Məhkəmə qərarları › İş №2(076)-73/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-73/2025

05.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-73/2025 05.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “Torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı “Torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında onun mülkiyyətində olan Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 0,473 ha torpaq sahəsindən və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında onun, X1, X3, X2 mülkiyyətində olan və Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən torpaq sahəsindən Cavabdeh1 çıxarılaraq torpaq sahələrinin ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onlar ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Qaracəmirli kəndində yaşayırlar. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Qaracəmirli kəndinin ərazisində onun mülkiyyətinə 0.473 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmçinin, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Qaracəmirli kəndinin ərazisində onun, X1, X3, X2 mülkiyyətinə 2.0172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh1 onların mülkiyyətində torpaq sahəsini zəbt edərək, istifadə edir. Ona görə də torpaq sahəsini sənədləşdirə bilmir. Cavabdeh hazırda onlara məxsus torpaq sahəsindən istifadə edir. Halbuki həmin torpaq sahəsinə dair cavabdehin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. O, cavabdehin qanunsuz hərəkətlərinə son qoymaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalın Dövlət reyestrindən Çıxarış əsasında onun mülkiyyətində olan Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 0.473 ha torpaq sahəsindən və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında onun, X1, X3, X2 mülkiyyətində olan və Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən torpaq sahəsindən Cavabdeh1 çıxarılaraq, torpaq sahələrinin ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehdən onun torpaq sahəsinin boşaldılmasını tələb etmiş, lakin cavabdeh buna etiraz edərək, bununla razılaşmamışdır. Belə ki, cavabdeh mübahisəli torpaq sahəsində hər hansı tikili tikməmiş, yalnız həmin torpaq sahəsindən onun istifadəsinə maneçilik etmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, ekspertiza rəyini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Bələ ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalın Dövlət reyestrindən çıxarışın notarial surətindən görünür ki, Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.473 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2.0172 ha torpaq sahəsi X1, X3, X2 və İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan DƏDKR-nin X8 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə daxil olmuş arayışından görünür ki, mülki iş üzrə mübahisəli əraziyə yerli baxış keçirilmiş və müvafiq suallar mütəxəssis tərəfindən cavablandırılmışdır. İş materiallarında olan DƏDKR-nin X811 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu Qaracəmirli kəndinin ərazisində yerləşən (Reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi **********, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında) 2.0172 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Şəmkir rayonu Qaracəmirli kəndinin ərazisində yerləşən (Reyestr nömrəsi **********86, qeydiyyat nömrəsi **********, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında 0.473 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Qeyd olunan Çıxarışlarla İddiaçı və ailə qzvlərinə məxsus 2.4902 ha torpaq sahələri bütünlüklə Cavabdeh1 tərəfindən istifadə olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9462 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş rəydən görünür ki, Şəmkir rayon Qaracəmirli kəndinin ərazisində yerləşən (Reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi **********, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında) 2.0172 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Şəmkir rayon Qaracəmirli kəndinin ərazisində yerləşən (Reyestr nömrəsi **********6, qeydiyyat nömrəsi **********, Hüquqların dövlət qeydiyyatı haqqındadaşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında) 0.473 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Qeyd olunan Çıxarışlarla İddiaçı və ailə üzvlərinə məxsus 2.4902 ha torpaq sahələri bütünlüklə Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində yerləşən 0.473 ha və 2.0172 ha torpaq sahəsi İddiaçı və X1, X3, X2 mülkiyyətindədədir. Həmin torpaq sahəsini Cavabdeh1 istifadə edərək mülkiyyətçilərin istifadəsinə maneçilik törədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 157-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçıların mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, iddiaçılara məxsus mübahisəli torpaq sahəsini faktiki olaraq cavabdehin istifadəsindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. Bununla da mülkiyyətçi olan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində yerləşən 0.473 ha torpaq sahəsindən və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı və X1, X3, X2 mülkiyyətində olan Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində yerləşən 2.0172 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində yerləşən 0.473 ha torpaq sahəsindən və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı və X1, X3, X2 mülkiyyətində olan Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində yerləşən 2.0172 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar