Məhkəmə qərarları › İş №2(076)-79/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-79/2024

15.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-79/2024 15.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə1 Cavabdeh: Cavabdeh və onun vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, torpaq sahəsindən çıxarılma və maddi ziyan tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, torpaq sahəsindən çıxarılma və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, A120081 saylı “X1 və Ölçüsü”ndə göstərilən və Şəmkir şəhərində yerləşən 600.17 kv.m torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsində özbaşına inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və vurulmuş maddi ziyanın cavabdehdən alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə “iddia həcminin artırılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, Cavabdeh adına tərib olunmuş Çıxarışın iddiaçıya məxsus olan 70.5 kv.m–dək hissəsində ləğv olunması, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa olunmuş 39,42 m–dək uzunluğunda tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdehin iddiaçıya məxsus 70.5 kv.m hissədən çıxarılması və vurulmuş maddi ziyanın cavabdehdən alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi Nümayəndə1 cavabdehlə mübahisə üzrə razılığa gəldiklərini, öz aralarında barışıq sazişi bağladıqlarını bildirdi və barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh iddiaçı ilə aralarında barışıq sazişi bağladıqlarını bildirdi və barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən məhkəməyə xx.xx.2024–cü il tarixli barışıq sazişi təqdim edilmişdir. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən olunmuşdur:

1. İddiaçı tələb etdiyi mübahisəli torpaq sahəsinin əvəzinə Cavabdeh 14.500 manat pul almağı, həmin pulun 2.500 manatını ilkin olaraq nağd şəkildə almağı, qalan pulu 2024– cü ilin iyul ayının sonunadək nağd şəkildə almağı öhdəsinə götürmüşdür.

2. Cavabdeh mübahisəli torpaq sahəsinin əvəzinə İddiaçı 14.500 manat pul verməyi, həmin pulun 2.500 manatını nağd şəkildə ödəməyi, qalan pulu 2024–cü ilin iyul ayının sonunadək nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür.

3. Tərəflər təsdiq edirlər ki, barışıq sazişinin şərtləri onlara aydındır və barışıq sazişinin şərtlərinə əməl edəcəklər. Əks halda qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacaqlar. Məhkəmə tərəflərin təqdim etdikləri barışıq sazişini və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə bu nəticəyə gəlir ki, barışıq sazişinin şərtləri qanuna zidd deyildir, hər hansı tərəfin hüququnu pozmur və qanuni mənafelərinə qarşı yönəlməmişdir. Azərbaycan Respublikası MPM–in 52.3–cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5–ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2–ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5–ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, tərəflərin təqdim etdikləri barışıq sazişi onların real və həqiqi vəziyyətlərinə uyğundur. Həmin saziş başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 261, 262, 263, 264, 268 və 269–cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, torpaq sahəsindən çıxarılma və maddi ziyan tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış 15 fevral 2024–cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:

1. İddiaçı tələb etdiyi mübahisəli torpaq sahəsinin əvəzinə Cavabdeh 14.500 manat pul almağı, həmin pulun 2.500 manatını ilkin olaraq nağd şəkildə almağı, qalan pulu 2024– cü ilin iyul ayının sonunadək nağd şəkildə almağı öhdəsinə götürmüşdür.

2. Cavabdeh mübahisəli torpaq sahəsinin əvəzinə İddiaçı 14.500 manat pul verməyi, həmin pulun 2.500 manatını nağd şəkildə ödəməyi, qalan pulu 2024–cü ilin iyul ayının sonunadək nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür.

3. Tərəflər təsdiq edirlər ki, barışıq sazişinin şərtləri onlara aydındır və barışıq sazişinin şərtlərinə əməl edəcəklər. Əks halda qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacaqlar. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, torpaq sahəsindən çıxarılma və maddi ziyan tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar