Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-74/2024 08.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı1 (həmçinin, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi), İddiaçı2 Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4t Eldəniz oğluna qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən payların naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4t Eldəniz oğluna qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən payların naturada bölünməsi tələbinə dair ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0,25 ha torpaq sahəsinin naturada bölünməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2009–cu il tarixli 2(076)–955/2009 saylı qətnaməsi əsasında X1 və İddiaçı3 Kazım qızından miras qalmış, Şəmkir şəhəri, M.S.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi X4, ½ hissəsi X3 mülkiyyətinə verilməsi, ümumi mülkiyyətdə olan və həmin ünvanda yerləşən 0,25 ha torpaq sahəsindən X2 payına düşən 1/10 hissəsinə və İddiaçı3 Kazım qızının payına düşən 1/10 hissəsinə X4 və X3 vərəsə tanınmaları, həmin torpaq sahəsinin 2/10 hissəsinə X4, 2/10 hissəsinə X3 mülkiyyət hüquqlarının tanınması. İddiaçı1, Cavabdeh1, Cavabdeh4t Eldəniz oğlunun, İddiaçı3, İddiaçı2 və İddiaçı4 hər birinin ümuli mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin 1/10 hissəsinə mülkiyyət hüquqlarının tanınması, həmin mülkə və həyətyanı torpaq sahəsinə görə onların mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsinin DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəsini almış və icra olunaraq xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Həmin ev və torpaq sahəsi ərlərinin sağlığında natura halında bölünmüş, lakin onların bir müddət Bakı şəhərində yaşamaqlarında istifadə edən cavabdehlər mənzilin girişində özbaşına tikinti işləri aparmış, onların payına düşən evin hissəsindən faktimi istifadəni məhdudlaşdırmışlar. Bununla da cavabdehlər onlara əmlakından sərbəst şəkildə istifadə etməyə imkan vermirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmışlar. Belə ki, ümumi birgə mülkiyyətdə olan evdən və evin yerləşdiyi torpaq sahəsindən paylarına düşən hissənin naturada bölünməsini istəyirlər. Odur ki, Şəmkir şəhəri, Təbriz Əsgərov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0,25 ha torpaq sahəsinin naturada bölünməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı1 (həmçinin, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi) məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Şəmkir şəhəri, Təbriz Əsgərov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin 4/24 hissəsi Cavabdeh1, 4/24 hissəsi Cavabdeh2, 4/24 hissəsi Cavabdeh3, 3/24 hissəsi İddiaçı3, 3/24 hissəsi İddiaçı2, 3/24 hissəsi İddiaçı4 və 3/24 hissəsi onun, həmçinin evin yerləşdiyi 0,25 ha torpaq sahəsinin 20/120 hissəsi Cavabdeh1, 8/120 hissəsi Cavabdeh2, 8/120 hissəsi Cavabdeh3, 12/120 hissəsi Cavabdeh4t Eldəniz oğlunun, 18/120 hissəsi İddiaçı3, 18/120 hissəsi İddiaçı2, 18/120 hissəsi İddiaçı4 və 18/120 hissəsi onun paylı mükiyyətindədir. Lakin onlar hazırda mülkiyyətlərində olan fərdi yaşayış evindən və torpaq sahəsindən təyinatına uyğun istifadə edə bilmir. Belə ki, cavabdehlərdən onların payına düşən hissənin naturada ayrılmasını tələb etsələr də, cavabdehlər razı olmamışlar. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilərək, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28–10301 reyestr nömrəli Çıxarışa əsasən Şəmkir şəhəri, Təbriz Əsgərov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0,25 ha torpaq sahəsinin naturada bölünməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı2 əsasən İddiaçı1 ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etdi və bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, həqiqətən xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28–10301 reyestr nömrəli Çıxarış əsasında Şəmkir şəhəri, Təbriz Əsgərov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin 4/24 hissəsi onun, 4/24 hissəsi Cavabdeh2, 4/24 hissəsi Cavabdeh3, 3/24 hissəsi İddiaçı3, 3/24 hissəsi İddiaçı2, 3/24 hissəsi İddiaçı4 və 3/24 hissəsi İddiaçı1, həmçinin evin yerləşdiyi 0,25 ha torpaq sahəsinin 20/120 hissəsi onun, 8/120 hissəsi Cavabdeh2, 8/120 hissəsi Cavabdeh3, 12/120 hissəsi Cavabdeh4t Eldəniz oğlunun, 18/120 hissəsi İddiaçı3, 18/120 hissəsi İddiaçı2, 18/120 hissəsi İddiaçı4 və 18/120 hissəsi İddiaçı1 paylı mükiyyətindədir. Hazırda əldə edilmiş ekspert rəyinə əsasən mübahisəli evdən və evin yerləşdiyi torpaq sahəsindən iddiaçıların payının naturada bölünməsinə etiraz etmir. Odur ki, Şəmkir şəhəri, Təbriz Əsgərov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,25 ha torpaq sahəsindən ekspert rəyində göstərilən qaydada iddiaçıların payının naturada bölünməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4t Eldəniz oğluna və üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, ekspert rəyini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2009–cu il tarixli 2(076)– 955/2009 saylı qətnaməsidən görünür ki, mərhum X1 və İddiaçı3 Kazım qızından miras qalmış, Şəmkir şəhəri, M.S.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi X4, ½ hissəsi X3 mülkiyyətinə verilməsi, ümumi mülkiyyətdə olan və həmin ünvanda yerləşən 0,25 ha torpaq sahəsindən X2 payına düşən 1/10 hissəsinə və İddiaçı3 Kazım qızının payına düşən 1/10 hissəsinə X4 və X3 vərəsə tanınmaları, həmin torpaq sahəsinin 2/10 hissəsinə X4, 2/10 hissəsinə X3 mülkiyyət hüquqlarının tanınması. İddiaçı1, Cavabdeh1, Cavabdeh4t Eldəniz oğlunun, İddiaçı3, İddiaçı2 və İddiaçı4 hər birinin ümuli mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin 1/10 hissəsinə mülkiyyət hüquqlarının tanınması, həmin mülkə və həyətyanı torpaq sahəsinə görə onların mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsinin DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir şəhəri, Təbriz Əsgərov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin 4/24 hissəsi Cavabdeh1, 4/24 hissəsi Cavabdeh2, 4/24 hissəsi Cavabdeh3, 3/24 hissəsi İddiaçı3, 3/24 hissəsi İddiaçı2, 3/24 hissəsi İddiaçı4 və 3/24 hissəsi İddiaçı1, həmçinin evin yerləşdiyi 0,25 ha torpaq sahəsinin 20/120 hissəsi Cavabdeh1, 8/120 hissəsi Cavabdeh2, 8/120 hissəsi Cavabdeh3, 12/120 hissəsi Cavabdeh4t Eldəniz oğlunun, 18/120 hissəsi İddiaçı3, 18/120 hissəsi İddiaçı2, 18/120 hissəsi İddiaçı4 və 18/120 hissəsi İddiaçı1 paylı mükiyyətindədir. İşdə olan nikah haqqında arayışdan görünür ki, X5 ilə İddiaçı1 arasında xx.xx.1995– ci il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021–ci il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2020–ci il tarixli 504–1–2529 inventar nömrəli Texniki pasportdan görünür ki, Şəmkir şəhəri, Təbriz Əsgərov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evi X4, İddiaçı1, İddiaçı4, İddiaçı2, Cavabdeh4t Eldəniz oğlunun, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına qeyd edilmişdir. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023–cü il tarixli imtina məktubundan görünür ki, Şəmkir şəhəri, Təbriz Əsgərov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0,25 ha torpaq sahəsinin naturada bölünməsindən imtina edilmişdir. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2023–cü il tarixli 3–16–16/2– 10/5803 nömrəli rəyindən görünür ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında iddiaçıların və cavabdehlərin paylı mülkiyyətlərində olan Şəmkir şəhəri, Təbriz Əsgərov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,25 ha torpaq sahəsindən iddiaçıların payının naturada ayrılması texniki cəhətdən mümkündür. Şəmkir şəhəri, Təbriz Əsgərov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 176.0 kv.m, yaşayış sahəsi 51.6 kv.m, yardımçı sahəsi 124.4 kv.m və 0.06 ha (600 kv.m) torpaq sahəsindən iddiaçıların paylarının yaşayış evinin 12/24 payı və həyətyanı torpaq sahəsinin 72/120 payı aşağıdakı kimi müəyyən olunur: Yaşayış evi üzrə 12/24 pay üzrə: Ümumi sahəsi üzrə 12/24 pay– 88,0 kv.m (176.0:24x12) Yaşayış sahəsi üzrə 12/24 pay– 25,8 kv.m (51.6:24x12) Yardımçı sahəsi üzrə 12/24 pay– 62,2 kv.m (124.4:24x12) Torpaq sahəsi üzrə 72/120 pay üzrə: Ümumi sahəsi üzrə 72/120 pay– 1500,0 kv.m (2500,0:120x72) Şəmkir şəhəri, Təbriz Əsgərov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,25 ha torpaq sahəsindən iddiaçıların paylarının naturada bölünməsi üçün evin ikinci mərtəbəsinə uyğun birinci mərtəbəsinin bölünməsi, texniki pasportda göstərilən “D” literli tikilinin arxa divarından düz xətlə qonşu hasara qədər sərhəd hasarı yaradılmalıdır. Belə bölgü zamanı iddiaçıların payına ümumi torpaq sahəsindən 250,0 kv.m–dən az sahə düşə (1500–1250 kv.m) bilər. Bu zaman iddiaçıların payına düşən ayrılacaq sahəyə sərbəst girişi–çıxış yolu yarandığı üçün, naturada torpaq sahəsinin ayrılacağı təqdirdə həmin həyətyanı torpaq sahəsinin təyinatı üzrə istifadə olunması üçün hər hansı məhdudiyyət yaranmayacaqdır. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Şəmkir şəhəri, Təbriz Əsgərov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin 4/24 hissəsi Cavabdeh1, 4/24 hissəsi Cavabdeh2, 4/24 hissəsi Cavabdeh3, 3/24 hissəsi İddiaçı3, 3/24 hissəsi İddiaçı2, 3/24 hissəsi İddiaçı4 və 3/24 hissəsi İddiaçı1, həmçinin evin yerləşdiyi 0,25 ha torpaq sahəsinin 20/120 hissəsi Cavabdeh1, 8/120 hissəsi Cavabdeh2, 8/120 hissəsi Cavabdeh3, 12/120 hissəsi Cavabdeh4t Eldəniz oğlunun, 18/120 hissəsi İddiaçı3, 18/120 hissəsi İddiaçı2, 18/120 hissəsi İddiaçı4 və 18/120 hissəsi İddiaçı1 paylı mükiyyətindədir. Tərəflər fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən istifadə edilməsi ilə bağlı razılığa gələ bilməmiş, həmçinin iddiaçıların ümumi əmlakdan istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçılar paylarının naturada ayrılmasını tələb etmişlər. Eyni zamanda iddiaçıların paylarının naturada ayrılması ümumi mülkiyyətin digər mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmur, həmçinin bölgü zamanı tərəflərin hər birinin sərbəst giriş–çıxış yolu olduğundan ümumi mülkiyyətdə olan mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərə və paylı mülkiyyətdə olan fərdi yaşayış evinin və torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsinə zidd deyildir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, iddiaçıların tələbi əsaslıdır, onların mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi üzərindəki xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsaslanan mülkiyyət hüququ qeydə alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin mübahisəli sahəyə mövcud olan hüquq müəyyənedici sənədi, yəni xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” mülkiyyət hüququna dair sənəddir və iddiaçıların həmin sənədlə təsbit olunmuş hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçılar ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evindən və torpaq sahəsindən paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqlara malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə cıxarıldıqda hakim sübutları qiymətləndirir, iş ücün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən normaları əsasında həll olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.1–ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etdi ki, iddiaçıların tələbinin əsaslı olması üçün mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi ümumi paylı mülkiyyətdə olmalı, iddiaçılar və cavabdehlər paylı mülkiyyətin mülkiyyətçiləri olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri fərdi yaşayış evinin və torpaq sahəsinin bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, fərdi yaşayış evinin və torpaq sahəsinin bölünməsi və ondan payın ayrılması mümkün olmalı, həmçinin fərdi yaşayış evinin və torpaq sahəsinin bölünməsi və ondan payın ayrılması onun təyinatına tənasübsüz zərər vurmamalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi üzərində iddiaçıların ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. İddiaçılar paylı mülkiyyətin mülkiyyətçisi kimi öz paylarının naturada ayrılmasını tələb etmişdir. Lakin iddiaçıların paylarının ayrılmasına dair cavabdehlər razılıq verməmişdir. Ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evindən və torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Eləcə də, ümumi mülkiyyətdə olan fərdi yaşayış evindən və torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılması paylı mülkiyyətin digər mülkiyyətçilərinin əsaslı mənafelərinə uyğundur. Azərbaycan Respublikasının Konstitusiyasının 13–cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5–ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi ümumi mülkiyyətdə olduğundan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2–ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi olan iddiaçılar paylarına düşən fərdi yaşayış evinin və torpaq sahəsinin naturada ayrılmasını tələb edə bilər. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2–ci maddəsinə əsasən iddiaçıların özünün paylarının ümumi mülkiyyətdə olan paydan ayrılmasını tələb etmək hüququ vardır. Həmin payın ayrılması onların Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1–ci maddəsinə uyğun olaraq mülkiyyəti üzərində sərbəst sahiblik etmək və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13–cü maddəsinə əsasən iddiaçıların qorunan mülkiyyət hüquqlarının təmin edilməsi məqsədi ilə iddia tələbi əsaslıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçıların vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci iddiaçılardan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında iddiaçıların və cavabdehlərin ümumi paylı mülkiyyətində olan, Şəmkir şəhəri, Təbriz Əsgərov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,25 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 payı xx.xx.2023–cü il tarixli 3–16–16/2–10/5803 nömrəli ekspert rəyində göstərilən qaydada, yəni evin ikinci mərtəbəsinə uyğun birinci mərtəbəsi bölünməklə, texniki pasportda göstərilən “D” literli tikilinin arxa divarından düz xətlə qonşu hasara qədər sərhəd hasarı yaradılmaqla natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılsın və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 təhvil verilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-74/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-74/2024
08.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver