Məhkəmə qərarları › İş №2(076)-897/2023

Şəmkir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(076)-897/2023

06.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-897/2023 06.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Məhkəmə iclasının katibi İbrahimova Türkan Qulu qızının katibliyi, İddiaçı nümayəndələri X3 və X4 (vəkili) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X13, X5 və X6 qarşı miras əmlakdan payının müəyyən edilməsi və həmin miras payını faktiki qəbul etməsi faktının tanınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı miras əmlaka qanun üzrə vərəsə tanınma, miras əmlakdan payının müəyyən edilməsi və həmin miras payını faktiki qəbul etməsi faktının tanınması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 55 saylı qərarı və JN-555 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və qeydiyyat nömrəsi ********** olan, xx.xx.2022-ci il tarixli HDQH DƏDR-dən Çıxarış əsasında dövlət qeydiyyatına alınmış ümumi paylı mülkiyyətlərində olan 0.5269 ha torpaq sahəsinin mərhum anası-X10 miras payından payının müəyyən edilməsi, həmin miras payını faktiki olaraq qəbul etməyi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadı ilə X18, X14 və X15 iş üzrə cavabdeh qismində işə cəlb edilmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və 3-cü şəxs Cavabdeh2 doğma qardaş bacısıdır. X1 ilə X2nın birgə ailə həyatlarından 3 övladları, yəni o (iddiaçı)- İddiaçı, Cavabdeh1 və 3-cü şəxs Cavabdeh2 anadan olmuşdur. X2 xx.xx.2003-cü ildə, X1 isə xx.xx.2004-cü ildə vəfat etmişlər. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 55 saylı qərarı və JN-555 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Şəmkir rayonunun Könüllü kəndinin ərazisində yerləşən 1.26 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsi satıldıqdan sonra ailəsinin ümumi birgə mülkiyyətində 0.5269 ha kənd təsərrüfatlı torpaq sahəsi qalmış və həmin torpaq sahəsi üzərində onun- İddiaçı, Cavabdeh2, X7 və X10 ümumi birgə mülkiyyət hüquqları qeydiyyat nömrəsi ********** olan, xx.xx.2022-ci il tarixli HDQH DƏDR-dən Çıxarış əsasında dövlət qeydiyyatına alınmışdır. Onu da əlavə edir ki, həmin pay torpaq sahəsi ailəsinin mülkiyyətinə veriləndən bu günə qədər yəni, ata-anasının vəfatından sonra da onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsindən ibarət miras əmlakı o, qanun üzrə vərəsə olaraq faktiki olaraq qəbul etmişdir və həmin miras əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmaq üçün xx.xx.2023-cü il tarixli ərizə ilə 3-cü şəxs – Notariat Ofisinə müraciət etmişdir. Lakin anasından qalmış miras payından cavabdehə də bərabər payın verilməsinə razı qalmadığına görə Notariat ofisi notariat əməliyyatını aparmaqdan xx.xx.2023-cü il tarixli qərarla imtina etmişdir. Onu da əlavə edir ki, cavabdeh anasından miras qalmış pay torpaq sahəsindən ibarət miras əmlakı nə faktiki, nə də rəsmi olaraq qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişdir. Ona görə də qeydiyyat nömrəsi ********** olan, xx.xx.2022-ci il tarixli HDQH DƏDR-dən Çıxarış əsasında dövlət qeydiyyatına alınmış 0.5269 ha torpaq sahəsinin mərhum anası- X10 miras payından yalnız onun və 3-cü şəxs olan bacısı Cavabdeh2 payının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X11 və digər nümayəndəsi (arvadı) X8 hər biri ayrı- ayrılıqda iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, X18, X15, X14, üçüncü şəxslər Cavabdeh2 və Şəmkir rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçının nümayəndəsi (vəkili) X11 məhkəməyə ərizə verərək, işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabı adlanan qətnamə çıxarır. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Şamxor rayon Könüllü kənd Soveti tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli, V-JQ 454221 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X20 xx.xx.1978-ci ildə doğulmuşdur, atası X17, anası X16r. İşdə olan Şamxor rayon Könüllü kənd Soveti tərəfindən verilmiş xx.xx.1967-ci il tarixli, M-JQ A3 ******* saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh2 xx.xx.1967-ci ildə doğulmuşdur, atası X17, anası X16r. İşdə olan Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 78 saylı ölüm haqqında arayışdan görünür ki, X19 xx.xx.2003-cü ildə və X17 xx.xx.2004cü ildə Şəmkir rayon Könüllü kəndində ölmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Könüllü kəndində 0.5269 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, Cavabdeh2, X10 və X7 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********86 saylı daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayon Könüllü kəndində yerləşən 0.21 ha torpaq sahəsinə dair X7 və onun digər ailə üzvlərinin adlarına xx.xx.1998-ci il tarixli, JN-22F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. İşdə olan JN-22F saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 55 saylı qərarı ilə İddiaçı, Cavabdeh2, X17 və X10 mülkiyyətinə 0,21 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarından görünür ki, X9 miras qalmış əmlakı vərəsələri İddiaçı və Cavabdeh2 qəbul etmişlər. Lakin vərəsələrdən İddiaçı payların bərabər bölünməsinə razı olmadığı üçün notariat hərəkətinin aparılmasından imtina olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, bu ailəni tanıyır, həmin pay torpağını həmişə Azərin suvardığını, əkib becərdiyini görmüşdür. Mahirin və ya digərilərini o torpaqda işləyən, ümumiyyətlə gəlib gedən görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirdi ki, pay torpağı yerləşən sahədə qonşudurlar. Mahir ümumiyyətlə Rusiyadadır, bu torpaqla heç bir əlaqəsi yoxdur. Torpağı əkib becərən ancaq Azər və onun yoldaşı Gülnarəni görmüşdür həmişə. Başqa heç kimin gəlib gedtiyini gərməmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 55 saylı qərarı və JN-555 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Şəmkir rayonunun Könüllü kəndinin ərazisində yerləşən 1,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, Cavabdeh2, X7 və X10 ümumi birgə mülkiyyətinə verilmişdir. Torpağın bir hissəsi onlar tərəfindən satılqdıqdan sonra qalan 0.5269 ha kənd təsərrüfatlı torpaq sahəsi qalmış və həmin torpaq sahəsinin mülkiyyət hüquqları qeydiyyat nömrəsi ********** olan, xx.xx.2022-ci il tarixli HDQH DƏDRdən Çıxarış əsasında dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, X19 xx.xx.2003-cü ildə vəfat etmişdir. İddiaçı başqa heç bir vərəsə həmin əmlakı nə notariat qaydada nə də faktiki qəbul etməmişdir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan X19 öldükdən sonra onun birinci növbə vərəsəsi olan övladı – İddiaçı anasından miras qalmış payı-Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 55 saylı qərarı və JN-555 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Şəmkir rayonunun Könüllü kəndinin ərazisində yerləşən 0.5269 ha kənd təsərrüfatlı torpaq sahəsi 1/4 hissədə mirası əmlak kimi faktiki qəbul etmiş sayılır. Həmçinin onun özünün də 1/4 payı olduğunu nəzərə alsaq, ümumilikdə İddiaçı həmin torpaq sahəsi üzərində 2/4 payı vardır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktı və miras əmlakda iddiaçının 2/4 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 238 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 55 saylı qərarı və JN-555 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında xx.xx.2022-ci il tarixli HDQH DƏDR-dən Çıxarışla dövlət qeydiyyatına alınmış 0.5269 ha torpaq sahəsi üzərində mərhum X9 miras qalmış 1/4 hissəsi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və onun ümumi əmlakda 2/4 hissədə payı müəyyən edilsin. Cavabdehlər Cavabdeh1, X18, X14 və X15 qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar