Məhkəmə qərarları › İş №2(076)-875/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-875/2024

15.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-875/2024 15.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-219A (KOD ********) saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında mərhum X1nın mülkiyyətinə verilmiş Şəmkir rayonu Düyərli kəndində yerləşən torpaq sahəsindən Cavabdeh çıxarılaraq, torpaq sahəsinin ona qaytarılmasına və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxararılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Düyərli kəndinin ərazisində Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə JN- 219A (KOD ********) saylı "Torpağın Mülkiyyətə verilməsinə dair" Şəhadətnamə əsasında X1nın mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. X1 08 fevral 2003-cü ildə vəfat etmişdir. Mərhum X1ndan qalmış miras əmlaka o vərəsə kimi tanınmışdır. O hazırda həmin torpaq sahəsini öz adına sənədləşdirmək istəyir. Lakin, Cavabdeh mərhum anasından ona miras qalmış torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Ona görə də torpaq sahəsini sənədləşdirə bilmir. Cavabdeh hazırda ona məxsus torpaq sahəsindən istifadə edir. Halbuki, həmin torpaq sahəsinə dair cavabdehin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. O cavabdehin qanunsuz hərəkətlərinə son qoymaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən JN-219A (KOD ********) saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında mərhum X1nın mülkiyyətinə verilmiş Şəmkir rayonu Düyərli kəndində yerləşən torpaq sahəsindən Cavabdeh çıxarılaraq, torpaq sahəsinin ona qaytarılmasına və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxararılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X11 izahatında bildirdi ki, X3 mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin 58,58 kv.m hissəsini Cavabdeh Nəriman oğlu tərəfindən zəbt edilərək istifadə edir. Bundan başqa 185.58 kv.m torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmaqla iddiaçının özü tərəfindən zəbt edilərək istifadə olunur. Həmin 185.58 kv.m torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunsa da 0.12 ha torpaq sahəsinin sərhədləri daxilində deyil. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh Nəriman oğlu üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatını, ekspertiza rəyini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Bələ ki, iş materiallarında olan JN-219A (KOD ********) saylı "Torpağın Mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin təsdiqli surətindən görünür ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə Şəmkir rayon, Düyərli kəndində yerləşən 0,12 ha fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İ seryalı 047081 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X7 xx.xx.2003-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində ölmüşdür. İş materialında olan Şəmkir rayonu notariat ofisinin xx.xx.2024-cü il tarixli 1989 nömrəli məktubunun təsdiqli surətindən görünür ki, mərhum X3 vərəsəsi xx.xx.2018-ci il tarixdə 179 saylı vərəsəlik işi üzrə İddiaçıdır. İş materialında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-2126/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, JN-219A (KOD ********) saylı "Torpağın Mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə qeyd olunmuş Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,12 ha torpaq sahəsi və orada inşa edilmiş fərdi yaşayış evi üzərində iddiaçı X4 mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi fəaliyyətə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-2281/24 saylı DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, JN-219A (KOD ********) saylı "Torpağın Mülkiyyətə verilməsinə dair" Şəhadətnamə əsasında X3 mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndi ərazisində yerləşən 0,12 ha həatyanı torpaq sahəsinin 58,58 kv.m hissəsi, JN219A saylı Şəhadətnamənin sərhədləri daxilində yerləşən istifadədə olan torpaq sahəsinin 185.58 kv.m hissəsi cavabdeh tərəfindən istifadə edilir (cəmi 244.16 kv.m torpaq sahəsi). İş materiallarında olan JN-219A (KOD ********) saylı "Torpağın Mülkiyyətə verilməsinə dair" Şəhadətnamə əsasında X3 mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin 58,58 kv.m hissəsi, JN219A saylı Şəhadətnamənin sərhədləri daxilində yerləşən istifadədə olan torpaq sahəsinin 185.58 kv.m hissəsi cavabdeh tərəfindən istifadə edilir. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki iddia tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, X3 mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. İddiaçı Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisi X5 vərəsəsidir. Hal-hazırda torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi iddiaçının qanuni istifadəsindədir. Belə olan halda, iddiaçı sahibi olduğu torpaq sahəsinin zəbtdən azad edilməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, JN-219A (KOD ********) saylı "Torpağın Mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə Şəmkir Düyərli kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi X3 mülkiyyətindədir. Həmin torpaq sahəsinin 58,58 kv.m hissəsi Cavabdeh tərəfindən zəbt edilmiş və istifadə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 157-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, iddiaçıya məxsus mübahisəli torpaq sahəsini faktiki olaraq cavabdehin istifadəsindədir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. Bununla da iddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə maneə yaranmışdır. “V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Ali Məhkəmənin Plenumunun xx.xx.2010-cu il tarixli qərarında qeyd edilir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı istifadəsində və sahibliyində olan Şəmkir Düyərli kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin Cavabdeh zəbtindən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X6 məxsus olan Şəmkir Düyərli kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin 58.58 kv.m hissəsi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssis rəyi nəzərə alınmaqla) Cavabdeh zəbtindən azad edilsin. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar