Məhkəmə qərarları › İş №2(076)-759/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-759/2023

02.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-759/2023 02.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli Çıxarış əsasında Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətindədir. Lakin həmin torpaq sahəsinin bir hissəsi, yəni 3,5 metr eninə və 19 metr uzununa olan hissəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş, həmçinin cavabdeh orada özbaşına tikinti işləri aparmışdır. Dəfələrlə cavabdehə qanunsuz əməllərinə son qoymağı təklif etsə də, o, buna məhəl qoymamış, ona məxsus torpaq sahəsini zəbtdən azad etməmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli Çıxarış əsasında onun mülkiyyətində olan, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsini özbaşına zəbt edərək, orada qanunsuz tikililər inşa etmiş və torpaq sahəsini təyinatına uyğun istifadə etmişdir. Dəfələrlə cavabdehdən mülkiyyətində olan torpaq sahəsindən çıxmasını, habelə qanunsuz tikililəri sökməsini tələb etsə də, cavabdeh ona məhəl qoymamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Hesab edir ki, cavabdehin sahibliyi qanunsuzdur. Ona görə də cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikililər cavabdehin vəsaiti hesabına sökülməlidir. Odur ki, iddianın təmin edilərək, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçının torpaq sahəsini zəbt etməmiş, öz mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadə etmiş, tikinti işlərini də özünə məxsus torpaq sahəsində aparmışdır. Belə olan halda ona qarşı qaldırılmış iddianı əsassız hesab edir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Üçüncü şəxs şəxs qismində cəlb edilmiş X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və X1 adına qeydiyyata alınmışdır. İşdə olan A 854286 saylı “X4 və Ölçüsü”ndən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2022–ci il tarixli arxiv arayışından görünür ki, X5 Filialında mühafizə olunan “Əzizbəyov” adına kolxozun qaytanlanmış torpaq kitabında İddiaçı adına 0,12 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023–cü il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 9,88 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçının mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən 9,15 m (5.27 kv.m) uzunluqda daş hasar inşa edilmişdir. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2023–cü il tarixli 10/2881 nömrəli rəyindən görünür ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 9,88 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçının mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən 9,15 m (5,27 kv.m) uzunluqda daş hasar inşa edilmişdir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, ünvan 1 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi xx.xx.2022– ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı və X1 ümumi birgə mülkiyyətindədir. Lakin həmin torpaq sahəsinin 9,88 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Eləcə də, həmin torpaq sahəsində cavabdeh tərəfindən 9,15 m (5,27 kv.m) uzunluqda daş hasar inşa edilmişdir. İddiaçı dəfələrlə həmin torpaq sahəsini könüllü olaraq qaytarmağı və tikilini sökməsini təklif etmiş, lakin cavabdeh iddiaçıya məxsus torpaq sahəsini qaytarmaqdan və qanunsuz tikilini sökməkdən imtina etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsinin 9,88 kv.m hissəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən və iddiaçının mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinin 9,88 kv.m hissəsindən cavabdeh çıxarılmalı, həmin torpaq sahəsində cavabdeh tərəfindən 9,15 m (5,27 kv.m) uzunluqda inşa edilmiş tikili (daş hasar) cavabdehin vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 9,88 kv.m hissəsindən Cavabdeh çıxarılsın, həmin torpaq sahəsində cavabdeh tərəfindən 9,15 m (5,27 kv.m) uzunluqda inşa edilmiş tikili (daş hasar) cavabdehin vəsaiti hesabına sökülsün. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar