Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-873/2025 02.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi tələbi”nə dair məhkəmədə iddia qaldıraraq onun mülkiyyətində olan 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.30 ha hissəsinin cavabdehlərin zəbtindən azad edilməsi və həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililərin cavbadehlərin vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxararılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2003-cü ildə Şəmkir rayonun Əliyaqublu ərazisində satın aldığı 0.71 ha kənd təsərrüfatı təvinatlı torpaq sahəsinin bir qismi, yəni təqribən 0.30 ha hissəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Şəmkir rayonun Əliyaqublu kəndində yerləşən 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satın alınması barədə torpaq sahəsinin mülkiyyətçiləri ilə 03 dekabr 2003-cü il tarixində Şəmkir 2 saylı Notariat kontorunda 4Ə 05-594 saylı müqavilə bağlanmışdır. Qeyd olunan Şəmkir rayonun Əliyaqublu kəndində yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təqribən 0.30 ha hissəsi cavabdehlər tərəfindən zəbt edilərək orada qanunsuz istixana və digər işlər üzrə tikililər tikilmişdir. Mülkiyyətində olan Şəmkir rayonun Əliyaqublu kəndində yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təqribən 0.30 hissəsini cavabdehlərin zəbtindən azad edilməsini tələb etməyinə baxmayaraq cavabdehlər onun tələbinə əməl etməyirlər. Göstərilənlərə əsasən mülkiyyətində olan Şəmkir rayonun Əliyaqublu kəndində yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq həsinin təqribən 0.30 ha hissəsini cavabdehlərin zəbtdən azad edilməklə, həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililərin, vabdehlərin vəsaiti hesabına sökülməsini istəyir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək AR ƏMDX-nin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılan maniənin aradan qaldırılmasına dair qətnamə çıxararılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasında iştirak etməmiş və səbəblərini bildirməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdənkeçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0054, kod-504150385 nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən 1.03 ha torpaq sahəsi X9, X1, X4 və X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2003-cü il tarixdə başlanmış 4Ə-05-594 saylı notariat işinin və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, Şəmkir rayonun Əliyaqublu ərazisində yerləşən 0.71 ha kənd təsərrüfatı təvinatlı torpaq sahəsi mülkiyyətçilər X13, X6, X10 və X8 tərəfindən, İddiaçı alqı-satqı müqaviləsi bağlamaqla satılmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, **********17 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinnin tərəfindən yazılmış məktubdan görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən torpaq sahəsinin 0.30 ha hissəsi digər şəxslər tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə edilir. Torpaq sahəsinin həmin hissəsi mübahisəlidir. Odur ki, ərizənin icrası mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yerləşən xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmış 0.71 ha torpaq sahəsinə dair dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehlər həmin idarənin əməkdaşlarına torpaq sahəsinin 0.30 ha hissəsində ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçının müraciətini həyata keçirməkdən imtina etmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdehlərin hərəkəti iddiaçının hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə maniə olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdanist ifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X17 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X5 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdehlər iddiaçının bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onun bu hüququnu həyata keçirməsinə maneçilik yaradır. İnsan Hüquqları və X5 X2 1 saylı Protokolunun1–ci maddəsindəgöstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadəhüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququda əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdeh tərəfindən iddiaçının mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maniə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınınəsası kimi istinadetdiyi halları sübut etməlidir Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Şəmkir rayon, Əliyaqublu kəndi ərazisində yerləşən 0.71 ha torpaq sahəsində (JN 0054 KOD 50415038 Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən yaradılan maniə aradan qaldırılsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay üddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-873/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-873/2025
02.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver