Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-919/2023 15.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydərov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı X5 X1, cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X5 Cavabdeh qarşı “qanunsuz torpaq sahəsinin zəbtdən azad edilməsi və tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Dəllər Cəyir Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir rayonu Dəllər-Cəyir kəndi, Əsəd Məmmədov küçəsində yerləsən, bələdiyyə mülkiyyətində olan 4 metr eni 29 metr uzunluğunda olan yolu və su arxını Cavabdeh zəbtindən azad edilərək qanunsuz dəmir şiferin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Dəllər-Cəyir kəndi, Ə.Məmmədov küçəsində yerləşən, ümumi istifadədə olan yol Dəllər-Cəyir bələdiyyəsinin mülkiyyətindədir. Cavabdeh bələdiyyənin mülkiyyəti olan yola 29 metr uzunluğunda 4 metr enində qanunsuz dəmir şifer çəkərək yolu və və su arxını zəbt etmişdir. Ümumi istifadədə olan yolu və su arxını cavabdehin zəbtindən azad edilməsi məqsədi ilə dəfələrlə xəbardarlıq edilmiş, lakin o qanunsuz hərəkətlərinə davam etmişdir. Cavabdehin dəmir şiferlə hasarladığı ümumi istifadəsində olan yolla yanaşı digər şəxslərin xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahələrinə gedən su arxını bağlamışdır. Cavabdehlə dəfələrlə danışıqlar aparılmasına baxmayaraq o torpaq sahəsini zəbtdən azad etməyəcəyini və dəmir şiferi sökməyəcəyini bildirmişdir. İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Şəmkir rayonu Dəllər-Cəyir kəndi, Əsəd Məmmədov küçəsində yerləsən, bələdiyyə mülkiyyətində olan 4 metr eni 29 metr uzunluğunda olan torpaq sahəsi və su arxının, cəmi 0.0116 ha torpaq sahəsinin Cavabdeh zəbtindən azad edilməsi və dəmir şiferin cavabdehin vəsaiti sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəkil X3 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, cavabdehin həmin ərazidə mülkiyyətində olan torpaq sahəsi var. Həmin torpaq sahəsində heç bir tikinti işi aparılmamış və bələdiyyənin torpaq sahəsi zəbt edilməmişdir. Eyni zamanda S. V. Rüstəmovanın torpaq sahəsindən hər hansı su arxı keçmir, yəni zəbt olunmuş olsaydı su arxı S. Rüstəmovanın torpaq sahəsindən axardı. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, ekspertiza rəyini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan xx.xx.2022–ci il tarixli, A-855280 qeydiyyat nömrəli, “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəmkir rayon, Dəllər-Cəyir kəndində yerləşən 0.10 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X5 adına qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-2919/23 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçı Şəmkir Rayon Dəllər-Cəyir Bələdiyyəsinə məxsus olan 29 metr uzunluğunda 4 metr enində yol və su arxı zəbt edilmiş, iddiaçı Şəmkir Rayon Dəllər-Cəyir bələdiyyəsinin mülkiyyətində olan 0.0176 ha-dək torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. İşdə olan 18 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6151 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Şəmkir Rayon Dəllər-Cəyir Bələdiyyəsinə məxsus olan 29 metr uzunluğunda və 4 metr enində yol və su arxını zəbt edilmiş, İddiaçı mülkiyyətində olan 0,0176 ha-dək torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, iddiaçı X5 mülkiyyətində olan Şəmkir rayon, Dəllər-Cəyir ərazisində yerləşən torpaq sahəsinin 29 metr uzunluğunda 4 metr enində (29X4= 0, 0116 ha) olan hissəsi, yəni 0,0116 ha yol və su arxı Cavabdeh tərəfindən heç bir əsas olmadan zəbt olunmuşdur. Bundan başqa məhkəmə yerli baxış zamanı müəyyən etmişdir ki, Cavabdeh məxsus torpaq sahəsində hər hansı tikinti mövcud deyildir, eyni zamanda həmin torpaq sahəsinin ətrafının müəyyən hissələri dəmir şiferlə əhatə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 157-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, həmin iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin qeyd olunan hissəsi faktiki olaraq cavabdehin istifadəsində və sahibliyindədir və sonuncu mübahisəli 0,0116 ha torpaq sahəsini, yolu və su arxını zəbt etmişdir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. Bununla da mülkiyyətçi olan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə yaranmışdır. İddiaçının cavabdehə qarşı inşa edilmiş tikilinin sökülməsi ilə bağlı tələb hüquqları yaranmışdır. Ona görə də məhkəmə həmin torpaq sahəsində inşa edilmiş tikilinin-dəmir şiferin cavabdehin vəsaiti hesabına sökülməsinə aid tələbini həmin torpaq sahəsinə münasibətdə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət, ictimaiiaşə, məişət və digər obyektlər istisna olmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, həmin iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin qeyd olunan hissəsi faktiki olaraq cavabdehin istifadəsində və sahibliyindədir və sonuncu mübahisəli 0,0116 ha torpaq sahəsi, yəni 29 metr uzunluğunda 4 metr enində yol və su arxını zəbt etmişdir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı inşa edilmiş tikilinin sökülməsi ilə bağlı tələb hüquqları yaranmışdır. Ona görə də məhkəmə həmin torpaq sahəsində inşa edilmiş tikilinin-dəmir şiferin cavabdehin vəsaiti hesabına sökülməsinə aid tələbini həmin torpaq sahəsinə münasibətdə əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçınə məxsus olan Şəmkir Rayonu Dəllər Cəyir kəndində yerləşən 0, 0116 ha (4 metr enində 29 metr uzunluğunda) yol və su arxı Cavabdeh zəbtindən azad edilsin. İddiaçınə məxsus olan və Cavabdeh tərəfindən zəbt edilmiş Şəmkir Rayonu Dəllər Cəyir kəndində yerləşən 0, 0116 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa olunan dəmir şifer Cavabdeh vəsaiti hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-919/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-919/2023
15.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver