Məhkəmə qərarları › İş №2(076)-88/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-88/2025

20.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-88/2025 20.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsində özbaşına inşa edilmiş tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsində özbaşına inşa edilmiş tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Qaracəmirli Bələdiyyəsinin mülkiyyətində olan və Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 0.025 ha torpaq sahəsindən Cavabdeh çıxarılaraq, torpaq sahəsinin qaytarılmasına, torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülərək götürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsində özbaşına inşa edilmiş tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar