Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-742/2024 31.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı1, İddiaçı2, İddiaçı3 Aftandil qızının Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına söklüməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına söklüməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, JN–1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı” əsasında mülkiyyətlərində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsində özbaşına quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına söklüməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28 may 1998–ci il tarixli 51 nömrəli qərarı ilə onların mülkiyyətlərinə Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş, bu barədə adlarına JN–1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin cavabdeh onların icazəsi olmadan torpaq sahəsini zəbt edərək orada istilikxana quraşdırmışdır. Hazırda da cavabdeh torpaq sahəsindən təyinatına uyğun istifadə edir. Dəfələrlə cavabdehə qanunsuz əməllərinə son qoymağı təklif etsələr də, cavabdeh buna məhəl qoymamış, onlara məxsus torpaq sahəsini zəbtdən azad etməmişdir. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşlar. Odur ki, JN–1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı” əsasında mülkiyyətlərində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsində özbaşına quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına söklüməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28 may 1998–ci il tarixli 51 nömrəli qərarı ilə onun və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş, bu barədə adlarına JN–1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin cavabdeh həmin torpaq sahəsini özbaşına zəbt edərək, orada qanunsuz istilikxana inşa etmiş və torpaq sahəsini təyinatına uyğun istifadə etmişdir. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını, habelə qanunsuz inşa etdiyi istilikxananı sökməsini tələb etsələr də, cavabdeh onlara məhəl qoymamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Hesab edir ki, cavabdehin sahibliyi qanunsuzdur. Belə ki, onlar qanuni əsaslarla mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmir, öz hüquqlarını həyata keçirməkdən məhrum olmuşlar. Ona görə də cavabdeh onlara məxsus torpaq sahəsindən çıxmalı, quraşdırılmış istilikxana cavabdehin vəsaiti hesabına sökülməlidir. Odur ki, JN–1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı” əsasında mülkiyyətlərində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsində özbaşına quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına söklüməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdilər, həmçinin İddiaçı2 ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi bir neçə il əvvəl bələdiyyə tərəfindən ölçülərək ona verilmişdir. O da həmin torpaq sahəsində istilikxana inşa etdirmiş və torpaq sahəsindən təyinatına uyğun istifadə etmişdir. Hesab edir ki, o, tam qanuni əsaslarla torpaq sahəsindən istifadə etmişdir. Belə olan halda ona qarşı qaldırılmış iddianı əsassız hesab edir. Odur ki, izahatında göstərdikləri halları nəzərə alaraq, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan JN–1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28 may 1998–ci il tarixli 51 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə Şəmkir rayonu, Keçili kəndi ərazisində 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli aktdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mühəndisi Nizami İsmayılov tərəfindən JN–1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin elektron uçot məlumatlarına əsasən döngə nöqtələri yerində (naturada) ölçülərək İddiaçı1 tanıdılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024–cü il tarixli mütəxəssis rəyindən görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28 may 1998–ci il tarixli 51 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cənub qərb tərəfindən şimali qərb tərəfinə doğru istiqamətində olan 0.3584 ha–dək hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh tərəfindən istifadə olunan həmin torpaq sahəsində istilikxanaların bir hissəsi mövcuddur. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2024–cü il tarixli 3–16–16/2– 10/3082 nömrəli rəyindən görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28 may 1998–ci il tarixli 51 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cənub qərb tərəfindən şimali qərb tərəfinə doğru istiqamətində olan 0.3584 ha–dək hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh tərəfindən istifadə olunan həmin torpaq sahəsində istilikxanaların bir hissəsi mövcuddur. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28 may 1998–ci il tarixli 51 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə Şəmkir rayonu, Keçili kəndi ərazisində 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş, bu barədə adlarına JN– 1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin torpaq sahəsinin cənub qərb tərəfindən şimali qərb tərəfinə doğru istiqamətində olan 0.3584 ha–dək hissəsi Cavabdeh tərəfindən istifadə olunur və cavabdeh tərəfindən inşa edilmiş istilikxananın bir hissəsi həmin zəbt edilmiş 0.3584 ha hissədə yerləşir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçıların tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçılar mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə qanunsuz zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cənub qərb tərəfindən şimali qərb tərəfinə doğru istiqamətində olan 0.3584 ha–dək hissəsi cavabdehin istifadəsində və sahibliyindədir. Həmçinin, cavabdeh tərəfindən inşa edilmiş istilikxananın bir hissəsi həmin zəbt edilmiş 0.3584 ha hissədə yerləşir. Halbuki, cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh JN–1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı”na əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 mülkiyyətlərində olan və Şəmkir rayonu Keçili kəndində yerləşən 0.96 ha torpaq sahəsinin cənub qərb tərəfindən şimalı qərb tərəfinə doğru istiqamətində olan 0.3584 ha– dək hissəsindən çıxarılmalı, cavabdeh tərəfindən inşa edilmiş istilikxananın həmin zəbt edilmiş 0.3584 ha sahədə yerləşən hissəsi Cavabdeh vəsaiti hesabına sökülməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcinin 50 (əlli) manat hissəsi müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, 50 (əlli) manat hissəsi Cavabdeh tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. JN–1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı”na əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 mülkiyyətlərində olan və Şəmkir rayonu Keçili kəndində yerləşən 0.96 ha torpaq sahəsinin cənub qərb tərəfindən şimali qərb tərəfinə doğru istiqamətində olan 0.3584 ha–dək hissəsindən Cavabdeh çıxarılsın, cavabdeh tərəfindən inşa edilmiş istilikxananın həmin 0.3584 ha sahədə yerləşən hissəsi Cavabdeh vəsaiti hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcinin 50 (əlli) manat hissəsi müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, 50 (əlli) manat hissəsi Cavabdeh alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(076)-742/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-742/2024
31.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver