Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-84/2025 24.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Mütəxəssis Daşınmaz Əmlakın dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin İnvertarlaşdırıcı mühəndisi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən zəbtdən azad edilməsi, qanunsuz tikinkinin sökülməsi, ağacların çıxarılması və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən zəbtdən azad edilməsi, qanunsuz tikinkinin sökülməsi, ağacların çıxarılması və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli qərarı ilə JN-818A KOD-50410018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında 0.13 ha həyətyanı torpaq sahəsinin 0.02 ha hissəsindən cavabdehlərin çıxarılması, öz hesablarına yarımçıq tikilinin sökülməsi, əkilmiş ağacların çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi və ödənilmiş 100 (yüz) manat rüsumun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə çıxarıdılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Şəmkir rayonunun Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli qərarı JN-818A KOD-50410018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.02 ha hissəni qonşuları olan cavabdehlər qeyriqanuni zəbt edib yarımçıq tikili tikiblər, 1 həftə olar ki, ağaclar əkiblər. Cavabdehlərə dəfələrlə ona məxsus torpaq sahəsindən könüllü çıxmaları barədə təklif etsə də tələbi nəticəsiz qalmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən ona məxsus, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli qərarı ilə JN-818A KOD-50410018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında 0.13 ha həyətyanı torpaq sahəsinin 0.02 ha hissəsindən cavabdehlərin çıxarılması, öz hesablarına yarımçıq tikilinin sökülməsi, əkilmiş ağacların çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi və ödənilmiş 100 (yüz) manat rüsumun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə çıxarıdılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə onun torpaq sahəsi qonşu ərazidə yerləşir. Onlar tərəfindən hər hansı torpaq sahəsi zəbt edilməmişdir. Odur ki, iddiaçının ona qarşı hazırkı iddia tələbini qəbul etmir və əsassız olduğu üçün iddianı rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən Daşınmaz Əmlakın dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin İnvertarlaşdırıcı mühəndisi X2 izahatında bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli 2(076)-1875/2024 saylı qərardadda qoyulmuş sualları araşdırmaq məqsədi ilə mübahisəsi gedən Şəmkir rayon, Mahmudlu kəndində yerləşən 0.13 ha torpaq sahəsində tərəflərin iştirakı ilə araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı faktiki istifdəsində olan torpaq sahəsi ilə özünə məxsus şəhadətnamədə qeyd edilən kompleks yer quruluşu üst-üstə düşür. Məhkəmə işdə iştirak edən şəxsləri və mütəxəssisi dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsasız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan JN-818A KOD 50410018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqli surətindən görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən 0.13 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-4838/2024 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X3 11 Saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, JN-818A KOD 50410018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan cizgilər və ölçülərlə yeni elektron uçot xəritəsi arasında uyğunsuzluqlar vardır. Kəndin kompleks yer quruluşu xəritəsinə əsasən faktiki istifadə vəziyyəti, JN-818A KOD 50410018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan cizgilər və ölçülər kompleks yer quruluşu xəritəsinə əsasən üst-üstə düşür və həmin torpaq sahəsinin hər hansı hissəsi cavabdehlərin istifadəsində deyildir. İş materiallarında olan 3-16-16/2-10/8410 nömrəli xx.xx.2024-cü il tarixli Şəmkir Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(076)-1875/2024 nömrəli qərardadı ilə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş ekspert rəyindən görünür ki, JN-818A KOD 50410018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan cizgilər və ölçülərlə yeni elektron uçot xəritəsi arasında uyğunsuzluqlar vardır. Kəndin kompleks yer quruluşu xəritəsinə əsasən faktiki istifadə vəziyyəti, JN-818A KOD 50410018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan cizgilər və ölçülər kompleks yer quruluşu xəritəsinə əsasən üst-üstə düşür və həmin torpaq sahəsinin hər hansı hissəsi cavabdehlərin istifadəsində deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək iddia etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN-818A KOD 50410018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı mülkiyyətinə verilmiş Şəmkir rayonu Mahmud kəndində yerləşən 0,13 ha torpaq sahənin 0.02 ha hissəsini zəbt edərək və həmin torpaq sahəsindən çıxamasından imtina etdiyini bildirərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində göstərilən hallara dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçın tələbi mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsinin zəbtdən azad edilməsi bağlı olduğundan həmin münasibətə mülki və torpaq qanunvericiliyinin torpağa mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Kostitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Kostitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-si maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün JN-818A KOD 50410018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında iddiaçının mülkiyyətinə verilmiş, Şəmkir rayonu Mahmudlu kəndində yerləşən 0,13 ha torpaq sahənin 0.02 ha hissəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir rayon ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən və Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş ekspertin rəyindən məlum olmuşdur ki, JN-818A KOD 50410018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan cizgilər və ölçülərlə yeni elektron uçot xəritəsi arasında uyğunsuzluqlar vardır. Kəndin kompleks yer quruluşu xəritəsinə əsasən faktiki istifadə vəziyyəti, JN-818A KOD 50410018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan cizgilər və ölçülər kompleks yer quruluşu xəritəsinə əsasən üst-üstə düşür və həmin torpaq sahəsinin hər hansı hissəsi cavabdehlərin istifadəsində deyildir. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehlərin mübahisəli torpaq sahəsini zəbt etməsi sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və cavabdehin ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən zəbtdən azad edilməsi, qanunsuz tikinkinin sökülməsi, ağacların çıxarılması və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-84/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-84/2025
24.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver