Məhkəmə qərarları › İş №2(076)-72/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-72/2025

29.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-72/2025 29.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Üçüncü şəxs Şəmkir rayon, Qaracəmirli bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Üçüncü şəxs Şəmkir rayon, Qaracəmirli bələdiyyəsi) “torpaq sahəsinin küçə tərəfinə özbaşına basdırılmış dəmir reşotkanın sökülməsi” tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin küçə tərəfinə özbaşına basdırılmış dəmir reşotkanın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öz vəsaiti hesabına torpaq sahəsinə küçə tərəfinə özbaşına çəkdiyi dəmir reşotkanın sökülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi dair qətnamə çıxarıdılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən, xx.xx.2023-cü qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (**********23-10301 reyestr nömrəli) "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" əsasında mülkiyyətində olan 0.25 hektar torpaq sahəsinin küçəyə baxan tərəfinə (səkiyə) cavabdeh özbaşına dəmir reşotka çǝkǝrǝk həyətyanı sahəsinə sərbəst gediş-gəlişinə maneə yaratmışdır. Onun fərdi yaşayış evinin yerləşdiyi küçənin yolu və səkisi Qaracǝmirli kənd bələdiyyəsinə məxsus olduğundan o, Qaracəmirli bələdiyyəsinin sədrinə və Şəmkir RİHB-nin Qaracǝmirli kənd İƏD üzrə nümayəndəsinə şifahi müraciət edərək, cavabdeh tərəfindən torpaq sahəsinin yola (səkiyə) baxan tərəfinə özbaşına çəkdiyi dəmir reşotkanı sökdürmələrini xahiş etmişdir. Onlar yerində baxış keçirǝrǝk, həqiqətən cavabdehin çəkdiyi dəmir reşotkanın onun torpaq sahəsinin küçəyə baxan tərəfinə düşdüyünü və ona maneə yaratdığını müəyyən etdilər. Bundan sonra onlar torpaq sahəsinin küçəyə baxan tərəfinə (yola-səkiyə) sərbəst gediş-gəlişinə yaradılmış maneənin aradan qaldırılması ilə bağlı cavabdehǝ müraciət etdilər. Lakin cavabdeh onların etdikləri müraciətə məhəl qoymamışdır. O, hazırda dəmir reşotka ilə bağlanmış hissədən qeyri yaşayış sahələrinə gediş-gəliş üçün qapı açmaq və təmir işləri aparmaq istəyir. Lakin cavabdehin çəkdiyi reşotkası buna maneə olur. Bu səbəbdən də həmin iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh öz vəsaiti hesabına torpaq sahəsinə küçə tərəfinə özbaşına çəkdiyi dəmir reşotkanın sökülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi dair qətnamə çıxarıdılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, sözü gedən torpaq sahəsi onun valideyinlərinin olmuşdur. Torpaq sahəsi ona məxsusdur. Özünə məxsus torpaq sahəsinin ətrafına çəkdiyi hasarın qarşısında dəmir reşotka düzəltdirmiş, dəmir reşotkanın içərisində müxtəlif bitkilər əkmişdir. Dəmir reşotkanın yerləşdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Üçüncü şəxs Şəmkir rayon, Qaracəmirli bələdiyyəsinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, tərəflər arasında mübahisəsi gedən torpaq sahəsi Şəmkir rayon, Qaracəmirli Bələdəyyəsinin mülkiyyətindədir. Qeyd edilən mübahisəli torpaq sahəsində yerləşən dəmir çərçivə səkidə yerləşir. Qeyd olunan dəmir çərçivənin sökülməsinə dair qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ekspertiza rəyini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Bələ ki, xx.xx.2023-cü qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (**********23- 10301 reyestr nömrəli) "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Səmməd oğlunun mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-6144/24 saylı DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində yerləşən (**********23-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində Çıxarış əsasında) İddiaçı mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsinin 0,005739 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Mübahisəli tikinti (dəmir reşotka) yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Mübahisəli tikinti (dəmir reşotka) İddiaçı sərbəst gedişgəlişinə maneə törədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/10218 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş rəydən görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində yerləşən (**********23-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində Çıxarış əsasında) İddiaçı mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsinin 0,005739 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Mübahisəli tikinti (dəmir reşotka) yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Mübahisəli tikinti (dəmir reşotka) İddiaçı sərbəst gediş-gəlişinə maneə törədir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində yerləşən (**********23-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində Çıxarış əsasında) 0,25 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətdədir. Həmin torpaq sahəsinin yaxınlığında yerləşən Şəmkir rayon, Qaracəmirli Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində tikililər (dəmir çərçivə) Cavabdeh tərəfindən inşa edilmiş və onun tərəfindən istifadə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, Bələdiyyənin mülkiyyətində olan, lakin iddiaçı və cavabdehin ümumi istifadəsində olan iddiaçıya məxsus torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən zəbt edilərək dəmir çərçivə ilə hasarlanmışdır. Bununla da mülkiyyətçi olan iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən bələdiyyə mülkiyyətində olan ümumi istifadədə olan torpaq sahəsindən istifadə etməsinə maneə yaranmışdır. İddiaçının cavabdehə qarşı inşa edilmiş tikilinin sökülməsi ilə bağlı tələb hüquqları yaranmışdır. Ona görə də məhkəmə həmin torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsinə aid tələbini həmin torpaq sahəsinə münasibətdə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət, ictimai-iaşə, məişət və digər obyektlər istisna olmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs mülkiyyətində olan Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş və istifadə edilən dəmir çərçivə Cavabdeh vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və cavabdehin ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. İddia təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci cavabdeh X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Maraqlı şəxs mülkiyyətində olan Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş və istifadə edilən dəmir çərçivə Cavabdeh vəsaiti hesabına sökülsün. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar