı arayışdan görünür ki, Cavabdeh Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızının və Əhmədova (Zamanlı) Aynurə Sabir qızının, X7, X4 JN-1057 KOD 50400048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-1057 A/0.42 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmin torpaq sahəsinin JN-1057 A/0.42 ha hissəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilməklə 444.09 kv.m hissəsində tikinti işləri aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5326 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi İlqar Məmmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızının və Əhmədova (Zamanlı) Aynurə Sabir qızının, X7, X4 JN-1057 KOD 50400048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-1057 A/0.42 h hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmin torpaq sahəsinin JN-1057 A/0.42 ha hissəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilməklə 444.09 kv.m hissəsində tikinti işləri aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları təsbit edilir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM 139.3-cü mad). Həmin Məcəllənin 139-1.1.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (MM 146.2). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır (MM 146.3). Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui– istifadə olmasın. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir MM(157.5). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (MM 157.8). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (158.2). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (MM 158.4). İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçıların tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, mülkiyyətə qəsd və başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməli və cavabdehin həmin əşya üzərində heç bir hüququ olmamalıdır. Yəni, cavadehin hərəkətləri qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, cavabdeh iddiaçıların mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş, həmin torpaq sahəsində sex tikdirmişdir. Nəticədə, iddiaçıların mülkiyyətindən sərbəst istifadə etməsinə manelər yaranmışdır. Cavabdehin isə həmin torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 158-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ ilə yanaşı göstərilənlər də əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 162-ci maddəsinin tələblərinə görə əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 163.1.-ci maddəsinin tələblərinə görə Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 180.1-ci mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4.-cü mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mülki Məcəllənin 148.2.-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci mаddəsinin tələbinə görə, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyəti üzrə geri qаytаrılmаlıdır. Torpаqlаrın əvvəlki vəziyyətinə gətirilməsi (orаdа olаn binаlаrın, tikililər və qurğulаrın sökülməsi də dаxil olmаqlа) torpаqlаrı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və yа onlаrın hesаbınа həyаtа keçirilir. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın və mütəxəssis verdiyi rəyləri sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, rəylərdən göründüyü kimi cavabdeh tərəfindən tikilmiş sex iddiaçıların qanuni sahibliyinə və mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilmiş, həmin torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş sex iddiaçıların hüquqlarını pozur, cavabdeh iddiaçıların qanuni sahibliyində olan daşınmaz əmlaka hüquqlarının həyata keçirilməsinə heç bir qanuni əsas olmadan maneəçilik törədir. Göründüyü kimi, iddiaçılar İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızının və X3 Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair adlarına JN-1057 KOD 50400048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir və onlar həmin torpaq sahəsinin qanuni sahibləridir və onların həmin torpaq sahəsindən qanunvericiliyə uyğun olaraq öz istədikləri kimi istifadə etmək hüququ vardır. Lakin həmin mübahisəli torpaq sahəsinə dair cavabdehin hər hansı bir hüququnun olmasını təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN- 1057 KOD 50400048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızının və X3 mülkiyyətində olmasını, Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yerləşən JN-1057 KOD 50400048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə 13 iyul 2023-cü il tarixli mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən 0.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh qanuni əsas olmadan istifadəsində olmasını, nəticədə iddiaçıların öz mülkiyyət hüququ ilə onlara məxsus olan torpaq sahəsindən istifadə edə bilməmələri, bununla da onların mülkiyyət və istifadə hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızına və X5 mülkiyət hüququ ilə məxsus olan Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi zəbt etmiş Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsinin zəbt edilmiş hissəsində inşa edilmiş 444.09 kvadrat metr tikinti Cavabdeh hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Cavabdeh məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Həmçinin iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızının və Əhmədova (Zamanlı) Aynurə Sabir qızının, X7, X4 JN-1057 KOD 50400048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mülkiyyətində olan, Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə 13 iyul 2023-cü il tarixli mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən 0.42 ha hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsinin zəbt edilmiş hissəsində inşa edilmiş 444.09 kvadrat metr tikinti Cavabdeh hesabına sökülsün. Cavabdeh 100 (bir yüz) manat pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıların özünə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-71/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-71/2024
16.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver