Məhkəmə qərarları › İş №2(076)-718/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-718/2023

30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-718/2023 30.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1958-ci il tarixdə Ermənistanın Vardenis rayonunda doğulmasının anası X2, atası X8 olmaqla doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1958-ci il tarixdə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur. 1988-ci ildə erməni faşistləri tərəfindən doğma ata-baba yurdlarından deportasiya olunmuş və ailəsi ilə birlikdə Şəmkir rayonu Varlı Həyat kəndində məskunlaşmışlar. Ermənistanın Vardenis rayonunda X5 ilə nikaha daxil olmuşdur. Hal-hazırda ailəlidir, 4 övladı var. Ermənistandan deportasiya olunduqdan sonra sənədlərinin bir qismi, o, cümlədən doğum haqqında şəhadətnaməsi orada qalmışdır. Onun doğum haqqında şəhadətnaməsinin olmaması onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun sənədlərin alınmasına, əmək və əmlak münasibətlərinə daxil olmasına, vərəsəlik şəhadətnaməsi almasına maneçilik törədir. Onun doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və ona müvafiq doğum haqqında şəhadətnamə verilməsi zərurəti yaranmışdır. O, Maraqlı şəxsnə bu barədə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verməmişlər və bu barədə imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəqiqləşməsi barədə ərizə təqdim edərək, atası X8, anası X2 olmaqla xx xxxxxx 1958-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, şahid ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. İş materiallarında olan xx.xx.1979-cü il tarixli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi ilə xx.xx.1960-cı il təvəllüdlü X5 nikahlarını xx.xx.1979-cu ildə rəsmiləşdirmişlər. İş materiallarında olan Şəmkir rayon İHB-nin Yeni Göyçə kənd İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 34 nömrəli arayışdan görünür ki, X1 rayonu Yeni- Göyçə kənd İƏD-də daimi qeydiyyatdadır və hal-hazırda Şəmkir rayonu Varlı Həyat kəndində yaşayır. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, o, doğumun bərpası üçün lazım olan sənədləri tədqim edə bilmədiyindən ərizəsinin təmin edilməsi mükün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşıdır. Onların atası X8, anası X2 olmuşdur. Qardaşı həqiqətən də xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur və həmin vaxt onun doğumu qeyd edilərək ona doğum haqqında şəhadətnamə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısı Yazagülün əridir. Səfər xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Onun bacısı Yazagüllə isə 1979-cu ildə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Səfərə Ermənistanda olarkən doğum haqqında şəhadətnamə alınmış, lakin 1988-ci ildə deportasiya olunarkən onun doğum haqqında şəhadətnaməsi orada qalmışdır. Beləliklə, ərizəçinin izahatı, şahidlərin ifadələri və işin materialları ilə Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olması, atasının X8, anasının X2 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi gələcəkdə Azərbaycan Respublikasının vətəndaşına lazımi sənədlərin alınması və mühüm əhəmiyyət kəsb edən məsələlərin həlli ilə bağlı onun doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin X3 Səfər Ənvər oğlunun doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, o, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və X3 Səfər Ənvər oğlunun doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum akt qeydini başqa qaydada bərpa edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulması, atasının X8, anasının X2 olması ərizəçinin izahatı ilə yanaşı şahidlərin ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onun tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi atası X8, anası X2 olmaqla, xx xxxxxx 1958-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar