Məhkəmə qərarları › İş №2(076)-868/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-868/2024

13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-868/2024 13.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X5 onun babası, X10 onun atası, X1 nənəsi, olması ilə aralarında qohumluq münasibətində olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X13 ərizəçinin babası, X19 onun atası, X6 isə onun nənəsidir. Qeyd etmək istəyir ki, babası X13 1896-cı ildə anadan olmuş və 1976cı ildə vəfat etmiş, atası X19 1931-ci ildə anadan olmuş və 1991-ci ildə vəfat etmiş, nənəsi X6 1900-cu ildə anadan olmuş və 1992-cildə vəfat etmişdir. Hazırda onun tərəfindən onlardan miras qalmış əmlakların varis olaraq qəbul edilməsi ilə bağlı mülki iş vardır və həmin iş üzrə ərizəçinin bu şəxslərlə qohumluq faktının təsdiq edilməsi zərurəti yaranmışdır. Beləki, atasının, babasının və nənəsinin doğum şəhadətnamələri qalmadığından və arxivdən tapılması mümkün olmadığından xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək məcburiyyətindədir Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, vərəsəliklə bağlı işləri var, xx.xx.1991-ci ildə vəfat etmiş atası X19 ilə xx.xx.1976-cı il tarixdə vəfat etmiş babası X13 və XX.XX.1900-cu il təvəllüdlü nənəsi İsmayılova Ziveydə (Zibeydə) İskəndər qızı arasında "valideyn-uşaq" qohumluq münasibətləri müəyyən edilməsinə zərurət vardır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslı oluduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ünvan 1 İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 379 nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, mərhum X19 mərhum X5 oğludur. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X19 xx.xx.1991-ci il tarixində Şəmkir rayonu, Qapanlı kəndində vəfat etmişdir. Bu barədə xx.xx.1991-ci il tarixində ŞƏmkir rayon Qaracəmirli kənd icra nümayəndəliyində 48 nömrə ölüm haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir Fİlialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli k-3-201 nömrəlli məktubundan görünür ki, Şamxor rayon X2 Şöbəsinin 1945-ci ildən sonrakı illərə dair arxiv sənədləri dövlət arxivinə təhvil verilmədiyi üçün arxivdə saxlanılmır. Qeyd olunan səbəbdən də 1968, 1976 və 1991-ci illərdə doğum və ölüm akt qeydiyyatlarından çıxarış verilməsi onlar tərəfindən mümkün deyildir. Həmçinin bildirilmişdir ki, Qapanlı kəndinə aid 1931-ci ilə dair doğum akt qeydiyyatı kitabları arxivə təhvil verilmədiyi üçün X11 1931-ci ildə anadan olması barədə doğum akt qeydiyyatlarından çıxarış verilməsi onlar tərəfindən mümkün deyildir. Şəmkir Filialında mühafizə olunan Şəmkir rayonu sabiq Qapanlı kəndi X12 İcraiyyə Komitəsinin 1954-1956-cı illərə dair təsərrüfatbaşma kitabından X8 aid təsərrüfatın surəti ərizəçiyə göndərilmişdir. Qapanlı kəndi ZDS İK-nin 1954-1956-cı illərə dair təsərrüfatbaşına kitabında 198 №-li təsərrüfatda X20 atası X7 təsərrüfatında qeyd olunmaqla 1931-ci ildə anadan olması qeyd edilmişdir. 1) X14, ailə başçısı, təvəllüdü 1896; 2) X3, yoldaşı, təvəllüdü 1900; 3) X20, oğlu, təvəllüdü 1931. İş materiallarında olan ünvan 2ərəfindən verilmiş 109 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X15 ölən günədək Şəmkir rayonu, Qapanlı kəndində yaşamışdır. Vəfat etdikdən sonra təsərrüfatında oğlu Ərizəçi qalmışdır. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X13 xx.xx.1976-cı ildə ünvan 1i ünvanında ölmüşdür. İş materiallarında olan ünvan 2ərəfindən verilmiş 84 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X10 atası mərhum X13 və anası X4 olmuşdur. Arayışın verilməsinə əsas Dövlət Arxiv idarəsinin Şəmkir Filialının xx.xx.2022-ci il tarixli k-3 saylı verdiyi Şamxor rayon Qapanlı kəndi X12 İcraiyyə komitəsinin 1954-1956-cı illərə dair təsərrüfatbaşına kitabında 198 №-li təsərrüfatın surəti. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin X10 doğum haqqında arayışının verilməsi mümkün deyildir və ərizəçiyə doğum akt qeydinin bərpa edilməsi ünçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, ərizəçinin atası və nənə-babasını tanıyırdı. Onlar rəhmətə gedəndə o uşaq olsa da onları xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ərizəçinin bacısının yoldaşıdır. O onların qohumu olandan yoldaşının nənəsi Ziveydəni, babası Əhədi də görmüşdür. Qaynatası Məhəmmədin də onların oğulları olduğunu bilirdi. Nənə baba rəhmətə gedəndə onun artıq 3 uşağı var idi. Məhkəmə ərizənin “X13 və X6 ilə mərhum X19 arasında "valideyn-uşaq" birinci dərəcəli qohumluq münasibətinin mövcudluğu faktının müəyyən edilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, ərizə qeyd edilən hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmə iclasında təqdim araşdırılmış iş materialları və verilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, X13 ilə X1 ailə münasibətlərindən X19 anadan olmuşdur. Hazırda adıçəkilən şəxslərə dair sənədlər arxiv idarəsində saxlanılmadığından ərizəçi vərəsəlik hüququnu həyata keçirə bilmir. Məhkəmə hesab edir ki, ərizəçi sənədlərin olmamasına görə onun vərəsə kimi tanına bilməməsi səbəbindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, X19 ilə mərhum X13 və X6 arasında "valideyn-uşaq" qohumluq münasibəti məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1991-ci ildə vəfat etmiş X19 ilə xx.xx.1976-cı il tarixdə vəfat etmiş X13 və XX.XX.1900-cu il təvəllüdlü İsmayılova Ziveydə (Zibeydə) İskəndər qızı arasında "valideyn-uşaq" qohumluq münasibətləri müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar