Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-871/2024 22.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqılı şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs və Azərbaycan Respublikası Ədliyyə Nazriliyi Qeydiyyat və notariat baş idarəsi Şəmkir rayonu 1 saylı notariat ofisi) “ölmüş elan olunma” tələbinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqılı şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi Şəmkir rayonu 1 saylı notariat ofisi) “ölmüş elan olunma” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1967-ci il tarixdə anadan olmuş X1 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, hazırki iş üzrə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədən məhkəməyə vermişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş rüsum elektron sistem vasitəsilə yoxlanılarkən rüsumun ödənilməsi barədə qəbzin əvvəl 2(076)-1608/2023 nömrəli mülki işdə istifadə olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqılı şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs və Azərbaycan Respublikası Ədliyyə Nazriliyi Qeydiyyat və notariat baş idarəsi Şəmkir rayonu 1 saylı notariat ofisi) “ölmüş elan olunma” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-871/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-871/2024
22.01.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver