Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-847/2023 04.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 520 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh və X2 qarşı məhkəmədə qaldırmış olduğu həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsi, özbaşına inşa edilmiş tikililərin və istilikxananın cavabdehlərin vəsaiti hesabına sökülməsi tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin qətnamənin icrası zamanı X3 üzərinə düşən zəruri xərcləri ödəmiş, Cavabdeh isə xərci çəkməkdən imtina etmişdir. Bu səbəbdən məcbur olub cavabdehin əvəzindən 240 manat məbləğində pul ödəmişdir. Həmçinin, qətnamənin icrası zamanı cavabdehin özbaşına inşa etdirdiyi istilikxananın sökülməsi üçün əlavə 30 manat pul xərcləmişdir. Eləcə də, qeyd olunan mülki işə məhkəmədə baxılan zaman məhkəmə iclaslarına gəlmiş, yol xərci ödəmiş, habelə ailəsində görməli olduğu işləri başqa şəxslərə gördürməklə 250 manat vəsait xərcləmişdir. Beləliklə, cavabdehin ona məxsus torpaq sahəsini özbaşına zəbt etməsi nəticəsində qaldırmış olduğu iddiaya görə məhkəmə iclaslarına gəlmiş, həmçinin qətnamənin icrasına vəsait xərcləmişdir. Nəticədə 520 manat maddi ziyana məruz qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 520 manat pulu ödəməmişdir. Odur ki, Cavabdeh vurulmuş maddi ziyana görə 520 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh və X2 qarşı məhkəmədə “həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsi, özbaşına inşa edilmiş tikililərin və istilikxananın cavabdehlərin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia qaldırmış, onun iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(076)–45/2022 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin qətnamənin icrası zamanı X3 üzərinə düşən zəruri xərcləri ödəmiş, Cavabdeh isə xərci çəkməkdən imtina etmişdir. Bu səbəbdən məcbur olub cavabdehin əvəzindən 240 manat məbləğində pul ödəmişdir. Həmçinin, qətnamənin icrası zamanı cavabdehin özbaşına inşa etdirdiyi istilikxananın sökülməsi üçün əlavə 30 manat pul xərcləmişdir. Eləcə də, qeyd olunan mülki işə məhkəmədə baxılan zaman məhkəmə iclaslarına gəlmiş, yol xərci ödəmiş, habelə ailəsində görməli olduğu işləri başqa şəxslərə gördürməklə 250 manat vəsait xərcləmişdir. Nəticədə cavabdehin təqsiri səbəbindən 520 manat maddi ziyana məruz qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh vurulmuş maddi ziyanı ödəməkdən imtina etmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, Cavabdeh vurulmuş maddi ziyana görə 520 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsinin ona aidiyyəti olmamış, buna baxmayaraq, onun torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəmə qətnaməsi qəbul edilmişdir. Belə olan halda həmin qətnamənin icrası ilə bağlı onun pul ödəmək öhdəliyi yaranmamışdır. Hesab edir ki, iddiaçı ona qarşı əsassız iddia qaldırmışdır. Odur ki, izahatında göstərilənləri nəzərə almaqla, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(076)–45/2022 saylı qətnaməsindən görünür ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən və iddiaçının mülkiyyətində olan 800 kv.m torpaq sahəsinin 0.0342 ha hissəsinin Cavabdeh, 0.0372 ha hissəsinin X1 zəbtindən azad edilməsi, həmçinin torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına inşa edilmiş tikililərin və istilikxananın cavabdehlərin vəsaiti hesabına sökülməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 3(076)– 1435/2022 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022–ci il tarixli, qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(076)–45/2022 saylı icra sənədinin icrası məqsədilə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsindən mütəxəssis ayrılması qərara alınmışdır. İşdə olan ödəmə qəbzlərindən görünür ki, İddiaçı xx.xx.2022–ci il tarixdə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına xidmət haqqı kimi cəmi 240 manat pul ödəmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı Cavabdeh və X2 qarşı məhkəmədə “həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsi, özbaşına inşa edilmiş tikililərin və istilikxananın cavabdehlərin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia qaldırmış, onun iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(076)–45/2022 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, bundan sonra icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin həmin qətnamənin icrası zamanı Cavabdeh üzərinə düşən xərci ödəməkdən imtina etmişdir. Bununla da İddiaçı cavabdeh tərəfindən maddi ziyana məruz qalmasını iddia etmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iş materiallarında olan ödəmə qəbzləri ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2022–ci il tarixdə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına xidmət haqqı kimi cəmi 240 manat pul ödəmişdir. Məhkəmə işin yuxarıda araşdırılmış hallarına əsasən qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən 520 manat məbləğində maddi ziyana məruz qalmasını iddia etsə də, həmin halı təsdiq edəcək mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarında olan ödəmə qəbzləri ilə müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2022–ci il tarixdə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına xidmət haqqı kimi cəmi 240 manat pul ödənilmişdir. Bununla da cavabdehin təqsiri üzündən baş vermiş həmin hal nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləği 240 manat olmuşdur. Azərbaycan Respublikası MPM–in 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 240 manat maddi ziyan alınıb iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 240 (iki yüz qırx) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş manat dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-847/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-847/2023
04.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver